Month: March 2026

  • Муджтаба Хаменеи не сможет жить “спокойно” – Трамп

    Я не верю, что он сможет жить «спокойно».

    Median.Az сообщает, что об этом заявил президент США Дональд Трамп в своем заявлении для “Fox News”, говоря о новом Верховном лидере Ирана Моджтабе Хаменеи.

    В то же время президент США заявил, что если бы Вашингтон отложил военные операции против Ирана на три дня, то Иран нанес бы первый удар.

  • Müctəba Xamenei “sakit” yaşaya bilməyəcək – Tramp

    Onun “sakit” yaşaya biləcəyinə inanmıram.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən danışarkən bildirib.

    Eyni zamanda, ABŞ Prezidenti iddia edib ki, əgər Vaşinqton İrana qarşı hərbi əməliyyatları üç gün gecikdirsə idi, birinci hücumu İran edəcəkdi.

  • Спикер парламента Ирана: Мы не хотим прекращения огня, врагу должны быть выбиты зубы!

    Иран не хочет прекращения огня. 

    Median.Az сообщает, что об этом заявил спикер иранского парламента Мохаммад Багер Галибаф в своем сообщении в социальной сети.

    “Мы не хотим прекращения огня. Мы верим, что должны ударить агрессора по зубам, чтобы он усвоил урок и больше никогда не помышлял об агрессии против нашего любимого Ирана. Сионистский режим видит свое позорное существование в продолжении цикла войны, переговоров, прекращения огня, а затем снова войны для укрепления своего доминирования. Мы разорвем этот цикл”, – отметил Галибаф. 

  • İran parlamentinin spikeri: Atəşkəs istəmirik, düşmənin dişi qırılmalıdır!

    İran atəşkəs istəmir. 

    Median.Az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf sosial şəbəkə hesabı üzərindən etdiyi paylaşımda bildirib.

    “Biz atəşkəs istəmirik. Biz inanırıq ki, təcavüzkarın dişlərinə yumruq vurmalıyıq ki, o, dərsini öyrənsin və bir daha sevimli İranımıza qarşı təcavüz etməyi düşünməsin. Sionist rejimi öz utancverici varlığını dominantlığını möhkəmləndirmək üçün müharibə, danışıqlar, atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirməkdə görür. Biz bu dövrü qıracağıq”,-deyə Qalibaf qeyd edib. 

  • В Азербайджане возросло бытовое насилие – УЖАСАЮЩАЯ СТАТИСТИКА

    Согласно статистике за 2025 год, число преступлений, совершенных против женщин, составило 6541. За тот же период число преступлений, совершенных женщинами, составило 1943.

    В ответ на запрос modern.az сообщили в Государственном комитете статистики.
    В отчетном году в общей сложности было зарегистрировано 21 031 человек, совершивших преступления. Из них 19 694 человека были мужчинами, а 1337 человек — женщинами. По статистическим данным, среди лиц, совершивших преступления, 3646 человек ранее также совершали преступления.

    В 2025 году было зарегистрировано 1396 преступлений, связанных с бытовым насилием. Среди этих преступлений 53 умышленных убийства20 покушений на убийство30 умышленных причинений тяжкого вреда здоровью64 умышленных причинений менее тяжкого вреда здоровью1202 умышленных причинений легкого вреда здоровью6 истязаний1 угроза убийством или причинением тяжкого вреда здоровью и 20 других фактов преступлений.
    В результате преступлений, связанных с бытовым насилием, число пострадавших женщин составило 1176 человек.

    Согласно данным Государственного комитета по проблемам семьи, женщин и детей за 2024 год, из 1451 зарегистрированного преступления, связанного с бытовым насилием, 1254 были умышленным причинением легкого вреда здоровью, 83 — умышленным причинением менее тяжкого вреда здоровью, 42 — умышленным убийством, 25 — умышленным причинением тяжкого вреда здоровью, 15 — покушением на убийство, 14 — истязанием, 18 — другими видами. 1283 человека (женщин – 62; мужчин – 1221), совершивших эти преступления, были привлечены к ответственности. Кроме того, 2 преступления были совершены повторно. В 2024 году было зарегистрировано 42 преступления, повлекших смерть, на почве семейных конфликтов и ревности (женщин – 29, мужчин – 16).

  • Azərbaycanda məişət zorakılığı artıb – QORXUNC STATİSTİKA

    2025-ci il üzrə statistikaya əsasən, qadınlara qarşı törədilmiş cinayətlərin sayı 6541 olub. Eyni dövrdə qadınlar tərəfindən törədilmiş cinayətlərin sayı isə 1943 təşkil edib.

    Median.Az modern.az-a istinadən  xəbər verir ki,  Dövlət Statistika Komitəsindən bildirilib ki,
    hesabat ilində ümumilikdə 21 031 nəfər cinayət törətmiş şəxs qeydə alınıb. Onlardan 19 694 nəfəri kişi, 1337 nəfəri isə qadın olub. Statistik məlumatlara görə, cinayət törətmiş şəxslər arasında 3646 nəfər əvvəllər də cinayət törətmiş şəxslər olub..

    2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb. Bu cinayətlər arasında 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 qəsdən sağlamlığa ağır zərər vurma, 64 qəsdən sağlamlığa az ağır zərər vurma, 1202 qəsdən sağlamlığa yüngül zərər vurma, 6 əzab vermə, 1 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və 20 digər cinayət faktı yer alıb.

    Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı isə 1176 nəfər olub.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatına əsasən, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın – 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bununla yanaşı 2 cinayət təkrar törədilib. 2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın – 29, kişi -16).

  • Azərbaycanda kartof BAHALAŞDI

    Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb. İrandan kartof ixracına qoyulan qadağa görünür qiymətlərə təsir edir. Nəzərə alsaq ki, qadağa davam edir, qiymətlərin necə olacağı sualı maraq doğurur. 

    Median.Az xəbər verir ki, satıcıların sözlərinə görə, İrandan kartof ixracına qoyulan qadağadan sonra bir kiloqramda 20 qəpik artım var. Amma qiymətlər tək İran kartofunda yox, Pakistan, Türkiyə və yerli kartofda da özünü göstərir:

    “Artım bir neçə gün öncə olub, davam edəcəyi gözlənilmir. Hal-hazırda topdan satışı 80 qəpikdir. İran kartofları isə 1 manatdan yuxarıdır. Bir azdan öz yerli Cəlilabad kartoflarımız da çıxacaq”. 
    Fermerlərin sözlərinə görə, kartofun qiymətində 10-15 qəpik artım var. 

    Bəs artım davam edəcək? 
    Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, yerli bazarda əhəmiyyətli yer tutan ölkələrdən Türkiyə 45%, Gürcüstan 15%, İran 10% paya sahibdir:

    “Sonrakı yerləri isə Pakistan və Rusiya tutur. İrandan təxminən il ərzində 13-15 min ton kartof idxal olunur ki, bu da qiymətlərə ciddi təsir göstərmək gücündə deyil. Amma son aylar kartofun qiymətində ümumi artım müşahidə olunur. Kartofun qiymətində artımlar ola bilər. Xüsusilə mart və aprel ayında gözləniləndir. Yerli kartof sonrakı aylarda çıxandan sonra isə qiymətlərin aşağı düşməsi də ola bilər”. 

  • Ən pisə hazırlıq: İsveç vətəndaşlara qida, yanacaq və nağd pul yığmağı tövsiyə etdi

    İsveç mümkün böhran və konfliktlərə hazırlığı gücləndirir, vətəndaşları qida, yanacaq və nağd pul ehtiyatı etməyə çağırır. Hökumət yerli bələdiyyələrə mülki müdafiə və yerli dözümlülüyü gücləndirmək üçün 1,4 milyard kron (təxminən 131 milyon avro) vəsait ayırıb.

    Median.Az xəbər verir ki, məlumatı mülki müdafiə naziri Karl-Oskar Bolin “Novinite”ə açıqlayıb.

    Plan üzrə maliyyənin üçdə biri generator və digər avadanlıqlara, üçdə biri zəruri məhsulların ehtiyatlarının yaradılmasına, qalan hissəsi isə strateji əhəmiyyətli bölgələrdə yerli rəhbərlərin görüş üçün təhlükəsiz yerlər üçün infrastruktura sərf olunacaq.

    Bu təşəbbüs 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra və Yaxın Şərqdə davam edən konfliktlər nəticəsində artan təhlükəsizlik narahatlığını əks etdirir. 2024-cü ildə hökumət artıq bütün ev təsərrüfatlarına elektrik kəsilməsi zamanı hazırlıq və saxlanmalı su miqdarı ilə bağlı bələdçi broşürlər göndərmişdi.

    Mülki Müdafiə Agentliyi (MCF) materialların alınmasını və vəsaitlərin bölgələr üzrə paylanmasını nəzarətdə saxlayacaq. Təxminən 500 milyon kron (46,8 milyon avro) prioritet bələdiyyələrə, sayı 100-dən az olan yerlərə yönəldiləcək.

    Mərkəzi Bank hər bir yetkin vətəndaşa əsas ehtiyaclarını ödəmək üçün ən azı 1000 kron (təxminən 94 avro) nağd pul saxlamağı tövsiyə edib, rəqəmsal ödəniş sistemlərində hər hansı nasazlıq baş verə biləcəyinə görə.

    Bolin vurğulayıb ki, hökumət ölkəni yalnız böhranlara hazırlamalı deyil, həm də vətəndaşları fövqəladə vəziyyətlərdə öz həssaslıqlarını azaltmaq üçün öyrətməlidir.

  • Бывший следователь, вышедший из тюрьмы: если бы сказали, я бы удалил тот статус!

    Бывший следователь, писатель Мушфиг Аббасов вышел на свободу, отбыв 15-суточный срок административного ареста.

    Modern.az сообщает, что он распространил заявление по поводу своего ареста.

    “Я уже на свободе. Сердечно благодарю людей, которые беспокоились за меня. Условиями содержания доволен, мое здоровье в порядке.

    Во-первых, заявляю, что я не считал себя виновным в каком-либо административном правонарушении и не нарушал закон ни в одном из своих статусов (написанных в социальной сети – ред.).

    Во-вторых, если кто-то посчитал какой-либо мой статус противоречащим государственным интересам, и мне бы об этом сказали, я бы удалил этот статус. Потому что я всегда был на стороне своего государства. Для этого не было необходимости в административном аресте.
    Что касается 15-дневного срока ареста, у Амира Тимура есть такое высказывание. Он говорил, что грязная кровь, выходящая из человека, иногда еще больше проясняет его сознание. Я воспринимаю эти 15 дней как грязную кровь и считаю, что эти дни еще больше открыли мое прозрение и послужили поводом для более ясного видения. Я люблю свое государство и свой народ. Пусть не только 15 дней моей свободы, но и вся моя жизнь будет посвящена Азербайджану”, – заявил М. Аббасов.

    Напомним, что М. Аббасов был арестован 15 февраля.

    В сообщении Генеральной прокуратуры о нем говорится, что в Управлении по производствам вне уголовного преследования в отношении Мушфига Аббасова было начато производство по делу об административном правонарушении по статье 388-1.1.1 Кодекса об административных правонарушениях (допущение размещения в информационном ресурсе или информационно-телекоммуникационной сети информации, распространение которой запрещено Законом Азербайджанской Республики “Об информации, информатизации и защите информации”). Затем дело было направлено для рассмотрения в Ясамальский районный суд по подсудности, и решением суда в отношении него была избрана мера пресечения в виде административного ареста сроком на 15 суток.

  • Həbsdən çıxan keçmiş müstəntiq: “Desəydilər, həmin statusu silərdim”

    Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov 15 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

    Median.Az xəbər verir ki, o, həbsilə bağlı açıqlama yayıb.

    “Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır.

    Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda (sosial şəbəkədə yazdıqları-red.) qanunu pozmamışam.

    İkincisi, əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsə, həmin statusu silərdim. Çünki, mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi.
    15 günlük həbs müddətinə gəldikdə, Əmir Teymurun belə bir sözü var. O, deyirdi ki, insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun”, – M.Abbasov bildirib.
    Xatırladaq ki, M.Abbasov 15 fevralda həbs edilmişdi. 
    Baş Prokurorluğun onunla bağlı məlumatında bildirilib ki, Müşfiq Abbasov barədə Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Daha sonra iş baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onin barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.//modern.az