Month: March 2026

  • Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

    Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.

    Lakin statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Eyni zamanda ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən indiki dövrdə uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir:

    “Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər”.

    Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.

    Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.
    //Baku.ws

  • Штаб-квартира КСИР в провинции Лорестан подверглась атаке с воздуха

    Штаб-квартира Корпуса стражей исламской революции (КСИР, элитные части иранских ВС) атакована в иранской провинции Лурестан.

    Об этом сообщает телеканал Al Hadath.

    По его информации, бомбардировке с воздуха подверглась штаб-квартира КСИР в Хорремабаде, административном центре провинции. Информации о причиненном ущербе или возможных пострадавших вследствие налета пока нет.

  • SEPAH-ın Lorestandakı qərargahı vuruldu

    İranın Lorestan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum edilib.

    Bu barədə “Əl-Hədəs” televiziya kanalı məlumat verib.

    Kanalın xəbərinə görə, əyalətin mərkəzi Xorrəmabadda yerləşən SEPAH qərargahı bombardman edilib. Hücum nəticəsində dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat verilməyib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Президент наградил военнослужащих Госагентства по охране стратегических объектов Азербайджана

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о награждении военнослужащих Государственного агентства по охране стратегических объектов АР.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    За отличие при исполнении служебных обязанностей наградить следующих военнослужащих Государственного агентства по охране стратегических объектов Азербайджанской Республики:

    медалью “За Отчизну”

    Гусейнова Рамиля Ариф оглу – майора

    медалью “За военные заслуги”

    Мовлаева Самира Ягуб оглу – майора

    Аббасова Эльсевяра Мухаммед оглу – капитана

    Эльдарова Заура Савзихан оглу – капитана

    Гусейнова Эльчина Аллахверди оглу – капитана

    Фарзалиева Илькина Мирза оглу – лейтенанта

    Вагабзаде Шахина Идаят оглу – лейтенанта

    Адамова Хаяла Фикрет оглу – старшего сержанта

    Гаджизаде Сабухи Эльшан оглу – старшего сержанта

    Гахраманзаде Эльмана Гахраман оглу – старшего сержанта”.

  • Prezident dövlət agentliyinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    “Vətən uğrunda” medalı ilə

    Hüseynov Ramil Arif oğlu – mayor

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Mövlayev Samir Yaqub oğlu – mayor

    Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

    Eldarov Zaur Səvzixan oğlu – kapitan

    Hüseynov Elçin Allahverdi oğlu – kapitan

    Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

    Vahabzadə Şahin İdayət oğlu – leytenant

    Adamov Xəyal Fikrət oğlu – baş çavuş

    Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

    Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.

  • Göyçayda 16 yaşlı qız dəm qazından zəhərlənib

    Göyçayda 16 yaşlı qız dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, rayon sakini, 2010-cu il təvəllüdlü D.Ziyadova yaşadığı ünvanda dəm qazından zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cabbar Musayev qərar imzaladı

    Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

    Qərara əsasən, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionunun Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilməsi barədə Naxçıvan MR. Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 132 nömrəli qərarı ləğv edilib.

    Bununla da hər iki stadion federasiyanın istifadəsindən çıxarılıb.//ōlkə.az

  • Bayram öncəsi bazarlarda son qiymətlər – VİDEO

    1 həftə sonra ölkədə bayram bayrama qarışacaq. Bu ərəfəlrdə insanların ən çox üz tutduğu yerlərdən biri də bazardır.

    Bəs qiymətlər necədir?

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bayrama az qalsa da, çərəzlərin qiymətində artım yoxdur.

    Meyvə-tərəvəzlərin qiymətində də ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloəramı 4-5, portağal isə 3-4 manatadır.

    Pomidorun kiloqramı 4 manat-4,50 qəpik, xiyarın kiloqramı isə 3 manat-3,50 qəpik arasında dəyişir.

    Süfrələri bəzəyəcək səmənilər də artıq satışa çıxıb. Qiymətləri 1 manatdan başlayır, 8 manata qədər davam edir.

  • Hüccətülislam Tayebi Kanadaya qaçdı – GÖRÜNTÜ

    İranın tanınmış din xadimlərindən biri olan Hüccətülislam Morteza Tayebi Kanadaya qaçıb.

    Median.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, şiə ruhani iyerarxiyasında ayətullahdan aşağı sayılan hüccətülislam dini titulunu daşıyan Morteza Tayebi ailəsi ilə birlikdə Kanadanın Toronto şəhərində yerləşən Pearson beynəlxalq hava limanında görüntülənib.

    Paylaşılan məlumatlarda qeyd olunur ki, Tayebi yaxın vaxtlarda Kanada vətəndaşlığı alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun ailə üzvləri ilə birlikdə hava limanında olduğu iddia edilir.

  • Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş – 20 min cərimə

    İşğaldan azad edilmiş Ağdərə rayonunun Kolatağ kəndində xeyli sayda işçini əmək müqaviləsiz işlədən “Təməl Tikinti” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. 

    Median.Az-ın məlumatına görə, MMC-nin Kamal Əliyev adlı əməkdaşının fəaliyyət göstərdiyi iş yerində olarkən öz ehtiyatsızlığından xəsarət aldığı məlum olub. 

    Sözügedən iş üzrə Xocalı rayon prokurorluğunda aparılan araşdırma zamanı “Təməl Tikinti” MMC-də xeyli sayda işçinin əmək müqaviləsi olmadan işlədilməsi faktı aşarlanıb. Nəticədə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

    Şirkətin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırverdi oğlu bir çox hallarda MMC-də işləmək istəyən şəxslər işə başlamazdan əvvəl iş yerinə gəlib iş şəraiti, şərtləri ilə tanış olduqdan sonra əmək müqaviləsi bağlandığını deyib. 

    Məhkəmənin hökmü ilə şirkətin qanuni təmsilçisi Bəylər Abdullayev 20.000 manat məbləğində cərimə edilib. 

    Qeyd edək ki, “Təməl Tikinti” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin hüquqi ünvanı AZ1147, Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 9 mkr, ev 11, m. 83 ünvanında yerləşir. MMC son 5 il ərzində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nın keçirdiyi milyonluq tenderlərin qalibi olub. //Qaynarinfo