Month: March 2026

  • Qətərdən İrana sərt bəyanat

    İran Bəhreyndə Qətər hərbi qulluqçularının yerləşdiyi binalara hücum edib.

    Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Qətər qardaş Bəhreyn Krallığının müxtəlif ərazilərində yerləşən və Körfəz Əməkdaşlıq Şurası Birgə Dəniz Əməliyyatları Mərkəzinin bir hissəsi olan Qətər donanmasının bölmələrinin yerləşdiyi binalara İranın hücumunu qətiyyətlə pisləyir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

  • İrandan Azərbaycana 52 nəfər təxliyə edildi

    İrandan Azərbaycana 52 nəfərin təxliyəsi həyata keçirilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, həmin şəxslərin 14-ü Pakistan, altısı Rusiya, üçü Çin, üçü Kanada, ikisi isə Böyük Britaniya vətəndaşıdır.

    İrandan Azərbaycana təxliyə edilənlərin 24-ü isə Çin vətəndaşıdır.

    Onların təxliyəsi “Astara” dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

  • Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT

    Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbində tədris davam etdirilir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, martın 5-də Naxçıvanda yaxınlığına İran tərəfinfən atılan dron düşən məktəbdə dərslər qaydasında davam edir.

    Hadisə şahidi olan məktəbin müəllimi Leyla Həsənova deyib ki, dünən dərs zamanı güclü partlayış səsi eşidiblər: “Aeroport bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxdıq. Təxminən 7-8 dəqiqə sonra ikinci zərbə endirildi. Yaşadığımız stresə baxmayaraq, tez bir zamanda uşaqların təxliyəsini təmin etdik”.

    Məktəbin digər müəllimi Aytəkin Babayeva isə qeyd edib ki, dünən baş verənlərə baxmayaraq, bu gün tədris öz qaydasında davam etdirilir: “Dünən təşviş yaransa da, vəziyyəti nəzarətdə saxladıq. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir”.

    Qeyd edək ki, dron hücumu zamanı məktəbə ziyan dəyməyib.

    Xatırladaq ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

  • Ramiz Mehdiyevin bankı bağlanır, aktivləri və öhdəlikləri ABB-yə ötürülür

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

    Median.Az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

    Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.

    Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq.

    Həmçinin, Bank “BTB”yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək.

    Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

    Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır. Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

    Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, Səbail Rayon Məhkəməsinin qərarı ilə ağır cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin gəlinidir.//iqtisadiyyat.az

  • Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var

    Mərkəzi Bank “Resurs İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) yenidən cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində 19 yanvar 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, “Resurs İnşaat” MMC 2023-cü il tarixində Azərbaycandan 156750 min ABŞ dollarını kənara qabaqcadan ödəniş etməklə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 156750.00 dollar hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.

    Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs MMC nümayəndəsinə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iclasa gəlməyib. Məhkəmənin hökmü ilə “Resurs İnşaat” MMC 31350.00 dollar məbləğində inzibati cərimə edilib.

    Qeyd edək ki, ötən il də Mərkəzi Bank tərəfindən sözügedən şirkət 105954,64 ABŞ dollarının 20 faizi, yəni 21190,928 ABŞ dolları məbləğində cərimə olunmuşdu.

    Onu da bildirək ki, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Qarayev Elməddin Nazim oğlu olan “Resurs İnşaat” MMC-nin hazırda Dövlət Vergi Xidmətinə 622013.27 manat vergi borcu var.

  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu

    Yaxın Şərq ölkələrindən diplomatik nümayəndələrimizə müraciət edilib

    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

    “BƏƏ, Səudiyyə Ərəbistanda, Küveyt, Qətər və Bəhreyndən 1000-ə yaxın Azərbaycan vətəndaşı diplomatik korpuslarımıza müraciət edilib, Səudiyyə Ərəbistanından zəvvarlar evakuasiya olunub. Onlardan 293 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan azərbaycanlıları olub”.

  • ВС РФ взяли под контроль Сосновое в Донецкой области

    Российские войска взяли под контроль населенный пункт Сосновое в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarət altına aldı

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Donetskdə Sosnovoye yaşayış məntəqəsini nəzarət altına alıblar.

  • Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

    Hazırda Rusiyada olan müğənni Afət Həsənovanın (Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətə Ali Məhkəmədə baxılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bu gün keçirilən prosesdə ifaçını onun vəkili Fuad İskəndərov təmsil edib.

    Ali Məhkəmə Afət Həsənovanın şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Qeyd edək ki, Afət Həsənova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayəti onun həmkarı Vəfa Şərifova verib. Lakin Afət Həsənova Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib.

    Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.

  • Число погибших в Иране при ударах США и Израиля возросло до 1332

    Число жертв среди мирных жителей в результате ударов США и Израиля по территории Ирана возросло до 1 332.

    Об этом сообщило Иранское общество Красного Полумесяца.

    “1 332 мирных жителя погибли с начала американо-израильской войны против Ирана”, – приводит заявление организации телеканал Al Jazeera.

    5 марта Фонд по делам мучеников и ветеранов Ирана сообщал о 1 230 жертвах.