Month: March 2026

  • Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)

    Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

    Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.

    * * * * *

    Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

    Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.

    FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    * * * * *

    Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Birləşmiş məhəlləsi ərazisində qeydə alınıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

    TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.

  • Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

    Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.
    Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.
    Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.

  • İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? – Video

    Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər. Lakin bu prosesin uzun zaman aparması yerli bazarda yeni bir seqmentin – belə avtomobillərin satışını həyata keçirən saytın yaranmasına gətirib çıxarıb. Bu kateqoriyada üstünlük təşkil edən Çin istehsalı olan qəzalı avtomobilləri almaq nə dərəcədə doğrudur?

    Məsələ ilə bağlı Baku TV-yə fikirlərini bölüşən avtobloqer Araz Mübarizoğlu bildirib ki, seçim zamanı avtomobilin zədə dərəcəsinə xüsusi diqqət yetirilməlidir:

    “Biz yeni Çin avtomobillərini təqdim və ya reklam edəndə bu, birmənalı qarşılanmır, bəzən kəskin tənqid olunuruq. Lakin burada əsas məsələ avtomobilin qəza tipidir. Məsələn, ABŞ-dən gələn maşınların əksəriyyəti qəzalı olur. Lakin qapıda kiçik bir cızıq və ya yüngül əzik ciddi problem deyil, usta tərəfindən bir gün ərzində bərpa oluna bilər”.

    O vurğulayıb ki, yüngül zədələr qorxulu olmasa da, avtomobilin gövdəsi ciddi deformasiyaya uğrayıbsa, belə nəqliyyat vasitələrini almaq risklidir.

  • Sumqayıt sakininin evi yanaraq kül oldu

    Sumqayıtda fərdi yaşayış evi yanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus, ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

    Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.

    Yanğının başvermə səbəbləri araşdırılır.

  • Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb

    Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Cəlilabad rayon sakini, 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmkəndlisini – 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda hamam otağında yıxılan kişi öldü

    Qaxda hamam otağında halı pisləşən şəxs dünyasını dəyişib.

    “Unikal”ın bölgə müxbirinin məlumatına görə, Qax şəhər sakini 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlunun hamam otağında qəfil halı pisləşib.

    Hadisə yerinə Təcili Tibbi Yardım birqadası çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

  • Goranboyda kişi tanışını döyüb – Cinayət işi başlanıldı

    Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    DİN-nin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

  • Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi

    Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli 97 ünvanında qeydə alınıb.

    Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

    Məlumat üçün bildirək ki, adı çəkilən şəxs təxminən bir ay öncə də dəm qazından zəhərlənib.

  • İsrailin daha bir F16 qırıcısı vuruldu

    İsrailə məxsus F16 qırıcısı SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

    Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi açıqlayıb.

    Qeyd olunub ki, müharibənin ilk 3 həftəsində dronlar, qanadlı raketlər, tankerlər və ultra-inkişaf etmiş düşmən qırıcıları da daxil olmaqla 200-dən çox vasitə uğurla vurulub.

  • Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq

    Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

    O, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gələrək bürünc medala sahib çıxıb.

    Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.