Month: March 2026

  • В Баку, Сумгайыте и на Абшероне эвакуированы более 40 жителей – ВИДЕО

    Сильные дожди затопили ряд территорий в Баку, Сумгайыте и Абшеронском районе. Сотрудники Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана помогают жителям и проводят эвакуацию из опасных зон.

    Как сообщили Oxu.Az в МЧС, в результате проведённых действий из опасных зон спасены 42 человека, из них восемь – дети.

    В настоящее время силы МЧС продолжают эвакуацию нуждающихся граждан и выполнение других необходимых мер безопасности.

    * * * * *

    Силы Министерства по чрезвычайным ситуациям (МЧС) продолжили операции по ликвидации последствий, вызванных интенсивными осадками в Баку, Сумгайыте и Абшеронском районе.

    Как сообщили в пресс-службе ведомства, в результате проведенных мероприятий в безопасные зоны эвакуированы в общей сложности 33 человека.

  • Bakı, Sumqayıt və Abşeronda 40-dan çox sakin təxliyə edilib – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

    Bununla bağlı FHN-dən məlumat verilib.

    Görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

    Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

    Nazirlikdən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

  • Бахрейн и Кувейт оставляют закрытым свое воздушное пространство уже 29-е сутки подряд

    Полеты в воздушном пространстве Бахрейна и Кувейта, прекращенные из-за военной операции США и Израиля против Ирана, не возобновляются уже 29-е сутки подряд.

    Как передает Median.Az, об этом ТАСС сообщил источник в авиадиспетчерских службах Ближнего Востока.

    “Воздушное пространство Бахрейна и Кувейта будет закрыто еще на 12 часов – до 16:00 по всемирному времени (20:00 по Баку – ред.)”, – сказал собеседник агентства. Таким образом, запрет на полеты в этих странах, введенный еще в первой половине дня 28 февраля, будет действовать уже 29-е сутки подряд. Также в воздушном пространстве не осуществляется транзит самолетов в третьи страны.

    Между тем, собеседник агентства заметил, что Бахрейн допускает отдельные вылеты по специальному разрешению из аэропорта Манамы по кратчайшему коридору в сторону соседней Саудовской Аравии.

  • Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır – Yeni qadağa qərarı

    Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.

    Qeyd olunub ki, Bəhreyn və Küveyt üzərindəki hava məkanı əlavə olaraq 12 saat – bu gün yerli vaxtla saat 16:00-dək (Bakı vaxtı ilə 20:00 – red.) qapalı qalacaq.

    Həmin hava məkanlarından istifadə edərək üçüncü dövlətlərə tranzit uçuşlar edən təyyarələrin də hərəkəti qadağan edilir.

    Eyni zamanda, agentliyi məlumatlandıran mənbə vurğulayıb ki, Bəhreyn yalnız Manama aeroportundan qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi ilə xüsusi buraxılış əsasında fərdi uçuşların icrasına şərait yaradır.

  • Цена на азербайджанскую нефть побила четырехлетний рекорд

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 2.99 доллара, или 2.5% – до 124.24 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 121.25 доллара.

    Напомним, что азербайджанская нефть марки Azeri Light в последний раз поднималась до уровня 124 долларов 9 марта 2022 года.

  • Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.99 ABŞ dolları və ya 2.5% artaraq 124.24 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121.25 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan nefti sonuncu dəfə 2022-ci il martın 9-da 124 dollar səviyyəsinə yüksəlib.

  • В Азербайджане вступили в силу тарифы на услуги гражданской авиации (Таблица)

    В Азербайджане утверждены размеры платы за услуги по контролю безопасности в сфере гражданской авиации, предоставляемые поставщикам услуг.

    Соответствующее постановление подписал министр цифрового развития и транспорта страны Рашад Набиев. Документ вступил в силу с сегодняшнего дня.

    С полным списком тарифов на вышеуказанные услуги можно познакомиться, перейдя по ссылке.

  • Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ (Cədvəl)

    Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri təsdiq olunub.

    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzaladığı müvafiq qərar bu gündən qüvvəyə minib.

    Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri aşağıdakı kimidir:

    Sıra
    nömrəsi
    Xidmətin adı Ölçü vahidi Xidmət haqqının məbləği
    1. qeyri-müntəzəm (çarter) uçuş marşrutuna icazənin verilməsi üzrə müraciətin “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması
    1.1. birdəfəlik uçuşun yerinə yetirilməsinə dair hər uçuş üçün 100,0 avro
    1.2. uçuşun uçuş proqramı əsasında 3 ay müddətinədək yerinə yetirilməsinə dair hər uçuş proqramı üçün 1000,0 avro
    1.3. uçuşun uçuş proqramı əsasında 3 aydan 6 ay müddətinədək yerinə yetirilməsinə dair hər uçuş proqramı üçün 1500,0 avro
    2. Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uçuş marşrutunun təsdiq edilməsi üzrə müraciətin mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması hər uçuş marşrutu üçün 100.00 manat
    3. mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına təsdiqetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər icazə üçün 200.00 manat
    4. mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına azadetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər icazə üçün 500.00 manat
    5. aviasiya subyektlərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi hər subyekt üçün 5000.00 manat
    6. aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlığa xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sertifikatın etibarlılığının təsdiq edilməsi ümumi dəyəri 1000 manatdan aşağı olan avadanlıq istisna olmaqla hər avadanlığın növü üzrə 1000.00 manat
    7. aviasiya təhlükəsizliyinə dair baxış üzrə operatorun bilik və bacarığının qiymətləndirilməsi hər namizəd şəxs üçün 40.00 manat
    8. aviasiya təhlükəsizliyi üzrə instruktorun bilik və bacarığının qiymətləndirilməsi hər namizəd şəxs üçün 150.00 manat
    9. aviasiya tədris mərkəzinin aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi hər tədris mərkəzi üçün 2000.00 manat
    10. aviasiya təhlükəsizliyi proqramının təsdiq edilməsi hər proqram üçün 500.00 manat
    11. aviasiya təhlükəsizliyi proqramına edilən dəyişikliklərə razılığın verilməsi hər proqram üçün 100.00 manat
    12. təhlükəli yüklərin daşınmasına dair prosedurun (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi hər prosedur üçün 500.00 manat
    13. təhlükəli yüklərin daşınmasına dair prosedura edilmiş dəyişikliklərin (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi hər prosedur üçün 100.00 manat
    14. Azərbaycan Respublikasında fəaliyyət göstərən hava gəmisinin istismarçılarının uçuş heyətinə uçuş heyəti üzvünün vəsiqəsinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər uçuş heyəti üzvü üçün 70.00 manat
    15. Azərbaycan Respublikasında fəaliyyət göstərən digər dövlətdə qeydiyyatda olan hava gəmisinin istismarçılarının nümayəndəliklərinin əməkdaşlarına hava limanının nəzarət edilən zonalarına buraxılış vərəqələrinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər əməkdaş üçün 140.00 manat
    16. təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması üçün xarici dövlətdə alınmış istismarçı sertifikatında müvafiq icazəsi olan xarici dövlətin istismarçısının icazəsinin tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər tanınma üçün 1000.00 manat
    17. Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə prosedurunun və ya təlim proqramının təsdiq edilməsi hər prosedur və ya təlim proqramı üçün 500.00 manat
    18. Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə proseduruna və ya təlim proqramına dəyişikliklərin təsdiq edilməsi hər prosedur və ya təlim proqramı üçün 250.00 manat
    19. imtahanların, praktiki bacarıq testinin, bacarıq yoxlamasının və səriştə qiymətləndirilməsinin həyata keçirilməsi
    19.1. xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün imtahanın həyata keçirilməsi hər iştirak üçün 200.00 manat
    19.2. nəzəri bilik imtahanının həyata keçirilməsi hər iştirak üçün 50.00 manat
    19.3. praktiki bacarıq testinin, bacarıq yoxlamasının və ya səriştə qiymətləndirilməsinin həyata keçirilməsi hər praktiki bacarıq testi, bacarıq yoxlaması və ya səriştə qiymətləndirilməsində iştirak üçün 500.00 manat
    20. şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması, şəhadətnaməyə dəyişiklik edilməsi və ya konvertasiya olunması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    20.1. şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması və ya konvertasiya olunması üzrə müraciətin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    20.1.1. nəqliyyat pilotu və çoxheyətli pilot hər şəhadətnamə üçün 500.00 manat
    20.1.2. kommersiya pilotu hər şəhadətnamə üçün 400.00 manat
    20.1.3. həvəskar pilot hər şəhadətnamə üçün 300.00 manat
    20.1.4. hava şarı pilotu hər şəhadətnamə üçün 250.00 manat
    20.1.5. məsafədən idarə edən pilot (operator) hər şəhadətnamə üçün 250.00 manat
    20.1.6. kabinə heyəti hər şəhadətnamə üçün 200.00 manat
    20.1.7. naviqator, bort mühəndisi, bort radiooperatoru (bort radist) hər şəhadətnamə üçün 400.00 manat
    20.1.8. havada hərəkəti idarəetmə dispetçeri hər şəhadətnamə üçün 350.00 manat
    20.1.9. uçuş dispetçeri hər şəhadətnamə üçün 200.00 manat
    20.1.10. hava gəmisi texniki hər şəhadətnamə üçün 300.00 manat
    20.2. şəhadətnaməyə dəyişiklik edilməsi hər dəyişiklik üçün 100.00 manat
    21. sertifikatın verilməsi, sertifikatın müddətinin uzadılması və ya sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    21.1. uçuş heyətinə təlim keçən təlimçilər hər sertifikat üçün 500.00 manat
    21.2. digər aviasiya personalına təlim keçən təlimçilər hər sertifikat üçün 400.00 manat
    21.3. uçuş heyətinin bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar hər sertifikat üçün 700.00 manat
    21.4. digər aviasiya personalının bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar hər sertifikat üçün 500.00 manat
    22. ixtisas qeydlərinin verilməsi, yenidən təsdiq edilməsi, müddətinin uzadılması və ixtisas qeydinə dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    22.1. uçuş heyəti hər qeyd üçün 200.00 manat
    22.2. havada hərəkəti idarəetmə dispetçeri hər qeyd üçün 200.00 manat
    22.3. hava gəmisi texniki hər qeyd üçün 200.00 manat
    22.4. digər aviasiya personalı hər qeyd üçün 150.00 manat
    23. şəhadətnamələrə əlavə qeydlərin daxil edilməsi hər qeyd üçün 100.00 manat
    24. şəhadətnamə, ixtisas qeydi, sertifikat və digər əlaqəli sənədlər üzrə üzv dövlətdə verilmiş analoji sənədin etibarlılığının təsdiq edilməsi hər sənəd üçün 700.00 manat
    25. üzv dövlət tərəfindən verilmiş şəhadətnamə imtiyazlarının doğrulanması hər imtiyazın doğrulanması üçün 50.00 manat
    26. şəhadətnamə, vəsiqə və ya sertifikatlara tətbiq edilən məhdudiyyətlərin ləğvi hər məhdudiyyət üçün 100.00 manat
    27. şəhadətnamə, vəsiqə və ya sertifikatın dublikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər dublikat üçün 100.00 manat
    28. aviasiya tibb eksperti tərəfindən aparılan aviasiya-tibbi müayinə və qiymətləndirilmələrin nəticələrini əks etdirən hesabatın və ekvivalent sənədin qiymətləndirilməsi hər nəfər üçün 150.00 manat
    29. hava gəmisinin növ sertifikatının tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər hava gəmisi üçün 10000.00 manat
    30. xüsusi uçuş icazəsinin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər icazə istənilən uçuş üçün 2000.00 manat
    31. hava gəmisinə uçuşa yararlılıq sertifikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, habelə sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, müfəttiş yoxlamalarının keçirilməsi
    31.1. çəkisi 5 700 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 5000.00 manat
    31.2. çəkisi 5 700 kq-dan 30 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 7500.00 manat
    31.3. çəkisi 30 000 kq-dan 100 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 10000.00 manat
    31.4. çəkisi 100 000 kq-dan 200 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 15000.00 manat
    31.5. çəkisi 200 000 kq-dan 300 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 20000.00 manat
    31.6. çəkisi 300 000 kq-dan çox olan hava gəmiləri üçün hər sertifikat üçün 25000.00 manat
    32. ixrac üçün uçuşa yararlılıq sertifikatının verilməsi üzrə müfəttiş yoxlamasının keçirilməsi
    32.1. çəkisi 5 700 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 2500.00 manat
    32.2. çəkisi 5 700 kq-dan 30 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 5000.00 manat
    32.3. çəkisi 30 000 kq-dan 100 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 7500.00 manat
    32.4. çəkisi 100 000 kq-dan 200 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 10000.00 manat
    32.5. çəkisi 200 000 kq-dan 300 000 kq-dək olan hava gəmiləri üçün hər sertifikat üçün 12500.00 manat
    32.6. çəkisi 300 000 kq-dan çox olan hava gəmiləri üçün hər sertifikat üçün 15000.00 manat
    33. hava gəmisində modifikasiyalar və ya təmirlərin yerinə yetirilməsinə dair məlumatların təsdiq edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər modifikasiya və ya təmir üçün 1000.00 manat
    34. səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikatın verilməsi və ya yenidən rəsmiləşdirilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün 2000.00 manat
    35. radioavadanlıq sertifikatının verilməsi və ya yenidən rəsmiləşdirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün 1000.00 manat
    36. mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilata təsdiq və tanınma sertifikatlarının verilməsi, sertifikata dəyişikliklərin edilməsi və sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    36.1. sertifikatın verilməsi üzrə hər təşkilat üçün 10000.00 manat
    36.2. sertifikata dəyişikliklərin edilməsi üzrə hər dəyişiklik üçün 3000.00 manat
    36.3. sertifikatın müddətinin uzadılması üzrə hər təşkilat üçün 5000.00 manat
    37. texniki xidmət proqramının və ya proqrama edilmiş dəyişikliklərin təsdiq edilməsi hər proqram üçün 1000.00 manat
    hər dəyişiklik üçün
    38. mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilata təsdiq sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
    38.1. sertifikatın verilməsi üzrə hər təşkilat üçün 5000.00 manat
    38.2. sertifikata dəyişikliklərin edilməsi üzrə hər dəyişiklik üçün 2000.00 manat
    38.3. sertifikatın müddətinin uzadılması üzrə hər təşkilat üçün 3000.00 manat
    39. təşkilatın təlimatının və ya təlimata edilən dəyişikliklərin təsdiq edilməsi hər dəyişiklik üçün 1500.00 manat
    40. mülki hava gəmisinin dövlət qeydiyyatına alınması üçün daxil olmuş müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər hava gəmisi üçün 1000.00 manat
    41. mülki hava gəmisinin dövlət uçotuna alınması hər hava gəmisi üçün 500.00 manat
    42. mülki hava gəmisinin dövlət reyestrindən çıxarılması hər hava gəmisi üçün 2000.00 manat
    43. mülki hava gəmisinin uçuşa yararlılığı və uçuş əməliyyatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq standarta riayət etməkdən istisnanın verilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər istisna üçün 1500.00 manat
    44. hava limanının və (və ya) aerodromun istismarçısının beynəlxalq standarta riayət etməkdən azadolma halı barədə qərarın qəbul edilməsi hər qərar üçün 1500.00 manat
    45. pilotsuz uçuş aparatına qeydiyyat sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər mülki pilotsuz uçuş aparatı üçün 500.00 manat
    46. pilotsuz uçuş aparatı istismarçısına istismarçı sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər mülki pilotsuz uçuş aparatı üçün 1000.00 manat
    47. pilotsuz uçuş aparatı istismarçısına əməliyyat icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər mülki pilotsuz uçuş aparatı üçün 1000.00 manat
    48. hava gəmisinin minimum avadanlıq siyahısının (MEL) təsdiq edilməsi hər MEL üçün 2000.00 manat
    49. hava gəmisinin minimum avadanlıq siyahısına (MEL) dəyişikliklərin təsdiq edilməsi hər dəyişiklik üçün 100.00 manat
    50. xüsusi şəraitlərdə uçuş əməliyyatının yerinə yetirilməsinə icazənin verilməsinə dair istismarçı sertifikatında qeydlərin aparılması hər qeyd üçün 2000.00 manat
    51. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində hava gəmisinin istismarçısının istismarçı sertifikatının tələblərinə uyğunluğunun təmin edilməsi
    51.1. sərnişin daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üzrə 2 avro
    51.2. yük daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üzrə 0.60 avro
    52. hava gəmisinin istismarçısına istismarçı sertifikatın verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi
    52.1. hava şarına münasibətdə hər sertifikat üçün 2000.00 manat
    52.2. pilotsuz uçuş aparatları istisna olmaqla, digər hava gəmilərinə münasibətdə hər sertifikat üçün 10000.00 manat
    53. təlim təşkilatlarına, uçuşu və ya hava hərəkətini imitasiya edən təlim qurğusuna sertifikatların verilməsi, müddətinin uzadılması, eləcə də sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi
    53.1. sertifikatın verilməsi üzrə
    53.1.1. hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə hər sertifikat üçün 2000.00 manat
    53.1.2. digər hava gəmilərinə münasibətdə hər sertifikat üçün 10000.00 manat
    53.2. sertifikata dəyişikliklərin edilməsi üzrə hər dəyişiklik üçün 2000.00 manat
    53.3. sertifikatın müddətinin uzadılması üzrə
    53.3.1. hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə hər sertifikat üçün 2000.00 manat
    53.3.2. digər hava gəmilərinə münasibətdə hər sertifikat üçün 5000.00 manat
    54. model pilotsuz uçuş aparatı klubuna və ya assosiasiyasına icazənin verilməsi və ya müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması hər təşkilat üçün 2000.00 manat
    55. hava gəmisi istismarçısının istismar təlimatının (OM), habelə hava gəmisinin uçuş təlimatının (AFM) yoxlanılması və təsdiq edilməsi hər təlimat üçün 1000 səhifəyədək – 500.00 manat, 1000 səhifədən yuxarı – 1000.00 manat
    56. uçuş heyətinin istismar təlimatının (FCOM, QRH) (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) yoxlanılması və təsdiq edilməsi hər təlimat üçün 1000 səhifəyədək – 250.00 manat 1000 səhifədən yuxarı – 500.00 manat
    57. təlim proqramının və ya təlim kursunun təsdiq edilməsi hər təlim proqramı və təlim kursu üçün 2000.00 manat
    58. aviasiya tibb mərkəzi sertifikatının verilməsi ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər mərkəz üçün 10000.00 manat
    59. aviasiya tibb mərkəzi sertifikatının yenilənməsi və ya hüquqi qüvvəsinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər mərkəz üçün 5000.00 manat
    60. aviasiya tibb eksperti sertifikatının verilməsi və ya müddətinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər namizəd şəxs üçün 300.00 manat
    61. mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər hava limanı və aerodrom üçün 10000.00 manat
    62. mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər hava limanı və aerodrom üçün 10000.00 manat
    63. helikopter meydançalarına (helideklərə) sertifikatın verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər helikopter meydançası (helidek) üçün 5000.00 manat
    64. helikopter meydançalarına (helideklərə) sertifikatın yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi hər helikopter meydançası (helidek) üçün 5000.00 manat
    65. mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatının (OM) yoxlanılması və təsdiq edilməsi hər təlimat üçün 1500.00 manat
    66. mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatına (OM) edilmiş dəyişikliklərin yoxlanılması və təsdiq edilməsi hər dəyişiklik üçün 1500.00 manat
    67. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində yerüstü xidmət təminatçılarının sertifikat tələblərinə uyğunluğunun təmin edilməsi
    67.1. sərnişin daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üçün 2 avro
    67.2. yük daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üçün 0.60 avro
    68. hava hərəkəti xidmətlərini təmin edən təchizatçıya uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi
    68.1. sertifikatın verilməsi və ya müddətinin uzadılması üzrə sertifikatlaşdırılması tələb olunan xidmətlərin sayına görə 3000.00 manat
    68.2. sertifikata dəyişikliklərin edilməsi üzrə sertifikatda dəyişiklik edilməsi tələb olunan xidmətlərin sayına görə 1500.00 manat
    69. aeronaviqasiya üzrə təlim proqramının yoxlanılması və təsdiq edilməsi hər təlim proqramı üzrə 1500.00 manat
    70. aeronaviqasiya sahəsi üzrə daxili prosedurun yoxlanılması və təsdiq edilməsi hər prosedur üçün 1500.00 manat
    71. aeronaviqasiya sahəsi üzrə daxili prosedura dəyişikliklərin təsdiq edilməsi hər prosedur üçün 1000.00 manat

  • В Telegram появилась новая функция

    В бета-версии Telegram появилась новая функция AI Editor, позволяющая редактировать сообщения с помощью встроенного искусственного интеллекта (ИИ) прямо в интерфейсе чата. Инструмент предлагает пользователям несколько сценариев обработки текста, включая исправление ошибок, изменение стиля и перевод.

    Об этом сообщает “Код Дурова”.

    С помощью функции можно переработать сообщение в более формальный формат, сократить его или переписать в заданной стилистике. Для активации необходимо ввести не менее трех строк текста, после чего рядом с полем ввода появляется кнопка “AI”. Результат обработки можно сразу отправить вместо исходного варианта.

    В тестовой версии указано, что базовый доступ ограничен по количеству генераций, тогда как пользователи подписки Premium получают увеличенный лимит – в 50 раз больше. Новый инструмент позиционируется как встроенный помощник для повседневного общения, деловой переписки и подготовки текстов без использования сторонних сервисов.

    На данный момент AI Editor доступен только в бета-версии приложения для Android. В основе решения лежит децентрализованная система Cocoon, которая, как заявляется, обеспечивает обработку данных без передачи содержимого сообщений третьим лицам. Ранее компания отказалась от интеграции чат-бота Grok из-за опасений пользователей по поводу конфиденциальности.

  • “Telegram”a süni intellekt əsaslı “redaktor” əlavə olunur

    “Telegram”ın süni intellektə əsaslanan “redaktor” funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.

    Bu yenilik barədə məlumatı “Durovun Kodu” kanalı paylaşıb.

    Sözügedən funksiyanın köməyi ilə istənilən mesajı daha rəsmi şəklə salmaq, həcmini azaltmaq və ya xüsusi tərzdə yenidən tərtib etmək olar. Aləti işə salmaq məqsədilə minimum üç sətirdən ibarət mətn yazılmalıdır, bundan dərhal sonra yazışma sətrinin kənarında “süni intellekt” düyməsi peyda olur. Yenilənən mətn əvvəlki versiyanın əvəzinə çatda göndərilə bilir.

    Test mərhələsində olan funksiyadan standart istifadə üçün müəyyən məhdudiyyətlərin olduğu, lakin premium abunəçilərin bu imkandan 50 dəfə daha çox yararlana biləcəyi qeyd edilir. Təqdim edilən alət gündəlik danışıqlar, rəsmi yazışmalar və mətnlərin tərtibatı zamanı əlavə proqramlara ehtiyac duymadan işləyən daxili asistent kimi fəaliyyət göstərir.

    İndiki mərhələdə “AI Editor” yalnız Android üçün nəzərdə tutulmuş “Beta” tətbiqdə işləyir. Bu texnologiya istifadəçilərin şəxsi yazışmalarını kənar şəxslərə ötürmədən təhlil edə bildiyini bəyan edən mərkəzləşdirilməmiş “Cocoon” sistemi üzərində qurulub.

    Qeyd edək ki, “Telegram” şirkəti bir müddət əvvəl məxfilik təhlükəsizliyinə görə “Grok” çatbotunun tətbiqə inteqrasiyasından vaz keçmişdi.