ABŞ prezidenti Donald Tramp ABŞ–İsrail–İran müharibəsində İrana qarşı yeni açıqlama verib.
Median.Az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. O bildirib ki, ABŞ yaxın günlərdə İrana qarşı daha sərt addımlar ata bilər.
“Gələn həftə İrana çox ağır zərbə vuracağıq. Onlar ciddi zərbə alacaqlar”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin Hörmüz boğazında yaranmış vəziyyətə də toxunub. Tramp bildirib ki, bölgədə baş verənlər diqqətlə izlənilir.
“Hörmüz boğazında nə olacağını görəcəyik. Ümid edirəm hər şey yaxşı olacaq. Lazım gələrsə gəmiləri müşayiət edəcəyik”, – deyə o bildirib.
Bu arada “Axios” nəşri yazıb ki, Tramp son saatlarda İranın “təslim olmaq üzrə olduğunu” iddia edib. Nəşrin məlumatına görə, ABŞ prezidenti “Epik Qəzəb” əməliyyatının nəticələri ilə bağlı danışaraq bunun böyük uğur olduğunu bildirib.
Həmçinin iddia olunur ki, Tramp qapalı görüşlərdən birində İran rəhbərliyində vəziyyətin qeyri-müəyyən olduğunu və hazırda ölkədə kimin lider olduğunun dəqiq bilinmədiyini deyib.
Month: March 2026
-
Tramp: İran təslim olacaq
-
Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrin Nəcəfova ilə bağlı paylaşım edib.
Median.Az xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirib.
M.Eyubova qızının videosunu yayımlayaraq “Canım Nəzrinim. Doğum günün mübarək. Səni çox sevirəm, gözəl balam” sözlərini yazıb.
Qeyd edək ki, müğənninin 4 övladı var. Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. O, ana olmağa hazırlaşır. -
Хакан Фидан: Иран опровергает заявления о запуске ракеты по Турции
Министр иностранных дел Турции Хакан Фидан заявил, что утверждения о запуске баллистической ракеты по территории Турции были опровергнуты Ираном.
Как сообщает турецкое бюро AПA, министр отметил, что обсудил данный вопрос с министром иностранных дел Ирана Аббасом Арагчи, однако существуют некоторые противоречивые моменты. -
Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların İran tərəfindən təkzib edildiyini bildirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bu məsələni İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirə etdiyini, lakin bəzi ziddiyyətli məqamların mövcud olduğunu qeyd edib.“İranlı həmkarımla telefon danışığımız oldu. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir, lakin İran tərəfi belə bir hücumun baş vermədiyini bildirir. Müəyyən texniki məlumatlar var. Bu ziddiyyətlər həm diplomatik, həm də hərbi kanallar vasitəsilə müzakirə olunur”, – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, Türkiyənin əsas prioriteti müharibənin daha da genişlənməsinin və regiona yayılmasının qarşısını almaqdır.
-
Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
-
Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ

Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. -
İsrailə raket hücumları başladı

İran İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.
Median.Az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Amma hədəflər və ya atılan raketlərin sayı barədə heç bir məlumat verilməyib.
İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti isə bəyan edib ki, İrandan İsrail istiqamətində raket buraxılışı qeydə alınıb, Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhlükənin aradan qaldırılması üzərində işləyir.
İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatında bildirilib: “Bir müddət əvvəl IDF qüvvələri İrandan İsrail ərazisinə doğru raket buraxılışı qeydə alıb. HHM sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir”. -
Bu ölkədə matəm elan edildi

Efiopiyanın cənubunda baş verən güclü torpaq sürüşməsi nəticəsində onlarla insan həyatını itirib.
Median.Az xəbər verir ki, güclü yağışların səbəb olduğu torpaq sürüşməsi ölkənin Qamo zonasında baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində azı 80 nəfər həlak olub, çoxsaylı insan isə itkin düşüb. Axtarış-xilasetmə işləri hələ də davam edir.Faciə qurbanlarının xatirəsinə ölkədə 3 günlük matəm elan edilib. Matəm 15 martdan başlayaraq üç gün davam edəcək./metbuat.az
-
İki Formula-1 Qran-prisi ləğv oluna bilər – “Sky News”
Formula-1 yaxın gələcək yarışlarını Bəhreyn və Səudiyyə Ərəbistanında ləğv etməyi planlaşdırır, səbəb isə Yaxın Şərqdə gedən münaqişə və təhlükəsizlik problemləridir.
Bu barədə “Sky News” yazıb.
Məlumata görə, Formula-1 rəhbərliyi yekun qərarı iki gün ərzində açıqlayacaq.
Bəhreyndəki yarış 12 apreldə, Səudiyyə Ərəbistanında Qran-pri isə 19 apreldə baş tutmalı idi. Nəşr qeyd edib ki, bu iki yarış ilin təqvimində əvəzlənmədən ləğv oluna bilər, bu isə 2026-cı il mövsümünün 22 yarışla məhdudlaşması deməkdir.
Bəhreyn Qran-prisi: Maraqlı faktlar
Bəhreyn Qran-prisi Yaxın Şərqdə keçirilən ilk Formula-1 yarışıdır. 2004-cü ildə çempionat təqviminə daxil edilib. Yarışın ilk qalibi “Ferrari” komandasında çıxış edən əfsanəvi Mihael Şumaxer olub.
2014-cü ildən etibarən yarış gecə saatlarında keçirilir ki, bu da onu daha təsirli və görkəmli edir.
Səudiyyə Ərəbistanı Qran-prisi: Maraqlı faktlar
Ciddə trası Formula-1-dəki ən sürətli şəhər traslarından biridir. Yarış Qırmızı dəniz sahili boyunca keçirilir. Bu, XXI əsrdə Bəhreyn Qran-prisindən sonra Yaxın Şərqdə keçirilən ikinci Formula-1 yarışıdır. Formula-1 təqviminə Səudiyyə Ərəbistanı mərhələsi nisbətən yaxın illərdə, 2021-ci ildə əlavə olunub. İlk Qran-pri qalibi “Mercedes-AMG Petronas Formula One Team” komandasında çıxış edən Luis Hemilton olub.
-
Aliment ödəməyənlər həbs edilməlidir? – Bir tikə çörəyiniz varsa…
Hazırda Azərbaycan cəmiyyətində boşanmadan sonrakı ən ciddi problemlərdən biri alimentlərin ödənilməməsidir. Bu problem yalnız şəxsi münasibətlərin bitməsi deyil, həm də qadın və uşağın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Məhkəmələr aliment ödəmək barədə qərar çıxarsa da, qarşı tərəf bəzən ödənişdən boyun qaçırır və tətbiq olunan cəza mexanizmləri də hər zaman nəticə vermir.
Ədliyyə nazirinin müavini Toğrul Hüseynovun açıqlamasına görə, 2025-ci ildə Azərbaycanda aliment ödəməyən 2 344 nəfər həbs edilib. Həmin il icraatda 141 min aliment işi olub. Borclulardan 4 299-u haqqında inzibati xəta üzrə protokol tərtib olunub, 3 083 nəfər məhkəmələr tərəfindən inzibati tənbeh alıb. Nəticə göstərir ki, həbs, yaxud inzibati cəza çıxış yolu deyil. Bəs çıxış yolu nədir?Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, aliment yalnız tərəflər arasında qarşılıqlı razılaşma olmadığı halda məhkəmə qərarı ilə ödənilir: “Alimentlə bağlı məhkəmə qərarı qüvvəyə mindikdən sonra, borclu tərəf ödənişi həyata keçirmirsə, ilkin olaraq icra məmuru xəbərdarlıq edir. Bu xəbərdarlıq bir ay ərzində verilir. Əgər borc bu müddət ərzində ödənilməzsə, şikayət olunur və borcluya yenidən xəbərdarlıq edilir. Xəbərdarlığa baxmayaraq, aliment yenə də ödənilmirsə, icra məmuru borclunun maaşına yönləndirmə edə bilər, yəni ödəniş avtomatik olaraq maaşından tutulur. Əgər maaşı yoxdursa, digər gəlirləri və ya əmlakı varsa, aliment həmin gəlirlərdən və əmlakdan tutulur. Buna baxmayaraq, aliment ödənməzsə, borclu İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə cərimələnə bilər. Fiziki şəxslər üçün cərimə məbləği 500-1000 manat arasında dəyişir”.
Mütəxəssis bildirir ki, cərimələr adətən rəsmi iş yeri olmayan və kifayət qədər gəliri olan şəxslərə tətbiq edilir: “Aliment ödəməli olan şəxs aşağı maaşı alsa da, hətta əlilliyi olsa belə, qanunla müəyyən olunmuş hissəni mütləq uşağa verməlidir. Bu, onun borcudur, çünki böyüyün hüququ ilə uşağın hüququ kəsişdikdə, uşağın mənafeyi üstün tutulur. Yəni borclu tərəf bir tikə çörək əldə edə bilirsə, həmin çörəyin müəyyən hissəsini aliment kimi uşağa verməlidir. Aliment ödəmək iqtidarında olan, amma qərəzli şəkildə icra məmurunun tələblərini yerinə yetirməyən şəxs məsuliyyətə cəlb olunur”.
Qurum rəsmisi bildirir ki, alimenti ödəyə bilməyənlər, buna imkanı olmayanlar əslində çox deyil. Problem odur ki, boşananların əksəriyyəti alimenti qəsdən ödəmək istəmir: “Borcluların bəziləri düşünür ki, ödədiyi pul keçmiş həyat yoldaşı tərəfindən istifadə olunacaq. Alimenti ödəyən valideyn pulun bir hissəsini uşağın bank hesabına köçürə və 18 yaşdan sonra uşaq tərəfindən istifadə olunmasını təmin edə bilər. Həmçinin alimenti ödəyən tərəf valideyndən alimentin uşağa necə xərcləndiyi barədə hesabat tələb edə bilər. Müraciətlərin çoxunda görünür ki, borclu tərəfin gəlirləri var, lakin rəsmi iş yeri olmadığından aliment məbləği maaşdan avtomatik tutulmur. Borclunun ödəmək imkanları olmasına baxmayaraq, qəsdən boyun qaçırması və bəhanələr gətirməsi ən böyük problemdir. Bu zaman qanunun sərt tədbirləri ön plana çıxır”.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, dövlət cəza tədbirlərini görür, borclu məsuliyyətə cəlb edilir, nəticədə alimentini ödəmir. Mütəxəssis vurğulayır ki, bunun həll yollarını, beynəlxalq təcrübədə müsbət nümunələri araşdırırlar: “Məsələn, bəzi ölkələrdə borclu cəzaçəkmə müəssisəsinə göndərildikdə, onun cəza müddətində aliment dövlət tərəfindən ödənilir. Daha sonra müəssisədən çıxanda, dövlət onu məcburi əməyə cəlb etməklə, ödədiyi məbləği borcludan alır. Yaxud vətəndaş aliment öhdəliyini ödəyə bilmədikdə və ya boyun qaçırdıqda, ödənişi müvafiq dövlət fondu həyata keçirir. Bu halda vətəndaş artıq şəxsə deyil, dövlətə borclu olur. Borclu şəxs bunu ödəmədikdə, notarial əməliyyatlar və digər hüquqi hərəkətlər zamanı məhdudiyyətlərlə üzləşir. Azərbaycanda isə borclunun məsuliyyətdən boyun qaçırması ilə bağlı inzibati və cinayət tərkibli cəzalar nəzərdə tutulsa da, yenə də Ailə Məcəlləsi göstərir ki, uşağın sosial təminatı davamlı olmalıdır. Yəni uşağa aliment ödəmək iqtidarında olan valideyn onu verə bilmir və ya boyun qaçırırsa, bu, uşağın problemi deyil. Dövlət nəzarətini gücləndirməlidir ki, uşaqların aliment hüququ davamlı qorunsun”.
Hüquqşünas Şəbnəm Mirələmli deyir ki, aliment məsələsi dövlət nəzarətindədir. Uşağın maraqlarının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri olduğuna görə ər və arvad arasında məhkəmə mübahisəsi davam etdiyi dövrdə də uşağa aliment ödənilməsi ilə bağlı Ailə Məcəlləsində müvafiq imkanlar mövcuddur. Təcrübədə tərəflər arasında məhkəmə mübahisələri adətən 3-4 ay müddətində davam edir. Bu müddət ərzində uşağın maraqları həm maddi, həm də prosessual hüquq normaları ilə qorunur. Alimentin tutulmasına dair məhkəmə qərarları dərhal icra olunmalıdır. Aliment ödəyicisi tərəfindən alimentin ödənilməsi qərəzli şəkildə gecikdirildikdə və ya ümumiyyətlə ödənilmədikdə, cərimə və ya bir ayadək müddətə inzibati həbs tətbiq edə bilər”.
Hüquqşünas bildirir ki, təcrübədə aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılaraq uydurma əmək müqaviləsi bağlayırlar: “Bunun nəticəsində qanunla müəyyən edilmiş qaydada əməkhaqqından tutulmalı olan məbləğ uydurma əmək müqaviləsində göstərilən daha aşağı əmək haqqı əsasında hesablanır. Bu isə aliment öhdəliyinin faktiki daha az məbləğdə icra olunmasına səbəb olur. Lakin qeyd edilməlidir ki, belə hallara təcrübədə nisbətən az, təxminən hər on işdən birində rast gəlinir”. (“Kaspi” qəzeti)





