Month: March 2026

  • Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb

    Son iki gündə aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.

    Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.

    Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.

    Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü-Qaracik Zeyid-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba-Sərkərli avtomobil yolunda yerləşən Caqacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.

    Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

    Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Oğuzda ağacların kəsilməsinə görə cinayət işi açılıb

    Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

    Median.Az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Воздушное пространство Ирака не откроют для полетов до конца месяца

    Авиационные власти Ирака продлили запрет на полеты в воздушном пространстве страны до конца марта.

    Как передает Median.Az, об этом сообщил ТАСС источник в диспетчерской службе района полетной информации “Багдад”, отвечающей за авиационный трафик над страной.

    “Воздушное пространство останется закрытым, ориентировочно, до 09:00 по всемирному времени (13:00 по Баку – ред.) вторника, 31 марта”, – сказал собеседник агентства. Он напомнил, что небо над Ираком закрыли в первой половине дня 28 февраля из-за военной операции США и Израиля против Ирана.

    По данным источника ТАСС в авиадиспетчерских кругах Ближнего Востока, в настоящее время также закрыто воздушное пространство над Ираном, Бахрейном и Кувейтом. Серьезные ограничения действуют в небе Катара, ОАЭ и Сирии, периодически прекращаются полеты в Израиле.

  • İraqın hava məkanı nə vaxt açılacaq?

    İraqın hava məkanında uçuş qadağası martın sonuna qədər uzadılıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan “Bağdad” Uçuş Məlumatı Bölgəsinin dispetçer xidmətindən məlumat verilib.

    “Hava məkanı 31 mart, yerli vaxtla təxminən saat 9:00-a (Bakı vaxtı ilə saat 13:00 – red.) qədər bağlı qalacaq”, – deyə mənbə bildirib.

    ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən İraq səması fevralın 28-də günün birinci yarısında qapadılıb.

    TASS-ın Yaxın Şərqin aviadispetçer dairələrindəki mənbəsinin məlumatına görə, hazırda İran, Bəhreyn və Küveyt üzərindəki hava məkanı da bağlıdır. Qətər, BƏƏ və Suriya səmasında əhəmiyyətli məhdudiyyətlər qüvvədədir və İsraildə də uçuşlar vaxtaşırı dayandırılır.

  • Sumqayıtda leysan səbəbindən elektrik şəbəkəsində fasilələr yaranıb

    “Azərişıq” ASC və FHN əməkdaşları Sumqayıtda yarımstasiya və TM ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir.

    “Azərişıq” ASC-dən verilən məlumata görə, bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb.

    Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), Transformator Məntəqələrinə (TM) dolmasıdır.

    Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

    İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq FHN əməkdaşlarının köməkliyi ilə “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə təminatı həyata keçirilir.

  • “Zirə”nin futbolçusu millidə debüt oyununda qol vurdu

    “Zirə” klubunun hücumçusu Leroy Mikels Ruanda milli komandasının heyətində debüt matçına çıxıb.

    Futbolçu “FIFA Series – 2026” turniri çərçivəsində Qrenada yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə mübarizə aparıb.

    Matça start heyətində başlayan forvard ilk hissəyə artırılmış vaxtda rəqib qapısına yol taparaq adını tabloya yazdırmağa müvəffəq olub.

    Ümumilikdə qarşılaşma Ruanda milli komandasının 4:0 hesablı mütləq qələbəsi ilə başa çatıb.

  • Bakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb – İcra başçıları hadisə yerində – FOTO

    Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

    Bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

    Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəliblər. İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

    Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

  • Bu oyunlar təxirə salındı

    AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş qrupları üzrə çempionatlarda həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

    Bu barədə milli assosiasiyadan məlumat verilib.

    AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının görüşləri başqa tarixlərdə baş tutacaq.

  • NİİM-dən paytaxtdakı svetoforlarla bağlı AÇIQLAMA

    Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb.

    Qeyd olunub ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır:

    “Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

    Bununla yanaşı, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər”.

  • Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su dolub, 22 nəfər təxliyə edilib

    Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.