Month: March 2026

  • Rəsmi Tehran: “İran uzunmüddətli müharibəyə hazırdır”

    “İran hakimiyyəti uzunmüddətli döyüş əməliyyatları aparmağa hazırdır və hazırda regiondakı mövcud münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir”.

    Bu barədə “Ash-Sharq” telekanalı İranın Xarici İşlər Nazirliyinin (XİN) adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

    “İran nə qədər lazım olsa, o qədər də vuruşacaq. Hazırda rəsmi Tehran münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir”, – deyə İran XİN-in rəsmisi bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Из Ирана эвакуированы гражданин Азербайджана и норвежские дипломаты

    17 марта в период с 00:00 до 10:00 из Ирана были эвакуированы один гражданин Азербайджана и три норвежских дипломата.

    Как сообщает Report, они пересекли госграницу на пропускном пункте “Астара”.

  • Azərbaycan vətəndaşı və Norveç diplomatları İrandan təxliyə edildilər

    Martın 17-si saat 00:00-10:00 aralığında bir Azərbaycan vətəndaşı və üç Norveç diplomatı təxliyə olunublar.

    Median.Az “Report”a istinadla xəbər verir ki, onların keçidi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

  • Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ

    Bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

    Qeyd edilib ki, bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.

    Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

  • Gədəbəydə 54 yaşlı kişi küçədə öldü

    Gədəbəy rayonunda 54 yaşlı kişi küçədə ölüb.

    Hadisə martın 16-da axşam saatlarında rayonun Novosaratovka kəndində qeydə alınıb.

    Kənd sakini, 1972-ci il təvəllüdlü Habil Rəhman oğlu Tağıyev kənd ərazisində olarkən qəfil özünü pis hiss edib. O, elə küçədə dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Последствия конфликта на Ближнем Востоке: в Азербайджане подорожали автозапчасти – ВИДЕО

    Военный конфликт на Ближнем Востоке оказал негативное влияние и на рынок автомобильных запчастей.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, из-за региональной напряженности, создающей логистические трудности, наблюдается рост цен, в частности, на автозапчасти, импортируемые в Азербайджан из Дубая.

    По словам предпринимателей, возникли сложности с поставками из Дубая деталей кузова и элементов ходовой части для автомобилей китайского и американского производства. Это привело к сокращению предложения данной продукции на рынке и росту цен на 50-150 манатов.

    Отмечается, что из-за войны возникли серьезные проблемы с передвижением судов, а использование альтернативных маршрутов автоматически приводит к удорожанию продукции. Кроме того, приостановка прямых авиарейсов также усложнила ввоз товаров в страну. В результате детали доставляются в Азербайджан через другие государства, что увеличивает транспортные расходы.

    По словам предпринимателей, если дефицит некоторых запчастей на рынке сохранится, в ближайшие месяцы возможен дальнейший рост цен.

  • Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB – Video

    İranla ABŞ arasında baş verən hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından, xüsusilə, Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur.

    Sahibkarların sözlərinə görə, Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.

    Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşrutlardan istifadə isə avtomatik olaraq qiymətlərin artmasına səbəb olur.

    Bundan əlavə, birbaşa uçuşların dayandırılması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır.

    Sahibkarların sözlərinə görə, bazarda bəzi ehtiyat hissələrinin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.

  • Laricaninin qızını ABŞ ilə bağlayan fakt üzə çıxdı

    İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani 2021-ci ildə Co Bayden administrasiyası dövründə yaşıl kart alıb.

    Median.Az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, 2023-cü ildə ona ABŞ-ın Corciya ştatında 31 avqust 2026-cı ilə qədər qüvvədə olan tam tibbi lisenziya verilib.

    Fatimə 2017-ci ildə ABŞ-a köçüb və İndiana Universitetində klinik tədqiqatlar üzrə magistr dərəcəsi almazdan əvvəl Ohayo ştatının Klivlend şəhərindəki Universitet Xəstəxanalarında təhsil almağa başlayıb.
    Yanvarın sonlarında “Emory” Universiteti Fatimənin işinə xitam verildiyini açıqlayıb. “İranın yüksək vəzifəli hökumət məmurunun qızı olan həkim artıq “Emory” tərəfindən işə götürülmür”, – deyə universitet əlavə detalları açıqlamaqdan imtina edib.

    Onun ABŞ-ni tərk etdiyi ehtimal olunur. ABŞ Daxili Təhlükəsizlik Departamenti şərh tələblərinə cavab verməyib.

    Laricani ailəsinin Qərblə əlaqələri bundan da kənara çıxır. Belə ki, Laricaninin qardaşlarından biri, həkim Bager Ərdəşir Laricani 2017-ci ildə Kanadada daimi sakin statusu alıb. 2022-ci ildə ona ölkəni tərk etmək əmri verilib. Çünki o, beş il ərzində Kanadada tələb olunan 730 günü keçirməyib. (Unikal)

  • ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var

    ABŞ Silahlı Qüvvələri İranda “Epik Qəzəb” hərbi əməliyyatlarını davam etdirir.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında bildirilib.

    Qeyd olunub ki, ABŞ qüvvələri ötən sutka ərzində Xarq adasında 90-dan çox hərbi hədəfi (dəniz minaları, raketlər anbarlarını və digər hərbi infrastruktur) dəqiq zərbələrlə məhv edib.

    ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının pilotları indiyə qədər 6 mindən çox döyüş uçuşu həyata keçiriblər. Əməliyyatın əsas məqsədi İranın ballistik raketləri, PUA və dənizdəki təhdidlərini məhv etməkdir.

    Komandanlığın məlumatına görə, bu müddət ərzində İrana məxsus 100-dən çox hərbi gəmi də zərərsizləşdirilib.

    CENTCOM həmçinin bəyan edib ki, son iki həftə ərzində İran Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordaniya, Kipr, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Küveyt və Bəhreyn də daxil olmaqla, müxtəlif ölkələrə 300-dən çox hücum həyata keçirib və mülki obyektləri hədəf alıb.

    Bundan əlavə, ABŞ Ordusunun Mərkəzi Komandanlığı vurğulayıb ki, son günlər İran Təl-Əviv şəhərində mülki məhəllələrə kaset bombaları ilə zərbələr endirib. Vaşinqton Tehranın bu addımlarını qınayıb./teleqraf

  • Astronomlar yeni planet aşkar ediblər

    Astronomlar səthi ərimiş lava ilə örtülü olan yeni tip planet aşkar ediblər.

    Median.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
    Məlumata görə, “L98-59d” adlandırılan bu planet Yer kürəsindən təxminən 1,6 dəfə böyükdür və 35 işıq ili uzaqlıqda yerləşən qırmızı ulduzun ətrafında dövr edir.
    Araşdırmalara görə, planetin səth temperaturu təxminən 1900°C-ə çatır və səthinin böyük hissəsi maqma okeanı ilə örtülüb. Alimlər planetin atmosferində hidrogen sulfid qazının çox olduğunu və şəraitin həyat üçün əlverişli olmadığını bildirirlər.

    Tədqiqatçılar hesab edir ki, bu tip ərimiş planetlər kainatda düşündüyümüzdən daha çox ola bilər. Müşahidələr əsasən Ceyms Vebb kosmik teleskopunun məlumatları əsasında aparılıb.