Month: March 2026

  • Temperatur 20 dərəcəyədək artacaq – Hava proqnozu

    Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə az yağış yağacağı ehtimal edilir.

    Səhər bəzi yerlərdə duman müşahidə ediləcək, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

  • Bu şəxslərin övladlarına 140 manat verilir

    Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır.

    Median.Az xəbər verir ki, müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir.

    Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir.

    Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

    Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

  • İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

    Median.Az AZƏRTAC-a istinadən nekroloqun mətnini təqdim edir:

    “Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

    Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969-1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

    Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

    “Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

    Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

    Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

    Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

    Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

    Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

    Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Adil Kərimli

    Polad Bülbüloğlu

    Anar Rzayev

    Hacı İsmayılov

    Şəfiqə Məmmədova

    Oqtay Mirqasımov

    Fəxrəddin Manafov”.

  • Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı – “Sistemli və amansız cinayətlər törədilib”

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Median.Az həmin bəyanatı təqdim edir:

    “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib.

    1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb.

    Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz izlər qoyub. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə həyata keçirilmiş kütləvi qətliamlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olub.

    1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilib, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilib. Həmin dövrdə törədilmiş qırğınların miqyasını və amansızlığını Quba şəhərində sonradan aşkarlanmış kütləvi məzarlıq və çoxsaylı insan qalıqları əyani şəkildə təsdiqləyir. Bu faktlar insanların yalnız milli mənsubiyyətinə – azərbaycanlı olduqlarına görə sistemli şəkildə hədəfə alındığını və kütləvi şəkildə qətlə yetirildiklərini açıq şəkildə göstərir.

    Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.

    1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməyib.

    Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, soyqırımı faktlarına siyasi-hüquqi qiymət verilməsi, eləcə də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb.

    Beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin tanınması və ədalətin bərpası gələcəkdə insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması baxımından çox mühümdür.

    Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdırlar”.

    Bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • В Масазыре уже четыре дня нет питьевой воды

    В посёлке Масазыр Абшеронского района возникли проблемы с подачей питьевой воды.

    По информации Oxu.Az, уже четыре дня вода не поступает в некоторые районы посёлка. В результате жители остаются без водоснабжения. Сообщается, что воду доставляют в основном с помощью водовозов.

    В ответ на запрос редакции в Объединённой службе водоснабжения крупных городов сообщили, что проблема на насосной станции уже устраняется.

    “Временные перебои с подачей воды частично устраняются в ходе работ на станции. Жителям вода будет подаваться несколько часов в день. На территории также работают водовозы. В связи с интенсивными дождями продолжаются непрерывные восстановительные работы совместно с другими государственными органами для полного устранения аварии на насосной станции”, – отметили в службе.

  • Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ

    Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.

    Artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir.

    Nəticədə sakinlər susuz qalıblar. Bildirilir ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır.

    “Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsi təmin olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə fasiləsiz bərpa işləri aparılır”, – deyə məlumatda qeyd olunub.

  • C подтопленных территорий эвакуированы 454 человека – ВИДЕО

    Силы Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана в течении вчерашнего дня и ночи без перерыва проводили мероприятия по обеспечению безопасности на подтопленных территориях в связи с интенсивными осадками.

    Как сообщает Median.Az со ссылкой на МЧС, всего в безопасные зоны были эвакуированы 454 человека, из которых 75 – дети.

    Отмечается, что работы по ликвидации последствий наводнений выполняются силами войск гражданской обороны МЧС, Государственной службы пожарной охраны и специальных спасательных служб, Государственной службы надзора за маломерными судами и спасения на водах, а также региональных центров Баку и Сумгайыта.

  • Su basmış ərazilərdən 454 nəfər təxliyə edilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

    Bu barədə FHN məlumat yayıb.

    Görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

    Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

  • В мебельном цехе в Сумгайыте произошёл пожар – ВИДЕО

    На горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступило сообщение о пожаре в мебельном цехе на улице Ю.Мамедова в Сумгайыте.

    Как сообщает Median.Az со ссылкой на МЧС, на место происшествия незамедлительно были направлены силы Государственной службы пожарной охраны.

    Благодаря быстрой реакции пожарных, возгорание удалось потушить за короткое время, не дав ему распространиться.

    В результате пожара повреждена легковоспламеняющаяся конструкция цеха общей площадью 750 кв. м, огнём уничтожено около 70 кв. м. Остальная часть помещения, включая мебель и древесные материалы, не получила повреждений.

  • Sumqayıtda mebel sexində YANĞIN – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 750 kvadratmetr olan mebel sexinin yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.