Month: March 2026

  • Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər

    Ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyalarından illər sonra ağciyər xərçənginin yaranma ehtimalı mövcuddur.

    Bu barədə “Science Daily” məlumat yayıb.

    Tədqiqatçılar müəyyən ediblər ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun hüceyrələrinin strukturunu dəyişərək xroniki iltihab yarada bilir. Bu vəziyyət isə bədxassəli şişlərin yaranması və inkişafı üçün münbit şərait formalaşdırır. Analizlər nəticəsində məlum olub ki, yüksək risk qrupuna əsasən xəstəxanada (stasionar) müalicə alan şəxslər daxildir.

    Virciniya Universitetinin B.B.Karter İmmunologiya Tədqiqat Mərkəzinin həmsədri Ce Sunq qeyd edib ki, şiddətli qrip və ya koronavirus ağciyərlərdə uzunmüddətli iltihab yaradır ki, bu da gələcəkdə xərçəngin formalaşmasına zəmin hazırlayır. Alim həmçinin vurğulayıb ki, peyvəndləmə bu mənfi dəyişikliklərin və potensial xərçəng riskinin qarşısını böyük ölçüdə almağa kömək edir.

    Araşdırmalar göstərir ki, koronavirus səbəbindən xəstəxanaya yerləşdirilən şəxslərdə ağciyər xərçəngi riski 1.24 dəfə yüksəlib. Xəstəliyi yüngül keçirənlərdə isə belə bir təhlükə qeydə alınmayıb.

    Şişlərin əmələgəlmə mexanizmi laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Alimlər aşkar ediblər ki, ağır infeksiyadan sonra ağciyərləri mühafizə etməli olan immun hüceyrələri (makrofaqlar və neytrofillər) anormal fəaliyyətə başlayaraq daimi iltihab mühitini dəstəkləyirlər.

    Virciniya Universitetinin tədqiqatçı həkimi, tibb elmləri doktoru Ceffri Sturek vurğulayıb: “Əldə edilən nəticələr şiddətli respirator virus infeksiyaları keçirmiş xəstələrin gələcək sağlamlıq vəziyyətinin monitorinqi üçün olduqca vacibdir”.

  • В Иране заявили, что аятолла Моджтаба Хаменеи скоро может выступить с посланием

    Новый верховный лидер Ирана аятолла Моджтаба Хаменеи в порядке и в скором времени может выступить с новым посланием.

    Об этом заявил замглавы МИД Ирана Исмаил Багаи.

    “Я могу сказать вам, что с ним все в порядке”, – сказал Багаи телеканалу NDTV.

    “Вы уже слышали о его послании, и, надеюсь, очень скоро он обратится с другим посланием к общественности”, – подчеркнул замглавы иранского МИД.

  • İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

    “İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei sağ-salamatdır və tezliklə yeni bir müraciətlə çıxış edə bilər”.

    Bu barədə İran xarici işlər nazirinin müavini İsmayıl Bəqayi NDTV telekanalına danışıb.

    “Sizə deyə bilərəm ki, o, yaxşıdır”, – deyə Bəqayi bildirib.

    “Siz artıq onun müraciəti barədə eşitmisiniz və ümid edirəm ki, o, tezliklə ictimaiyyətə daha bir müraciət edəcək”, – İran xarici işlər nazirinin müavini vurğulayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Müctəba Xamenei martın 8-i səhər saatlarında ali lider seçilib.

    Daha sonra İsmayıl Bəqayi Müctəba Xameneinin xəsarət alması ilə bağlı açıqlama verib.

  • На Шри-Ланке сократят рабочую неделю для экономии энергоресурсов

    Власти Шри-Ланки объявили, что временно вводят четырехдневную рабочую неделю для экономии энергоресурсов на фоне ситуации на Ближнем Востоке.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, среда теперь будет дополнительным выходным днем для школ, университетов и ряда других госучреждений.

    При этом объекты здравоохранения, таможня и порты продолжат работу в штатном режиме. Кроме того, власти просят госслужащих по возможности воздержаться от поездок на работу, отдав предпочтение дистанционному формату для экономии топлива.

    Накануне власти Шри-Ланки ввели ограничения на закупку топлива: не более 15 литров в неделю на автомобилиста, до 200 литров – на водителя общественного транспорта. Напомним, что островное государство в значительной степени зависит от нефти, импортируемой с Ближнего Востока.

    С начала боевых действий Израиля, Ирана и США Ормузский пролив фактически оказался перекрытым. Исламская республика предупреждала, что любое судно, проходящее через пролив, подвергнется атакам.

  • Şri-Lankada sərt qənaət rejimi: İş günlərinin sayı azaldıldı

    Şri-Lanka hökuməti Yaxın Şərqdəki gərginlik fonunda enerji resurslarına qənaət etmək məqsədilə müvəqqəti olaraq dördgünlük iş həftəsi tətbiq edib.

    Median.Az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

    Qərara əsasən, bundan sonra məktəblər, universitetlər və bir sıra digər dövlət qurumları üçün çərşənbə günü əlavə istirahət günü hesab olunacaq.

    Bundan əlavə, rəsmi qurumlar dövlət qulluqçularını mümkün qədər işə getməkdən çəkinməyə və yanacağa qənaət etmək üçün distant (məsafədən) iş formatına üstünlük verməyə çağırıb. Martın 15-dən etibarən ölkədə yanacaq limitləri də tətbiq edilib. Belə ki, fərdi avtomobil sahiblərinə həftədə 15 litr, ictimai nəqliyyat sürücülərinə isə maksimum 200 litr yanacaq almağa icazə verilir.

    Hazırkı ehtiyatların təxminən altı həftəyə yetəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Şri-Lanka enerji ehtiyaclarını ödəmək üçün əsasən Yaxın Şərqdən idxal edilən neftdən asılıdır.

  • Покорителей Эвереста обязали уносить мусор на обратном пути

    Альпинисты, пытающиеся покорить Эверест (8 848.86 м), теперь должны будут уносить не менее 2 кг мусора с участков, находящихся выше второго базового лагеря (6 400 – 6 750 м). Такое правило введено властями Непала, ужесточающими меры по управлению отходами на высочайшей вершине мира.

    Об этом сообщила газета The Himalayan Times.

    Как напомнили в Комитете по контролю за загрязнением Сагарматхи (SPCC), альпинисты уже “обязаны сдавать 8 кг мусора в базовый лагерь Эвереста по завершении экспедиций”. Дополнительные 2 кг должны быть собраны на экстремальных высотах на подходе к вершине.

    Проверкой этого займутся сотрудники SPCC во втором лагере. Генеральный директор комитета Церинг Шерпа также объявил, что “с нынешнего сезона участникам экспедиции запрещается использовать собственные пакеты для экскрементов, и они должны пользоваться предоставляемыми SPCC и местным муниципалитетом”.

    Подобная мера призвана, по его словам, отучить альпинистов оставлять такие пакеты на горе. “Обязательные мешки будут регистрироваться и собираться после возвращения альпинистов из экспедиций”, – добавил Церинг Шерпа.

  • Everesti fəth etmək istəyən alpinistlərə YENİ QAYDA

    Everest zirvəsini (8848.86 m) fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən (6 400 – 6 750 m) yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar.

    Bu barədə “The Himalayan Times” qəzeti xəbər yayıb. Nepal hakimiyyəti tərəfindən tətbiq edilən bu yeni qayda dünyanın ən yüksək zirvəsində tullantıların idarə olunmasını sərtləşdirmək məqsədi daşıyır.

    Saqarmatxa Çirklənməyə Nəzarət Komitəsindən (SPCC) bildirilib ki, alpinistlər ekspedisiya bitdikdən sonra baza düşərgəsinə onsuz da 8 kq zibil təhvil verməli idilər. İndi isə buna əlavə olaraq, zirvəyə yaxın ekstremal yüksəkliklərdən də 2 kq tullantı toplanmalıdır. 2-ci düşərgədəki SPCC əməkdaşları bu qaydaya əməl olunmasına şəxsən nəzarət edəcəklər.

    Komitənin baş direktoru Tserinq Şerpa həmçinin elan edib ki, bu mövsümdən etibarən alpinistlərin şəxsi ekskrement (nəcis) torbalarından istifadə etməsi qadağan olunur. Onlar SPCC və yerli bələdiyyə tərəfindən verilən xüsusi torbalardan istifadə etməlidirlər.

    Bu tədbirin məqsədi alpinistlərin dağda tullantı torbaları qoyub getməsinin qarşısını almaqdır. Tserinq Şerpa əlavə edib ki, verilən məcburi torbalar qeydiyyata alınacaq və alpinistlər geri qayıtdıqda həmin torbalar mütləq geri təhvil verilməlidir.

  • Boşanmaların 47 faizinin səbəbi bəlli oldu: Britaniyalı həkimdən şok faktlar

    “Boşanmaların demək olar ki, yarısı – təxminən 47 faizi xoruldama səbəbindən baş verir”.

    Median.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu maraqlı nəticə britaniyalı həkim Sonya Şamotskinin apardığı araşdırmadan sonra ortaya çıxıb.

    Mütəxəssisin sözlərinə görə, xoruldama tərəflərin bir-birindən emosional uzaqlaşmasına səbəb olur: “Nəticədə ər-arvad ayrı-ayrı otaqlarda yatmağa başlayırlar. Bu yaxınlarda boşanmış 2 000 britaniyalı arasında keçirilən sorğuya əsasən, xoruldama və ya yuxu pozğunluğundan əziyyət çəkənlərin dörddə üçü ayrı otaqlarda yatıb. Onların 85 faizi isə bu vəziyyətin boşanma qərarına birbaşa təsir etdiyini bildirib”.

    Şamotski vurğulayıb ki, xoruldama münasibətlərin təməlini sarsıdan dağıdıcı qüvvədir: “Bir çox cütlük üçün tərəf müqabilinin ayrı otağa köçməsi dərin emosional özgələşmənin başlanğıcı deməkdir. Fiziki təmasdan məhrum olan cütlüklər zamanla bir-birinə yad insanlara çevrilirlər”.

    Həkim əlavə edib ki, müasir tibb bu problemi qısa zamanda həll etmək imkanına malikdir və xoruldamanın müalicəsi yüksək effekt verir.

    “Lakin ər-arvad boşanma həddinə çatdıqda, aradakı emosional məsafəni bərpa etmək çox vaxt qeyri-mümkün olur. Halbuki ilkin problem sadəcə sakit yuxu ehtiyacından ibarət idi”, – deyə mütəxəssis xəbərdarlıq edib.

  • В Китае ученые нашли следы алкоголя возрастом около 2 000 лет

    Группа исследователей под руководством Вэй Шуя из Пекинского университета науки и технологий проанализировала содержимое бронзового сосуда, найденного в провинции Хэнань, и идентифицировала алкогольный напиток возрастом около 2 тыс. лет.

    Об этом свидетельствует статья в журнале Journal of Archaeological Science: Reports.

    Для определения состава специалисты применили методы газовой и жидкостной хромато-масс-спектрометрии. Они сравнили результаты с пятью видами современных восточноазиатских напитков, включая хуанцзю.

    Химический анализ помог выявить наличие специфических кислот, указывающих на то, что в сосуде находился ликер. Специалисты пришли к выводу, что древний напиток был изготовлен на основе проса и других зерновых культур. Вероятно, для улучшения вкуса и аромата его смешивали с фруктовым алкоголем.

    Эта гипотеза подтвердилась в ходе микроскопического исследования, которое позволило обнаружить в осадке соответствующие растительные остатки.

  • Çində 2000 illik spirtli içki aşkarlandı

    Çinin Henan əyalətində arxeoloji qazıntılar zamanı tapılan bürünc qabın daxilində 2 000 illik tarixi olan spirtli içki aşkar edilib.

    Bu barədə “Journal of Archaeological Science: Reports” jurnalı məlumat yayıb.

    Pekin Elm və Texnologiya Universitetinin əməkdaşı Vey Şuinin rəhbərlik etdiyi tədqiqat qrupu qabın tərkibini müəyyən etmək üçün müasir kimyəvi analiz metodlarından (qaz və maye xromatoqrafiyası) istifadə ediblər. Əldə olunan nəticələr hazırda Şərqi Asiyada geniş yayılan beş növ müasir içki, o cümlədən “huansyu” ilə müqayisə olunub.

    Kimyəvi analizlər qabda spirtli içkilərə xas olan xüsusi turşuların mövcudluğunu üzə çıxarıb. Tədqiqatçılar bu qədim içkinin darı və digər dənli bitkilərdən hazırlandığı qənaətinə gəliblər. Ehtimal olunur ki, içkinin dadını və ətrini yaxşılaşdırmaq üçün ona meyvə spirti də əlavə edilib. Bu iddia mikroskopik müayinələr nəticəsində təsdiqini tapıb.