Month: March 2026

  • Sabah 13 dərəcə isti olacaq

    Azərbaycanda martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Göyçayda meyit tapılıb

    Göyçayda küçədən meyit tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay çayının kənarında baş verib. Göyçay şəhər sakini 1982-ci il təvəllüdlü Emil Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti çayın kənarında aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı

    “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

    Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

    Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”lə əlaqəsi iddia olunur.

    Belə ki, “MEST-1” və “MEST-3” MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda “Gəmiqaya Turizm” MMC-nin də qanuni təmsilçisidir.

    Xatırladaq ki, “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl “Arkoz Holdinq” olaraq dəyişdirilib. Hazırda isə ölkədə “Gəmiqaya” və “Arkoz” adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.

  • Şagirdin “iPhone”unu oğurlayıb 25 manata satdı

    Bakıda məktəbli qarət olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mehdi Hüseynzadə parkında qeydə alınıb.

    İttiham aktına görə, 42 yaşlı Sadiq Turabov (adı və soyadı şərtidir) 60 saylı orta məktəbin qarşısındakı parkda şagirdlərin futbol oynadığını və onlardan birinin çantasını oturacağın üzərinə qoyduğunu görüb. O, ətrafdakıların onu görmədiyindən əmin olaraq çantanı götürüb. Bir az irəlidə onun içindəki 7-ci sinif şagirdinin istifadə etdiyi, lakin anasına məxsus 3 000 manat dəyərində olan “iPhone 16 Pro Max” markalı telefonu götürüb, çantanı da səkiyə atıb.

    Daha sonra Dövlət Statistika Komitəsinin yanında tanıdığı şəxsə zəng edərək telefonu satmaq istədiyini bildirib. Həmin şəxs də telefona baxaraq onun “iCloud”da olduğunu və ekranının sındığını deyərək 25 manata alıb.

    Şagird isə telefonunun oğurlandığını biləndən sonra anasına məlumat verib. Anası və dayısı isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gələrək ərizə yazıblar. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sadiq Turabov və telefonu 25 manata alan şəxs saxlanılıblar. Digər şəxs izahat yazıb telefonu qaytarandan sonra sərbəst buraxılıb. Sadiqin barəsində isə cinayət işi açılıb.

    S.Turabov ifadəsində peşman olduğunu deyib. Zərərçəkən şəxs də telefonun qaytarıldığını və təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə S.Turabov 1 il 7 ay müddətinə həbs edilib.

  • В Грузии отменили тендеры на строительство дорог в Азербайджан и Армению

    Департамент дорог Грузии отменил международные тендеры, объявленные в августе 2024 года, на строительство моста Рустави – Цители и автомагистрали Алгети – Садахло.

    Информация опубликована на сайте ведомства.

    Кроме того, отменен и тендер на надзор за строительством этих дорог.

    В документах департамент указывает, что причиной отмены тендеров стала низкая конкуренция.

    Участки моста Рустави – Цители и дороги Алгети – Садахло являются частью международных дорожных коридоров Восток-Запад и Юг-Север, соединяющих Грузию с границами Азербайджана и Армении.

    Стоит отметить, что указанный участок дороги разделен на 4 лота. Проект предусматривал строительство 61.3-километровой, 4-полосной, бетонной автомагистрали с системой наружного освещения. Кроме того, было запланировано строительство в общей сложности 26 мостов и 11 транспортных узлов.

    Еще в 2024 году Департамент дорог объявил, что строительные работы начнутся в 2025 году, а строительство всех четырех участков будет завершено поэтапно в течение 30 месяцев с начала работ.

    Стоит также отметить, что проект софинансировался Европейским инвестиционным банком (ЕИБ) и правительством, для чего Европейский инвестиционный банк выделил кредит в размере 250 млн евро.

  • Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi

    Gürcüstanın Yol İdarəsi 2024-cü ilin avqustunda elan olunan Rustavi-Tsiteli körpüsünün və Alqeti-Sadaxlı magistral yolunun tikintisi üzrə beynəlxalq tenderləri ləğv edib.

    Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

    Bundan əlavə, qeyd olunan yolların tikintisinə nəzarət üzrə tender də ləğv edilib. Buna səbəb kimi rəqabətin aşağı olması göstərilib.

    Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı yolu Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq-Qərb və Cənub-Şimal beynəlxalq yol dəhlizlərinin bir hissəsidir.

    Yolun göstərilən hissəsi 4 lota bölünüb. Layihə xarici işıqlandırma sistemi ilə təchiz olunmuş 61.3 kilometrlik, 4 zolaqlı beton magistral yolun tikintisini nəzərdə tuturdu. Bundan əlavə, ümumilikdə 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi planlaşdırılmışdı.

    Hələ 2024-cü ildə Yol İdarəsi tikinti işlərinin 2025-ci ildə başlayacağını və dörd hissəli işlərin 30 ay ərzində mərhələli şəkildə tamamlanacağını elan etmişdi.

    Layihə Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə nəzərdə tutulmuşdu. Bu məqsədlə bank 250 milyon avro məbləğində kredit də ayırmışdı.

  • Алёна Алиева посетила Центр поддержки жизни – ФОТО

    Невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева посетила Центр поддержки жизни.

    Соответствующими кадрами она поделилась на своей странице в социальной сети Instagram.

    Представляем данную публикацию:

  • Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Yaşama Dəstək Mərkəzində olub.

    A.Əliyeva sosial şəbəkə hesabında mərkəzdən görüntülər paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Yuxuda yıxılmaq hissi nədən yaranır?

    İnsan yuxuya getdiyi anlarda bəzən ətraflarının titrədiyini və ya qəflətən boşluğa yıxıldığını hiss edərək diksinib oyanır. Bəs elmi dildə “hipnik səksənmə” adlanan bu vəziyyət hansı səbəbdən baş verir?

    Bu barədə ümumi praktika həkimi Əmir Xan “Mirror” nəşrinə müsahibəsində danışıb.

    Həkimin sözlərinə görə, insan yuxuya getdikdə əzələləri sürətlə boşalır. Bəzən beyin bu qəfil boşalmanı bədənin həqiqətən də yıxılması kimi qeydə alır:

    “Bu, beynin vəziyyəti yanlış şərh etməsidir. Beyin bədəni “xilas etmək” üçün ona təcili elektrik siqnalı göndərir ki, sizi tutsun. Nəticədə əzələlər qısalır və siz diksinərək oyanırsınız. Bəzi elm adamları bunun ibtidai dövrlərdən qalan, sağ qalmaq üçün qədim bir refleks olduğunu hesab edirlər”.

    Əmir Xan bildirib ki, bu hisslər tamamilə zərərsizdir və hər hansı xəstəlik əlaməti deyil. Lakin “yıxılma hissi”nin daha tez-tez baş verməsinə səbəb olan üç əsas amil var:

    – Hədsiz fiziki və ya zehni yorğunluq;

    – Yüksək stres və həyəcan;

    – Axşam saatlarında kofeinli içkilərin (qəhvə, çay və s.) qəbulu.

  • В Гяндже обнаружен героин стоимостью 1.6 млн манатов – Видео

    Сотрудниками Главного управления полиции города Гянджа проведена очередная операция по борьбе с незаконным оборотом наркотиков. В ходе мероприятия по подозрению в наркокурьерстве был задержан 33-летний Адиль Адилов.

    Об этом сообщили в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел.

    Отмечается, что в его спортивной сумке было обнаружено 27 кг 475 г героина.

    В своих показаниях задержанный заявил, что приобрёл наркотики через гражданина Ирана, с которым познакомился в социальной сети и личность которого устанавливается следствием, и планировал доставить их по различным адресам на территории города.

    Отметим, что стоимость обнаруженного у А.Адилова героина на “чёрном рынке” оценивается в 1 600 000 манатов.

    По данному факту в Главном управлении полиции города Гянджа возбуждено уголовное дело. Решением суда в отношении А.Адилова избрана мера пресечения в виде ареста. Оперативно-следственные мероприятия продолжаются.