Month: March 2026

  • Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb – Video

    Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər deyirlər ki, əvvəlki illərlə müqayisədə dənizə çıxış xeyli çətinləşib. Xüsusən Xəzər dənizinin cənub rayonlarına düşən hissəsində tam su içində yerləşən vətəgələr indi qismən quruda qalır. Onların sözlərinə görə, bəzi vətəgələrdə su o qədər çəkilib ki, torları əvvəlki kimi yerləşdirmək mümkün olmur.

    Mütəxəssislər isə problemin daha genişmiqyaslı olduğunu vurğulayırlar. Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirir ki, suyun çəkilməsi nəticəsində sahilyanı ekosistemlər ciddi dəyişikliklərə məruz qalır. Suyun səviyyəsinin azalması ilə bir çox balıq növlərinin çoxalma və qidalanma zonaları daralır. Bu isə ümumi bioloji müxtəlifliyin azalmasına gətirib çıxara bilər.

    Mütəxəsisin sözlərinə görə, vəziyyət uzunmüddətli perspektivdə balıqçılıq sektoruna mənfi təsir göstərə bilər. Onların fikrincə, əgər suyun səviyyəsinin azalması davam edərsə, bir çox vətəgələr fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.

  • В Баку подросток найден мертвым в своем доме

    В Баку подросток найден мертвым в своем доме.

    Как сообщает Median.Az со ссылкой на lent.az, случай зарегистрирован в поселке 28 Мая в Бинагадинском районе.

    Тело 17-летнего Гамеддина Салманова было обнаружено в доме, где он проживал. Причина его смерти пока неизвестна.

    По данному факту проводится расследование.

  • Bakıda yeniyetmə evində ölü tapıldı

    Bakıda yeniyetmə evdə ölü halda tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini olan 17 yaşlı Qaməddin Niyaməddin oğlu Salmanovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

    Araşdırma aparılır.

  • К сведению покупателей: ввозимые из-за рубежа автомобили могут задержаться и подорожать – ВИДЕО

    Первые последствия конфликта на Ближнем Востоке уже ощущаются в сфере автомобильных перевозок. В частности, возрос риск задержек с автомобилями и запасными частями, которые должны были быть доставлены в нашу страну по направлению из стран Персидского залива. Это означает, что транспортные средства, заказанные через Дубай, могут доставляться не в прежние сроки, а значительно позже.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, аналогичная ситуация может возникнуть и с автомобилями, поступающими из Южной Кореи, если их маршрут проходит через регион Залива.

    По словам эксперта Эльдениза Джафаров, в настоящее время речь идёт в большей степени о потере времени и росте транспортных расходов. То есть проблема на автомобильном рынке на первом этапе может проявиться в позднем поступлении автомобилей, а на последующем этапе – в повышении себестоимости. Наибольший риск наблюдается в сегменте подержанных внедорожников и автомобилей повышенной проходимости. Потому что часть транспортных средств данного типа ввозится в страну именно через Дубай и Персидский залив.

    Другими словами, основной риск для покупателя сейчас – задержка поставки автомобиля. Если процесс затянется, это может привести к последующему повышению цен.

  • Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər – Video

    Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər.

    Median.Az
    Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi hallarda eyni problem Cənubi Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər.

    Ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.

    Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.

  • İlham Əliyev Banqladeş prezidentini təbrik edib

    Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram”.

  • Вниманию водителей мопедов: вступили в силу новые правила

    С сегодняшнего дня в Азербайджане начинают действовать новые правила управления мопедами. Для этого теперь требуется водительское удостоверение, а сами транспортные средства подлежат государственной регистрации и постановке на учёт.

    Как сообщает Oxu.Az, изменения в закон “О дорожном движении”, принятые 9 декабря 2025 года, вступили в силу 26 марта 2026 года.

    Согласно закону, мопедом считается двух- или трёхколёсное транспортное средство (за исключением малых электрических), оснащённое электродвигателем или двигателем объёмом до 50 кубических сантиметров и имеющее максимальную конструктивную скорость не выше 50 км/ч. К этой категории также относятся велосипеды с подвесным двигателем и другие транспортные средства с аналогичными характеристиками, за исключением отдельных положений.

    В соответствии с новыми требованиями, все механические транспортные средства, их прицепы и мопеды на территории Азербайджана подлежат государственной регистрации и постановке на учёт в установленном порядке.

    Управлять мопедом на дорогах страны разрешается только при наличии водительского удостоверения категории A1.

    Кроме того, водители обязаны соблюдать требования дорожных знаков и разметки и по возможности двигаться по крайней правой полосе. Запрещено перевозить грузы, выступающие более чем на 0.5 метра за габариты транспортного средства или затрудняющие управление.

    Главное управление Государственной дорожной полиции сообщило, что с 26 марта 2026 года для управления мопедом необходимо иметь водительское удостоверение категории A1, свидетельство о регистрации и государственный номерной знак.

    Отметим, что документ, подписанный Президентом Ильхамом Алиевым и предусматривающий изменения в ряд указов, связанных с применением закона, также вступил в силу с сегодняшнего дня.

  • Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi

    Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

    Bununla bağlı “Yol hərəkəti haqqında” Qanuna 2025-ci il dekabrın 9-da edilən dəyişikliklər bu gündən qüvvəyə minir.

    Qanuna əsasən, moped – kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən, maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsi hesab olunur. Asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də bəzi maddələr istisna olmaqla mopedlərə bərabər tutulacaq.

    Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, eləcə də mopedlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınmalıdır.

    Yeni qaydalara görə, ölkə ərazisində yollarda mopedi idarə etmək hüququ yalnız “A1” kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq.

    Bundan əlavə, mopedlər yol nişanları və nişanlanmanın tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Həmçinin motosiklet və ya mopedlə onun qabaritlərindən 0.5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yükün daşınması qadağan edilir.

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) moped sürücülərinə müraciət edərək bildirib ki, 2026-cı il martın 26-dan etibarən mopedi idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.

    Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı və qanunun tətbiqi ilə bağlı bəzi fərmanlarda dəyişiklikləri nəzərdə tutan sənəd də bu gündən qüvvəyə minib.
    //oxu.az

  • Российский гуманитарный груз для Ирана прибыл на станцию Гарадаг

    Грузовой состав Министерства по чрезвычайным ситуациям России, перевозящий гуманитарную помощь для Ирана, прибыл на станцию Гарадаг ЗАО “Азербайджанские железные дороги”.

    Как передает Report, общая масса гуманитарного груза, состоящего из лекарственных препаратов, превышает 300 тонн.

    В дальнейшем эта партия будет доставлена к месту назначения на территории Ирана с использованием иранских транспортных средств.

    Напомним, 12 марта транзитом через азербайджанскую территорию в Иран уже была направлена гуманитарная помощь от российского спасательного ведомства весом свыше 13 тонн, включающая медикаменты и медицинские принадлежности.

    Стоит отметить, что 11 марта состоялся телефонный разговор между президентом Российской Федерации Владимиром Путиным и Президентом Азербайджана Ильхамом Алиевым. Российский лидер выразил признательность главе азербайджанского государства за оперативную поддержку в эвакуации российских граждан из Ирана, а также за обеспечение условий для транзита гуманитарных грузов через территорию республики.

    28 февраля Соединенные Штаты Америки и Израиль инициировали военные действия против Ирана. В результате этих операций были убиты верховный лидер страны аятолла Али Хаменеи и ряд высокопоставленных чиновников. После этого Иран приступил к нанесению ударов по намеченным целям не только в Израиле, но и в Саудовской Аравии, Катаре, Объединенных Арабских Эмиратах, Омане, Бахрейне, Ираке и на Кипре, где располагаются военные базы Соединенных Штатов и их союзников.

  • Rusiyanın İrana göndərdiyi humanitar yardım “Qaradağ” stansiyasına çatıb

    İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Qaradağ” stansiyasına çatıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, dərman vasitələrindən ibarət humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.

    Daha sonra yük İrana məxsus nəqliyyat vasitələri ilə bu ölkənin ərazisindəki təyinat nöqtəsinə daşınacaq.

    Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü – dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.

    Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

    ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.