Month: March 2026

  • Турецкий нефтяной танкер был атакован дроном

    Турецкий танкер “ALTURA” с сырой нефтью был атакован дроном в Чёрном море.

    Как передает Median.Az со ссылкой на NTV.com, танкер, вышедший из России и перевозивший 140 тысяч тонн сырой нефти, подвергся атаке беспилотника в Чёрном море примерно в 15 милях от Босфора.

    Во время атаки произошёл сильный взрыв. Повреждены палуба и мостик судна. Сообщается также, что из-за серьёзных повреждений судно стало заполняться водой.

    Экипаж, состоящий из 27 граждан Турции, запросил помощь, на место направлены береговая охрана и судно реагирования. О пострадавших не сообщается, состояние членов экипажа оценивается как хорошее.

  • 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU

    Türkiyəyə məxsus xam neft daşıyan “Altura” adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.

    Bu barədə Median.Az “NTV.com” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.

    Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.

    Tankerin təcili yardım tələbindən sonra hadisə yerində xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.

    Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

  • Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb

    25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

  • Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir

    ABŞ İranla sülhə üstünlük verdiyini bəyan edib.

    Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, Prezident Donald Tramp münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

    “Prezident hər zaman sülhə üstünlük verir, əlavə insan itkilərinə və dağıntılara ehtiyac yoxdur. Lakin İran mövcud reallıqları qəbul etməzsə, Tramp daha sərt addımların atılmasına nail olacaq”, – deyə Livitt qeyd edib.

  • Pişiklər niyə həmişə ayaqları üstə düşür?

    Pişiklərin məkan oriyentasiyasını ani şəkildə müəyyən edib dörd ayağı üzərinə düşməsi onilliklərdir bioloqlar və fiziklər üçün sirr olaraq qalırdı.

    Lent.az xəbər verir ki, alimlər yüksək sürətli kameralar və skelet quruluşunun analizi vasitəsilə müəyyən ediblər ki, pişiyin onurğası eyni xüsusiyyətə malik deyil. Onun müxtəlif hissələri fərqli funksiyalar yerinə yetirir:

    Sinə (döş) hissəsi – son dərəcə elastikdir. Burada “neytral zona” adlanan xüsusiyyət var ki, bu da onurğanın az güc sərf edərək təxminən 50°-yə qədər burulmasına imkan verir.

    Bel hissəsi – daha sərt quruluşa malikdir. Bu hissə stabilizator rolunu oynayır və havada “itələnmə” üçün dayaq yaradır.

    Alimlərin nəticəsinə görə, bu hərəkət ardıcıl şəkildə baş verir. Əvvəlcə pişik ildırım sürəti ilə bədəninin ön hissəsini (baş və ön pəncələri) çevirərək istiqaməti müəyyən edir. Daha sonra arxa hissə bu hərəkəti izləyərək tam çevrilmə tamamlanır.

    Bu kəşf yalnız maraqlı bir heyvan xüsusiyyətinin izahı ilə məhdudlaşmır. Alimlər hesab edir ki, bu araşdırma heyvanların hərəkət modellərinin daha dəqiq qurulmasına kömək edə, baytarların onurğa zədələrini daha yaxşı müalicə etməsinə şərait yarada və hətta daha çevik robotların hazırlanmasına töhfə verə bilər.

  • Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi

    Rusiya Prezidenti Vladimir Putin ölkədən 100 qramdan artıq qızıl külçələrin ixracını məhdudlaşdırıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki 1 may tarixindən etibarən qızıl yalnız Moskva və Vladivostok hava limanları vasitəsilə Avrasiya İqtisadi İttifaqı ölkələrinə Federal Analiz İdarəsinin icazəsi ilə ixrac edilə bilər.

    Fiziki şəxslər də eyni şərtlərlə Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

    Eyni zamanda qeyd olunur ki, şirkətlər və fərdi sahibkarlar bu şərtlər olmadan Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

    Qaydanın nağd rublun ixracına qoyulan məhdudiyyətlər kimi banklara şamil edilməyəcəyi vurğulanıb.

  • Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? – Video

    Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə 3 ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən 6 ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakı sakini Qoçu Fərəcov yaşadığı evi sataraq yenisi ilə dəyişmək istəyib. Bunun üçün “Günəşli İnşaat” MTK ilə müqavilə bağlayıb. Yeni evin bir neçə aya veriləcəyi deyilsə də, üzərindən illər keçib.

    Şikayətçi bildirir ki, həyat yoldaşı 14 ildir yataq xəstəsidir. Köhnə, rütubətli evlərini satmaqda əsas məqsədləri onu daha yaxşı şəraitə köçürmək olub. Ailənin iddiasına görə, tikinti şirkətinin rəhbəri Firutan Məmmədov onlara 3 otaqlı mənzil vəd edib, lakin bu günə qədər ev təhvil verilməyib.

    Məsələ ilə bağlı tikinti şirklətinin rəhbəri olduğunu bildirən Firutan Məmmədov bildirdi ki, ev hazırdır, lakin müqaviləyə əsasən, tərəflər şərtləri yerinə yetirməlidir.

    Onun sözlərinə görə, şirkət tərəfindən onlarla müqavilə bağlayan Qoçu Fərəcovun oğlu Nurlan Fərəcliyə dəfələrlə yeni evlər təqdim olunsa da, o, işsiz olduğunu dilə gətirib və təklif olunan evin qalan ödənişini ödəməyə gücünün çatmayacağını bildirib.

    Firutan Məmmədov onu da bildirdi ki, müqavilənin şərtlərinə əsasən ailənin ödədiyi ilkin ödəniş məbləği şirkət tərəfindən geri qaytarıla bilər.

  • Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?

    2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.

    Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Məlumata görə, bu, 2024-cü illə müqayisədə 49 milyon dollar və ya 2,9 dəfə azdır.

    Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,4% təşkil edib.

    Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Almaniya iqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 38,8 milyon dollar və ya 2,7 dəfə çoxdur.

    Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Almaniyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,4% təşkil edib.

    2024-cü il ərzində Almaniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 75,297 milyon dollar, əks istiqamətdə isə 22,935 milyon dollara bərabər olmuşdu.

    Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

    Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

  • Şəhid qardaşların atası vəfat etdi

    Xocavənd rayon Qaradağlı kənd sakini, 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib.

    1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı bazar qəsəbəsində dünyasını dəyişib.

    Mərhum doğulduğu rayonda dəfn edilib.

    Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmış İ.Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi.

    İslam Dadaşovun iki oğlu – 1970-ci il təvəllüdlü Mikayıl və 1973-cü il təvəllüdlü Manaf 1992-ci ilin fevralında doğma Qaradağlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərib. Həmin döyüşdə Manaf həlak olub, Mikayıl isə əsir götürülüb, lakin taleyindən heç bir məlumat alınmayıb.

  • Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər

    Yer kürəsinin ən cənub qitəsi olan Antarktidanın yeni xəritəsi ilk dəfə olaraq buz örtüyünün altındakı dünyanı misilsiz detallarla göstərib. Bu məlumatlar alimlərə iqlim dəyişikliklərini və onların nəticələrini, o cümlədən sahil şəhərlərinin su altında qalma risklərini daha dəqiq qiymətləndirməyə kömək edəcək.

    Qaynarinfo “NewsWeek”ə istinadən xəbər verir ki, Antarktida ərazisi Avstraliyadan iki dəfə böyük olsa da, qalın buz qatının altında nələrin yerləşdiyi barədə məlumatlar çox məhduddur. Alimlər bu qitə haqqında Mars planetinin səthindən daha az məlumata malikdirlər.

    Qeyd olunur ki, Yer kürəsinin şirin su ehtiyatlarının təxminən 70 faizini özündə saxlayan Antarktida buz qalxanı planetin ən böyük buz kütləsidir. Onun qalınlığı orta hesabla təxminən 2 kilometrdir və bəzi yerlərdə 5 kilometrdən artıqdır.

    Beynəlxalq tədqiqatçılar qrupu qitənin gizli landşaftının bu günə qədər ən detallı xəritəsini hazırlayıb. Alimlər buz axınının pozuntularının analizi (Ice Flow Perturbation Analysis – IFPA) metodundan istifadə ediblər. Bu metod buzun hərəkət fizikasına əsaslanaraq, onun altındakı relyefi müəyyən etməyə imkan verir. Yanaşma buzun təpə və dərələr üzərindən hərəkəti zamanı səthdə yaranan xarakterik naxışları təhlil edir. Məlumatlar həmçinin ən yeni peyk müşahidələri ilə birləşdirilib.

    Professor Endryu Körtis bildirib ki, bu metod faktiki olaraq buz qalxanlarının içindən baxmağa imkan yaradır və tədqiqatlar üçün yeni imkanlar açır.

    Yeni xəritə sayəsində əvvəllər öyrənilməmiş bölgələrdə çoxsaylı coğrafi obyektlər aşkar edilib – böyük dağ silsilələri, dərin kanyonlar, geniş vadilər, eləcə də on minlərlə əvvəllər məlum olmayan təpə və çökəkliklər.

    Tədqiqatçı Helen Okkenden vurğulayıb ki, buz altı müşahidələrin çətinliyi səbəbindən bu ərazilər haqqında məlumat Mars və Veneranın səthindən daha azdır. Lakin yeni metod bu boşluqları doldurmağa imkan verib.

    Alimlərin sözlərinə görə, əvvəlki tədqiqatlar göstərib ki, buzaltı relyefin qeyri-bərabərliyi – məsələn, dik yamaclar və iti dağ silsilələri – buzlaqların əriməsini ləngidə bilər. Bu relyef buzun okeana doğru hərəkətini zəiflədərək sürtünmə yaradır. Yeni xəritə gələcək tədqiqatlar üçün mühüm əsas olacaq, dəniz səviyyəsinin yüksəlməsini daha dəqiq proqnozlaşdırmağa və sahil şəhərlərinin su altında qalma risklərini qiymətləndirməyə kömək edəcək.