Month: March 2026

  • İsrail ilk fürsətdə onları öldürəcək – ADLAR

    İsraildə İranla bağlı yeni mümkün “hədəf siyahısı”nı açıqlanıb.

    Median.Az xəbər verir ki, İsrailin Kanal 14 telekanalı tərəfindən yayımlanan siyahıda İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik fiqurları yer alır.
    Siyahıda göstərilən şəxslər və hazırkı vəzifələri:

    Möctəba Xamenei – İranın Ali Lideri .

    Əli Laricani – İran Ali Milli Təhlükəsizlik Şurasının katibi.

    Qulamhüseyn Möhsün Ecei – İran Məhkəmə hakimiyyətinin rəhbəri.

    Əli Abdullahi – SEPAH-ın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri.

    Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri.

    Ahmad Vahidi – SEPAH rəhbəri.

  • От MEDİA против предвзятого отчета Совета Европы ПРОТЕСТ

    Агентство по развитию медиа Азербайджанской Республики распространило заявление.

    По информации Median.Az, в заявлении говорится, что в ежегодном отчете о состоянии свободы прессы в Европе за 2025 год, опубликованном Платформой Совета Европы по защите журналистики и безопасности журналистов, были представлены односторонние, предвзятые суждения о медиа-среде Азербайджана.
    В частности, подходы, отраженные в отчете относительно изменений, внесенных в Закон Азербайджанской Республики “О медиа” в 2025 году, носят спекулятивный характер.
    Изменения в Закон Азербайджанской Республики “О медиа” были предложены на основе рекомендаций, пожеланий и предложений общества и медиа-сообщества, при этом основной целью является защита и оздоровление информационного пространства нашей страны, укрепление медиа-бренда и повышение авторитета профессионального журналиста, а также повышение чувствительности и обеспечение гибкости в государственном регулировании в контексте борьбы с теми или иными негативными явлениями в информационном пространстве с учетом требований общества.

    Один из таких спекулятивных подходов проявляется и в мнениях относительно субъектов печатных СМИ. Однако, в отличие от указанного в отчете, соответствующие изменения содержат положение о недопустимости использования в названиях медиа-субъектов выражений, противоречащих общественному порядку, морали и нравственности, а также способных ввести пользователей в заблуждение, что широко применяется в зарубежной и международной практике и служит защите прав пользователей на ожидания от субъекта, а также ценности бренда медиа-субъектов.

    Отметим, что в Азербайджане не существует каких-либо ограничений на профессиональную деятельность журналистов, и свобода выражения мнений в стране полностью обеспечена как юридически, так и практически. 
    В то же время мы подчеркиваем, что в Азербайджанской Республике все граждане несут равную ответственность перед законом, независимо от расовой, религиозной, этнической, половой принадлежности, происхождения, а также профессиональной принадлежности. Что касается вопроса о конкретных лицах, упомянутых в отчете, мы заявляем, что из деталей общедоступных материалов дела ясно видно отсутствие какой-либо связи между профессиональной деятельностью этих лиц и выдвинутыми против них уголовными и административными обвинениями, а соответствующие утверждения являются лишь неудачными попытками манипуляции.
    Наряду с этим отмечаем, что требование о соответствующей регистрации медиа-субъектов и их включении в Медиа-реестр применяется ко всем медиа-субъектам, действующим в Азербайджанской Республике, включая филиалы и представительства иностранных медиа-субъектов, и новые подходы в этом направлении по существу носят лишь технико-организационный характер, направленный на повышение эффективности.
    При формировании требований, предусмотренных для включения медиа-субъектов в Реестр в качестве информационного агентства, были учтены результаты анализа существующей практики, а также исключительная деятельность информационных агентств по обеспечению контентом не только потребителей, но и других профессиональных медиа-субъектов.
    В связи с соответствующим материалом о текущем состоянии законодательства о диффамации в нашей стране, опубликованным на Платформе в 2024 году и упомянутым в отчете, хотели бы напомнить, что наша позиция относительно утверждений, отраженных в этом материале, была официально доведена до противоположной стороны в том же году.

    Вызывает сожаление, что при подготовке подобных отчетов об Азербайджане не учитывается официальная позиция, а за основу берутся не факты, а предположения, субъективные мнения и суждения.

  • MEDİA-dan Avropa Şurasının qərəzli hesabatına ETİRAZ

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanat yayıb.

    Median.Az -ın məlumatına görə, bəyanatda bildirilib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.

    Xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.

    “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.

    Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

    Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilmişdir. 

    Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.

    Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

    Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülmüş, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınmışdır.

    Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilmişdir.

    Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur.

  • Правила для тех, кто не оплатил штраф вовремя изменены

    В Азербайджане изменены правила принудительного взыскания штрафов.

    Median.Az сообщает, что это нашло отражение в изменениях к Кодексу исполнения наказаний, утвержденных Президентом Ильхамом Алиевым.
    Согласно действовавшему до сих пор закону, если осужденный не уплачивал штраф в установленный срок, исполнение наказания в виде штрафа осуществлялось в принудительном порядке судом, вынесшим приговор, в порядке, установленном законодательством Азербайджанской Республики, то есть путем обращения взыскания на имущество, находящееся в частной собственности осужденного, или на его долю в общей собственности. Взыскание штрафа обращалось на заработную плату или иной доход осужденного в том случае, если у него не было имущества, либо этого имущества было недостаточно для полного погашения штрафа.

    Согласно изменению, если осужденный не уплачивает штраф в установленный срок, исполнение наказания в виде штрафа будет осуществляться судом, вынесшим приговор, путем принудительного обращения к исполнению. В этом случае штраф в первую очередь будет обращен на заработную плату или иной доход осужденного. Если у осужденного нет заработной платы или иного дохода, либо если заработная плата или иной доход осужденного недостаточны для полного погашения штрафа, штраф будет обращен на имущество, находящееся в частной собственности осужденного, или на его долю в общей собственности, и в этом случае будут применяться положения закона “Об исполнении” относительно обращения требования на имущество должника.

  • Azərbaycanda cərimənin məcburi tutulması qaydalarında DƏYİŞİKLİK

    Azərbaycanda cərimənin məcburi tutulması qaydalarında dəyişiklik edilib.

    Median.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.

    Qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək.

    Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.

    Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək.
    Bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

    Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilib. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilib ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.

  • Gündə 20 dəqiqəlik gəzintinin faydaları: Sağlamlıq üçün 5 üstünlük

    İdman zalına getmək və ya şirniyyatdan tam imtina etmək kimi planlar çox vaxt həyata keçirilməsi çətin məqsədlər olur. Lakin həyat tərzində kiçik dəyişikliklər etmək daha real yanaşma sayılır. Məsələn, gündə cəmi 20 dəqiqə gəzmək sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər.

    Median.Az xəbər verir ki, bu barədə “Parade” nəşri yazır.

    Nəşr mütəxəssislərə istinadən gündəlik 20 dəqiqə gəzintinin orqanizmdə yarada biləcəyi beş əsas dəyişiklikdən bəhs edir.

    Ürək-damar xəstəlikləri riski azalır

    Sertifikatlı fərdi məşqçi Ellison Qoldsmitin sözlərinə görə, gəzinti ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır. Hətta gündə 20 dəqiqə gəzmək belə yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini azalda bilər:

    “Gəzinti qan dövranını yaxşılaşdırır və ümumi qan axınını artırır. Bu, həm də qan təzyiqini tənzimləməyə və arteriyalara düşən yükü azaltmağa kömək edir”.

    “Current Opinion in Cardiology” jurnalında dərc olunmuş elmi icmala görə, həftədə beş gün gündə 30 dəqiqə gəzmək ürək xəstəlikləri riskini 19 faiz azaldır. “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” jurnalında aparılan araşdırma isə göstərib ki, qaçış və gəzinti yüksək qan təzyiqi, xolesterin və diabet riskini azaltmaq baxımından oxşar dərəcədə effektivdir.

    Beyin sağlamlığını dəstəkləyir

    Mütəxəssislər bildirir ki, ürək üçün faydalı olan fəaliyyətlər adətən beyin üçün də faydalıdır. Gəzinti zamanı qan dövranı güclənir və beyin daha çox oksigen alır.

    “Qan oksigen daşıyır və bu, neyronların daha yaxşı işləməsinə kömək edir. Nəticədə yaddaş və diqqət kimi koqnitiv funksiyalar yaxşılaşır. Qan həmçinin demensiya riskini azalda biləcək qida maddələrini də daşıyır”, deyə Qoldsmit izah edib.

    “GeroScience” jurnalında dərc olunan araşdırmaya görə, xüsusilə sürətli gəzinti demensiya və Altsheymer xəstəliyinin inkişaf riskini azalda bilər. Hətta gündə təxminən 3800 addım atmaq belə bu riski 25 faiz azalda bilər.

    Sertifikatlı məşqçi Rene Motonun sözlərinə görə, beynə daha yaxşı qan axını immun və limfa sistemlərini də dəstəkləyir. Bu isə infeksiyalara qarşı qorunmanı gücləndirir. Bundan əlavə, gəzinti depressiya və narahatlıq riskinin azalması ilə də əlaqələndirilir.

    Qanda şəkərin səviyyəsini tənzimləyir

    Mütəxəssislərin fikrincə, xüsusilə yeməkdən sonra qısa gəzinti qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edir.

    “Yeməkdən sonra 60 dəqiqə ərzində edilən 10 dəqiqəlik gəzinti qanda şəkərin kəskin artmasının qarşısını alır. Gəzinti zamanı əzələlər enerji üçün qlükozadan istifadə edir və bu, daha az insulin tələb edir”, deyə Qoldsmit bildirib.

    Sümüklər və oynaqlar üçün faydalıdır

    Yaş artdıqca sümüklərin və oynaqların sağlamlığını qorumaq üçün təkcə güc məşqləri deyil, gəzinti də vacib sayılır.

    “Gəzinti az yüklənməli məşq növüdür və sümüklərin yenilənməsi prosesini stimullaşdırır. Ayaqların yerə toxunması bədənə köhnə sümük toxumasının yenilənməsi siqnalını verir və bu, sümük sıxlığını artıraraq sınıq riskini azaldır”, deyə Qoldsmit bildirib.

    Onun sözlərinə görə, gəzinti xüsusilə omba və ayaq sümükləri üçün faydalıdır. Hərəkət zamanı qan axını oynaqlara yönəlir, bu da oynaqların “yağlanmasına” və qığırdaq toxumasına qida maddələrinin çatdırılmasına kömək edir.

    Ömrü uzada bilər

    Mütəxəssislər qeyd edir ki, gəzinti sağlamlıq üçün o qədər faydalıdır ki, hətta ömrü uzada bilər.

    Qoldsmit bildirib ki, dünyada insanların 100 ildən çox yaşadığı “mavi zonalar”ın ümumi xüsusiyyətlərindən biri gündəlik həyatın ayrılmaz hissəsi kimi gəzintinin olmasıdır.

    “GeroScience” jurnalında dərc edilən araşdırmaya görə, gündə təxminən 4400 addım atmaq ümumi ölüm riskini orta hesabla 41 faiz azalda bilər.//qaynarinfo

  • Главный редактор скончался

    “Qarabağ” qəzetinin коллектив понес тяжелую утрату.

    Median.Az сообщает, что скончался главный редактор газеты Чингиз Исмаилов. 

    Об этом сообщили друзья покойного в социальных сетях.

    Чингиз Исмаилов руководил газетой “Qarabağ” 36 лет.

    Да упокоит Аллах его душу.//modern.az

  • Baş redaktor vəfat edib

    “Qarabağ” qəzetinin kollektivinə ağır itki üz verib.

    Median.Az xəbər verir ki, qəzetin baş redaktoru Çingiz İsmayılov vəfat edib. 

    Bu barərə sosial şəbəkədə mərhumun dostları məlumat yayıblar.

    Çingiz İsmayılov 36 il “Qarabağ” qəzetinə rəhbərlik edib.

    Allah rəhmət eləsin.//modern.az

  • Ayrıldığı qızı qaçırdı, qardaşlarla birlikdə həbs edildi – 8 il

    Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş – Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib.

    Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək edib.

    Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. 

    Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostlar üçü də saxlanılıb.
    Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.

    Şəki Ağır Cinayətlər Məhkəməsi yekunda zərərçəkmiş şəxsin ifadəsinin ardıcıl və verilmiş ittihamla tam uyğun olduğu qənaətinə gəlib. Hökmə əsasən, adam oğurluğunda təqsirli bilinən Seyrana 8 il 6 ay, Səxavət-Elvin qardaşlarına isə 8 il həbs cəzası verilib.

  • От Бахчели Азербайджану дружба, Ирану предупреждение СООБЩЕНИЕ

    Мы заявляем, что Турция не может рассматриваться как страна, по которой любая страна может запустить ракету в любое время”.

    Median.Az сообщает, что об этом заявил председатель Партии националистического движения Турции Девлет Бахчели в ответ на атаку баллистическими ракетами, запущенными из Ирана. 

    «Исламская Республика Иран должна прояснить, является ли ракетная атака агрессией, провокацией или заговором. Мы хотим верить, что никаких преднамеренных действий не было. Турция — не та страна, с которой можно играть в азартные игры. Каждая страна должна прийти в себя». 

    Д. Бахчели подчеркнул, что они отвергают тех, кто пытается посеять раздор между Турцией и Азербайджаном:

    «В интересах каждой страны, чтобы соседние страны проявляли чувствительность к последовательным и многомерным провокациям, направленным на придание войне регионального масштаба, и поочередно принимали постоянные и всеобъемлющие меры. Весь мир должен знать, что мы не хотим снова видеть, слышать или быть свидетелями ракеты или беспилотного летательного аппарата, потерявшего свой путь или направление в нашем воздушном пространстве или в воздушном пространстве Азербайджана. Мы отвергаем тех, кто пытается посеять раздор между Турцией и Азербайджаном, и не поддаемся широко распространенным провокациям, находящимся в обращении».