Month: March 2026

  • İsrail SEPAH-ın keçmiş kəşfiyyat rəisini məhv etdi

    İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş kəşfiyyat rəisini öldürüb.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilir ki, Tehranda SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taibin evinə hücum edilib.

    Taib Müctəba Xameneinin müttəfiqi hesab olunurdu. İsrail uzun müddətdir ki, onu öldürmək istəyirdi.

  • İğdır-Bakı aviareysi üzrə 106 sərnişin yola düşəcək – FOTO

    Bakı–İğdır marşrutu üzrə növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına enib.

    APA-nın Türkiyə bürosu xəbər verir ki, Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə təşkil edilən aviareyslər çərçivəsində növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına eniş edib.

    İğdırdan təşkil ediləcək növbəti reyslə isə 106 sərnişin Bakıya yola düşəcək.

  • İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

    Hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.  
     
    Bu barədə  Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.  
     
    Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

  • Tramp daha bir ölkənin çökəcəyi proqnozunu verdi

    Kuba tezliklə çökəcək.
     
    Median.Az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib.  
     
    O bildirib ki, Kuba güclü şəkildə razılaşma əldə etmək istəyir. “Onlar razılaşma əldə etmək istəyirlər və mən Marko Rubionu oraya göndərəcəyəm və bunun necə nəticələnəcəyini görəcəyik. Hazırda buna çox diqqət yetiririk. Bizim kifayət qədər vaxtımız var, amma Kuba 50 ildən sonra hazırdır”, – deyə o əlavə edib.

  • Apteksiz uzunömürlülüyün sirri: Hər hansı əlavədən daha təsirli vərdiş

    Son illərdə yaşlanmaya yanaşma köklü dəyişib: mütəxəssislər getdikcə daha çox vurğulayırlar ki, əsas məqsəd yaşın çoxluğu deyil, xəstəliksiz həyat keyfiyyətidir.

    Qaynarinfo verir ki, “Parade” nəşri uzunömürlülük üçün əsas olan gündəlik vərdiş haqqında yazıb.

    “Vaxtından əvvəl yaşlanmaya qarşı ən güclü antidot pulsuzdur. O, tablet, toz və ya əlavə şəklində satılmır. O, sadəcə qapınızın ağzındadır və bəlkə də ən çox qiymətləndirilməyən vərdişdir”, deyə uzunömürlülük üzrə ekspert və “Daxili epidemiya” kitabının müəllifi Dr. Con La Puma bildirib.

    Həyatı uzadan vərdiş

    Gündə ən azı 30 dəqiqə hərəkət etmək diyetik əlavələrdən qat-qat daha çox fayda verir. “Parsley Health”dən Dr. Nişa Çellam vurğulayır ki, fiziki aktivlik həyatın uzadılması və sağlamlığın möhkəmləndirilməsi üçün elmi baxımdan ən əsas metodlardan biridir. Hal-hazırda heç bir preparat, müntəzəm məşqlərin effektivliyi ilə rəqabət apara bilmir.

    Məşqlər pulsuz “əsas tibbdır”: onlar təkcə əzələ-skelet sistemini gücləndirmir, həm də endorfinlər sayəsində əhval-ruhiyyəni yaxşılaşdırır. Fiziki aktivlik orqanın qidaları daha yaxşı mənimsəməsinə kömək edir.

    “Əgər fiziki məşqləri şüşəyə doldurub tablet kimi sata bilsəydik, bu, planetdə ən qiymətli və ən geniş yayılmış dərman olardı”, deyə La Puma qeyd edir.

    “Journal of Aging Research” jurnalında dərc edilmiş tədqiqat göstərir ki, hərəkət etmək oturaq həyat tərzi keçirən insanlarla müqayisədə bütün səbəblərdən ölüm riskini 30–35% azaldır.

    Dr. Çellam bildirir ki, hərəkət edən insanlar adətən daha incə belə, güclü əzələlərə və sağlam təzyiqə sahib olur. Görünən dəyişikliklərlə yanaşı, məşqlər sinir sisteminin stressi daha yaxşı idarə etməsinə kömək edir, bu isə ürək döyüntüsünün dəyişkənliyinin yüksək göstəricisində görünür.

  • Litva Naxçıvana hücumu qətiyyətlə pisləyir

    Litva Naxçıvanda dinc sakinlərin həyatını təhlükə altına alan mülki infrastruktura İranın dron hücumunu qətiyyətlə pisləyir.

    Bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial şəbəkəsində bildirib.

    “İran, Rusiya kimi, dayana bilmir. Ölkə həmçinin beynəlxalq hüququ açıq şəkildə pozur. Bu cür təcavüz gələcək eskalasiya riski daşıyır və dərhal dayandırılmalıdır. Litva Azərbaycanla həmrəyliyini ifadə edir”, – o yazıb.

    Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb.

  • Şəki bazarında geyim mağazalarından oğurluq edən şəxs cəzalandırıldı

    Şəki bazarında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, bazarda fəaliyyət göstərən iki geyim mağazasından ümumilikdə 1418 manat dəyərində geyim oğurlanıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Azərbaycanı “Avroviziya 2026″da təmsil edəcək iştirakçının adı açıqlandı

    Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək.

    Bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

    JIVA (Cəmilə Həşimova) – güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir.

    Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

    Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz Festivalı”nda səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.

    2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

    2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (The Voice of Azerbaijan) layihəsinin qalibi olub.

    JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

    Xatırladaq ki, Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.

    İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib və növbəti mərhələyə 18 namizəd dəvət olunub. Onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib.

    Qiymətləndirmələrin nəticəsində üç namizəddən ibarət qısa siyahı (shortlist) formalaşdırılıb. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun qiymətləndirməsi əsasında qəbul olunub və Azərbaycanın 2026-cı il təmsilçisi kimi JIVA seçilib.

    Qeyd edək ki, “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.

  • Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi müvəqqəti bağlanır – FOTO

    Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi 10-13 mart tarixlərində müvəqqəti bağlanır.

    Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

    “Nəzərinizə çatdırırıq ki, 9 mart tarixi Azərbaycanda qeyri-iş günü elan olunduğu üçün səfirlikdə də qeyri-iş günüdür”, – məlumatda qeyd olunub.

  • Belarus Azərbaycana hücumları qəti şəkildə pisləyib

    Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

    General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Nazirlər həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.