Month: March 2026

  • Martın 27-si Milli Elm Günüdür

    Elm cəmiyyətlərin inkişafını müəyyən edən əsas amillərdən biri kimi tarix boyu xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanda da bu sahəyə verilən dəyərin göstəricisi olaraq hər il martın 27-si Milli Elm Günü kimi qeyd olunur.

    Milli Elm Gününün təsis edilməsi Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə reallaşıb.

    Bu əlamətdar tarix yalnız alimlərin peşə bayramı deyil, həm də ölkənin elmi potensialının, intellektual irsinin və gələcək inkişaf istiqamətlərinin qiymətləndirildiyi mühüm bir gündür.

    Bu qərar dövlətin elmə və elmi fəaliyyətə verdiyi yüksək önəmin bariz ifadəsidir. Elm Gününün təsis olunması həm alim əməyinə verilən qiymətin göstəricisi, həm də gənc nəslin elmə marağının artırılması, cəmiyyətdə elmi düşüncənin təşviqi baxımından mühüm addım hesab olunur.

    Elm Gününün məhz 27 mart tarixində qeyd olunması təsadüfi deyil. 1945-ci ilin məhz bu günündə Azərbaycan Elmlər Akademiyası yaradılıb və bununla da ölkədə elmin institusional inkişafının əsası qoyulub. Akademiyanın yaradılması elmi fəaliyyətin sistemli şəkildə təşkili, fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, elmi kadrların hazırlanması baxımından dönüş nöqtəsi olub. Sonrakı illərdə bu qurum Azərbaycan elminin əsas mərkəzinə çevrilərək müxtəlif sahələr üzrə elmi məktəblərin formalaşmasında mühüm rol oynayıb.

    Azərbaycan elminin kökləri isə daha qədim dövrlərə gedib çıxır. Tarix boyu bu torpaqlarda yetişən alimlər Şərq və Qərb elmi ənənələrinin inkişafına töhfələr veriblər. Orta əsrlərdə Azərbaycan alimləri riyaziyyat, astronomiya, tibb və fəlsəfə sahələrində mühüm nailiyyətlər əldə edərək dünya elminə inteqrasiya olunublar. XX əsrdə isə elmin institusional inkişafı daha da sürətlənib, xüsusilə 1945-ci ildə Akademiyanın yaradılması ilə bu sahədə sistemli yanaşma formalaşıb.

    Müstəqillik dövründə Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə elm sahəsinə diqqət artırılıb, alimlərin sosial təminatı yaxşılaşdırılıb və elmi fəaliyyətin davamlılığı təmin olunub. Sonrakı illərdə bu siyasət davam etdirilərək elmin modernləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ inkişafın stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi də bu sahəyə göstərilən diqqətin mühüm göstəricilərindən biridir.

    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası ölkənin aparıcı elmi qurumu kimi fəaliyyət göstərir və fundamental elmin inkişafında mühüm rol oynayır. Akademiyanın institutları müxtəlif sahələr üzrə elmi tədqiqatlar aparır, yeni biliklər istehsal edir və ölkənin intellektual potensialının formalaşmasına töhfə verir. Bununla yanaşı, son illərdə elm sahəsində aparılan islahatlar, yeni elmi mərkəzlərin yaradılması, startap və innovasiya mühitinin inkişaf etdirilməsi Azərbaycanın qlobal elmi məkana inteqrasiyasını gücləndirir.

    Müasir dövrdə elm artıq yalnız akademik fəaliyyət sahəsi kimi deyil, həm də iqtisadi və texnoloji inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Azərbaycanda rəqəmsal transformasiya, süni intellekt texnologiyaları, “yaşıl enerji” və digər prioritet istiqamətlər üzrə həyata keçirilən layihələr elmin tətbiqi əhəmiyyətini daha da artırır. Xüsusilə postmüharibə dövründə azad olunmuş ərazilərin bərpası, ekoloji tarazlığın təmin edilməsi və dayanıqlı inkişaf modellərinin hazırlanması kimi məsələlərdə elmin rolu daha qabarıq şəkildə özünü göstərir.

    Milli Elm Günü həm də cəmiyyətlə elm arasında əlaqəni gücləndirən mühüm platforma rolunu oynayır. Bu gün münasibətilə keçirilən konfranslar, seminarlar, sərgilər və digər tədbirlər elmi nailiyyətlərin ictimaiyyətə çatdırılmasına, gənclərin elmə cəlb olunmasına və alimlərin fəaliyyətinin təşviqinə xidmət edir. Beləliklə, Elm Günü yalnız keçmiş nailiyyətlərin xatırlandığı bir tarix deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.

    Nəticə etibarilə Milli Elm Günü Azərbaycanda elmin inkişafına verilən dəyərin, elmi potensialın qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin simvoludur. Azərbaycanın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi məhz elmin inkişafı ilə birbaşa bağlıdır. Elmə verilən dəyər isə gələcəyə qoyulan ən etibarlı sərmayə kimi çıxış edir.
    //oxu.az

  • В Загатальском районе в центре отдыха произошел пожар

    В Загатальском районе произошел пожар.

    Как сообщает Report, инцидент зафиксирован в ночь с 26 на 27 марта в семейном центре отдыха Hope Lake, расположенном в поселке Газангюль.

    Возгорание, возникшее в кухонном корпусе общей площадью более 100 кв.м, было немедленно ликвидировано, предотвращено распространение огня на соседние коттеджи и постройки. В тушении пожара участвовали техника и личный состав районной части пожарной охраны.

    В результате пожара сгорели легковоспламеняющиеся конструкции кухонного корпуса семейного развлекательного центра вместе с находившимся внутри имуществом. Во время происшествия никто не пострадал.

    По данному факту ведется расследование.

  • Zaqatalada istirahət mərkəzində yanğın olub

    Zaqatalada istirahət mərkəzində yanğın olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən “Hope Lake” ailəvi istirahət mərkəzində baş verib.

    Belə ki, ümumi sahəsi 100 kvadratmetrdən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

    Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • При атаке на жилой район в городе Кум в Иране погибли шесть человек, еще несколько убиты в Урмии

    По меньшей мере шесть мирных жителей были убиты при атаке с воздуха на жилой квартал города Кум, расположенного в центральной части Ирана.

    Об этом сообщил представитель главы провинции Кум.

    “В результате нападения на жилой квартал в Куме погибли как минимум шесть человек”, – указал представитель губернатора, слова которого привело агентство Fars. Он добавил, что в районе Пардисан, который подвергся бомбардировке, “сильные повреждения получили три жилых дома”. Число раненых до сих пор неизвестно.

    По информации агентства Tasnim, несколько человек были убиты и получили ранения при ночной бомбардировке города Урмия, расположенного на северо-западе Ирана.

    Атаке с воздуха подверглись жилые районы Урмии. Указывается, что “погибли несколько человек, включая подростков, ряд граждан были ранены”. Спасатели продолжают работы по разбору завалов после бомбардировки.

  • İranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var

    İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.

    Median.Az-ın “Fars” agentliyinə istinadən xəbərinə görə, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verir.

    O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.

    Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.

  • На некоторых территориях страны видимость ограничена до 500 метров – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 27 марта в большинстве районов Азербайджана наблюдаются осадки.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Шахдаге идёт снег. Высота снежного покрова составила 1 см.

    Количество выпавших осадков в Астаре составило 13 мм, Лерике – 9 мм, Джебраиле, Шахбузе – 7 мм, Ярдымлы, Лянкяране, Бейлагане – 6 мм, Дашкесане, Агдаме, Билясуваре, Ордубаде – 4 мм, Тертере – 3 мм, Гёранбое, Имишли, Гёйгёле, Барде, Гедабее, Нафталане, Джульфе, Нахчыване, Шаруре – 2 мм, Шамкире, Товузе, Балакене, Гахе, Загатале, Шеки, Огузе, Шамахы, Хызы, Губе, Гусаре, Зардабе, Нефтчале, Шабране, Мингячевире, Евлахе, Кюрдамире, Сабирабаде, Сальяне, Садараке, Гяндже, Кельбаджаре, Лачыне, Губадлы, Шуше, Ханкенди, Ходжалы, Физули, Гаджигабуле, Баку и на Абшеронском полуострове – 1 мм.

    В настоящее время в столице и на Абшероне дует северо-западный ветер, максимальная скорость которого составляет 21 м/с.

    В Баку и на Абшеронском полуострове, в Дашкесане, Гёйгёле, Губе, Гусаре, Гёйчае, Лерике наблюдается туман, видимость ограничена до 500 м.

  • Bəzi ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır – FAKTİKİ HAVA

    Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Şahdağa isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.

    Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

    Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.

    Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

  • Toy bazarında durğunluq – Bəs qiymətlər necədir? – Video

    Ramazan ayı başa çatsa da, restoranlarda toylara tələbat müşahidə olunmur. Halbuki əvvəlki illərdə Ramazan ərəfəsində və orucluq ayından sonra restoran və şadlıq evlərində toy sifarişləri xeyli artırdı.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, restoran inzibatçıları bildirirlər ki, adətən Ramazan ayından sonra toy bazarında canlanma baş versə də, bu il gözlənilən aktivlik qeydə alınmır.

    Restoran nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə bu il Ramazandan sonra toy bazarında daha az hərəkətlilik müşahidə olunur. Buna baxmayaraq, menyu qiymətlərində dəyişiklik edilməyib.

    İnzibatçılar qeyd edirlər ki, sektorda yaranan bu durğunluğun hələ bir müddət davam edəcəyi gözlənilir.

  • Почему батареи электромобилей выходят из строя? – Эксперты назвали главную причину – ВИДЕО

    Несвоевременная или нерегулярная зарядка аккумуляторных батарей электромобилей может привести к их ускоренному износу и выходу из строя. Кроме того, существует риск возникновения короткого замыкания, которое в отдельных случаях способно привести к возгоранию транспортного средства.

    Об этом говорится в видеоматериале Xəzər TV.

    Отмечается, что батареи, являющиеся ключевым компонентом электромобилей, всегда вызывали повышенный интерес у водителей – как в плане страны-производителя, так и по стоимости.

    По словам автомобильных мастеров, эти батареи в основном поставляются из Китая и Тайваня. Но каково же их качество на самом деле?

    Специалисты подчёркивают, что одной из главных причин преждевременного выхода батарей из строя является их неправильная эксплуатация. В первую очередь, несоблюдение правил зарядки электроэнергией существенно сокращает срок службы батареи.

  • Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ – Video

    Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğu ölkələr və qiymətləri sürücülər üçün hər zaman maraqlı olub.

    Avtomobil ustalarının sözlərinə görə, bu batareyalar əsasən Çindən və Tayvandan gətirilir.

    Bəs həmin batareyaların keyfiyyəti hansı səviyyədədir?

    Ustalar bildirirlər ki, batareyaların tez sıradan çıxmasının əsas səbəblərindən biri onların düzgün istifadə edilməməsidir. Xüsusilə, elektrik enerjisi ilə doldurma qaydalarına əməl olunmaması batareyanın istismar müddətini azaldır.