Month: March 2026

  • В Агдашском районе убита женщина: подозревается её сын

    23 марта около 06:00 в селе Ашагы Гобуустю Агдашского района было обнаружено тело Анаханым Абиловой (1956 г.р.) с телесными повреждениями.

    Как сообщает Oxu.Az, в результате проведённых сотрудниками полиции мероприятий задержан ее 37-летний сын Рахиб Абилов, подозреваемый в совершении преступления.

    По данному факту ведётся расследование.

  • Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını öldürməkdə şübhəli bilinir

    Martın 23-də saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

    Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Rahib Əbilov saxlanılıb. R.Əbilov qətlə yetirilən qadının oğludur.

    Araşdırma aparılır.

  • С сегодняшнего дня по 42 адресам Баку ограничивается движение на дорогах – ПРИЧИНА

    В связи с проведением 13-й сессии Всемирного форума градостроительства (WUF13), который состоится в Баку, с целью совершенствования дорожной инфраструктуры в столице с 08:00 сегодняшнего дня и до 22:00 30 марта 2026 года будут проводиться текущие ремонтные работы.

    В связи с ремонтом движение не будет остановлено, ограничения будут применяться только по полосам, где ведутся работы.

    Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА) проведёт ремонтные работы в общей сложности по 42 адресам. Общая площадь ремонтируемых улиц составит 151 849 кв.м.

    Список улиц и дорог, где будут проводиться работы:

    1. проспект Гейдара Алиева (от моста Ramstore до моста Международного аэропорта Гейдар Алиев);

    2. проспект 8 Ноября (от улицы Юсифа Сафарова до Военного лицея имени Дж.Нахчыванского);

    3. проспект Зии Буниятова (от станции метро “20 Января” до транспортного узла “Кёроглу”);

    4. проспект Бабека (от моста Ramstore до улицы Лютфи Заде);

    5. проспект Иншаатчылар (от улицы Измир до проспекта Гусейна Джавида);

    6. Тбилисский проспект (от улицы Аббасгулу ага Бакиханова до станции метро “20 Января”);

    7. проспект Наримана Нариманова;

    8. дорога к Площади государственного флага (от площади “Азнефть” до улицы Ахеда Ягубова);

    9. проспект Гусейна Джавида (от улицы Абдуррагима бека Хагвердиева до улицы Микаила Мушфига);

    10. улица Аббаса Мирзы Шарифзаде (от проспекта Матбуат до улицы Музаффара Гасанова);

    11. улица Измир;

    12. улица Кёроглу Рагимова (от улицы Тебриза до улицы Гасана Алиева);

    13. улица Фатали хана Хойского (от станции метро “Гянджлик” до улицы Алияр Алиева);

    14. дорога к Атлетической деревне (от проспекта Гейдара Алиева до улицы Халиля Рзы Улутюрка);

    15. сальянское шоссе (от мечети “Бибиэйбат” до Бакинской внешней кольцевой дороги);

    16. Бакинская кольцевая дорога I;

    17. зыхское шоссе (бетонная дорога);

    18. улица Аббасгулу ага Бакиханова (от улицы Измир до улицы Джафара Джаббарлы);

    19. улица Рашида Бейбутова (от проспекта Нефтчиляр до улицы Аббасгулу ага Бакиханова);

    20. улица Юсифа Сафарова;

    21. улица Узеира Гаджибекова;

    22. улица Зарифы Алиевой;

    23. улица Мехди Гусейна (от улицы братьев Джафаровых до улицы Шейха Шамиля);

    24. улица Шейха Шамиля (от улицы Истиглалият до улицы Мехди Гусейна);

    25. улица Вагифа (от станции метро “Гянджлик” до улицы Самеда Вургуна);

    26. улица Самеда Вургуна (от улицы Юсифа Везира Чеменземинли до проспекта Нефтяников);

    27. автомобильная дорога Пиршаги – Бильгях (в рамках проекта строительства приёмного канализационного коллектора по бассейну Пиршаги);

    28. улица Тебриза (от улицы Алияр Алиева до улицы Джафара Джаббарлы)

    29. шоссе Бибиэйбат;

    30. улица Азера Мамедова (пересечение с улицей Мехди Аббасова и проспектом Гара Гараева);

    31. посёлок Ени Гюнешли, улица Илгара Мусаева;

    32. посёлок Мардакян, улица Сергея Есенина;

    33. посёлок Бина, улица Вагифа Мирзоева;

    34. посёлок Бина, улица Хиджрана Гасилова;

    35. участок от перекрёстка Гала до дороги Зыг – Международный аэропорт Гейдар Алиев;

    36. дорога от трассы Гала – Пираллахи к посёлку Зиря;

    37. посёлок Пираллахи, улица Сулеймана Багирова;

    38. дорога Новханы – Пиршаги;

    39. дорога Хырдаланская развязка – Бинагади;

    40. дорога Балаханы – Бинагади;

    41. дорога Бинагади – Новханы;

    42. дорога Локбатан – Гюздек (1-9-й км).

  • Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır – SƏBƏB

    Bu gündən etibarən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işlərinə başlanılıb.

    Bu çərçivədə təmir işləri paytaxtın bir sıra avtomobil yollarında bu gün saat 08:00-dan start götürərək 30 mart 2026-cı il saat 22:00-dək davam edəcək.

    Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.

    Təmir aparılacaq küçə və yolların siyahısı:

    1. Heydər Əliyev prospekti (“Ramstore” körpüsündən Heydər Əliyev Beynəlxalq Aeroportu körpüsünədək);

    2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək);

    3. Ziya Bünyadov prospekti (metronun “20 Yanvar” stansiyasından “Koroğlu” qovşağınadək);

    4. Babək prospekti (“Ramstore” körpüsündən Lütfi Zadə küçəsinədək);

    5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək);

    6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən metronun “20 Yanvar” stansiyasınadək);

    7. Nəriman Nərimanov prospekti;

    8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək);

    9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək);

    10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək);

    11. İzmir küçəsi;

    12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək);

    13. Fətəli xan Xoyski küçəsi (metronun “Gənclik” stansiyasından Əliyar Əliyev küçəsinədək);

    14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək);

    15. Salyan şosesi (Bibiheybət məscidindən Bakı kənar dairəvi yolunadək);

    16. Bakı Dairəvi I avtomobil yolu;

    17. Zığ şosesi (beton yol);

    18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

    19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək);

    20. Yusif Səfərov küçəsi;

    21. Üzeyir Hacıbəyov küçəsi;

    22. Zərifə Əliyeva küçəsi;

    23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək);

    24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək);

    25. Vaqif küçəsi (metronun “Gənclik” stansiyasından Səməd Vurğun küçəsinədək);

    26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək);

    27. Pirşağı-Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi);

    28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

    29. Bibiheybət şosesi;

    30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi);

    31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi;

    32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi;

    33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi;

    34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi;

    35. Qala dördyol ayrıcından Zığ-Heydər Əliyev Beynəlxalq Aeropoprtu yoluna gedən hissə;

    36. Qala-Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol;

    37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi;

    38. Novxanı-Pirşağı yolu;

    39. Xırdalan dairəsi-Binəqədi yolu;

    40. Balaxanı-Binəqədi yolu;

    41. Binəqədi-Novxanı yolu;

    42. Lökbatan-Güzdək yolu (1-9-cu km).

  • Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb

    Pekin Universitetinin alimləri müəyyən ediblər ki, xroniki böyrək xəstəliklərinin və böyrək çatışmazlığının terminal mərhələsinin yayılmasının artması ortaillik temperaturun yüksəlməsi ilə əlaqəlidir.

    Tədqiqatın nəticələri “Clinical Journal of the American Society of Nephrology” jurnalında dərc olunub.

    Tədqiqatçılar ABŞ-nin müxtəlif bölkrgələrində iqlim şəraitinin böyrək xəstəlikləri ilə əlaqəsini araşdırıblar. Bunun üçün onlar 65 yaşdan yuxarı insanlar arasında diaqnoz qoyulmuş xroniki böyrək xəstəliyi (2005-2019-cu illər) haqqında “Medicare” proqramının məlumatlarından, həmçinin son mərhələ böyrək xəstəliyi statistikasından (2010-2019-cu illər) istifadə ediblər .

    Xroniki böyrək xəstəliyi (XBX) böyrəklərin qanı süzmək və orqanizmdən artıq maye ilə maddələr mübadiləsinin tullantılarını xaric etmək qabiliyyətini tədricən itirdiyi haldır.

    Təhlil göstərib ki, diaqnoz qoyulmuş XBX-nin yayılmasının təxminən 0.23 faiz bəndi artması, həmçinin 100 min nəfərə düşən son mərhələ böyrək xəstəliyi hallarının sayının artması ortaillik temperaturun 1°C yüksəlməsi ilə əlaqələndirilir.

    Bundan əlavə, anormal istilik dövrlərində temperaturla böyrək funksiyasının pisləşməsi arasında əlaqə daha da güclənib. Temperatur həddi nə qədər yüksək idisə və istilik nə qədər uzun davam edirdisə, risk bir o qədər nəzərəçarpacaq dərəcədə artırdı.

    Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr ətraf mühit amillərinin böyrək sağlamlığında mühüm rol oynadığını göstərir. İqlim risklərinin nəzərə alınması profilaktik tədbirlərin hazırlanmasına və ən həssas icmalarda böyrək xəstəliklərinin yayılmasının azaldılmasına kömək edə bilər.

  • В Баку огорожена территория парка: граждане выражают недовольство – ВИДЕО

    Граждане обратились на горячую линию Baku TV с жалобой на ограничения в одном из парков Наримановского района Баку. По их словам, в парке имени Сеида Джафара Пишевари перекрыты пешеходные дорожки, предназначенные для прогулок, что создает неудобства для передвижения и отдыха.

    Один из местных жителей выразил недовольство сложившейся ситуацией.

    “Это строительство во благо нашего народа, но оно создает серьезные препятствия для отдыха граждан. Было бы лучше, если бы работы организовали так, чтобы люди могли здесь свободно передвигаться. Сегодня, возвращаясь на велосипеде, я столкнулся с преградой и был вынужден ехать в обход”, – отметил он.

    Другая жительница добавила, что было бы лучше, если заранее подумали бы об удобстве граждан.

    “Скорее всего, участок закрыт из соображений безопасности, так как там строится здание. Было бы лучше, если бы они подумали об этом заранее. Раньше мы свободно ходили по этой дороге, теперь приходится идти по другой”, – подчеркнула она.

    В администрации парка сообщили, что на указанной территории ведутся работы по обновлению коммуникационных линий с заменой на трубы большего диаметра. Отмечается, что работы носят локальный характер и будут завершены в кратчайшие сроки.

  • Bakıda parkın ərazisi niyə hasarlanıb? – Sakinlərdən ŞİKAYƏT – Video

    Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, paytaxtın Nərimanov rayonu ərazisində, Seyid Cəfər Pişəvəri parkında gəzinti üçün nəzərdə tutulan piyada səkiləri qapadılıb. Bu da həmin vətəndaşların istirahətində və gediş-gəlişində maneələr törədib.

    Məsələ ilə bağlı sakinlərdən biri narazılığını belə ifadə edib:

    “Bu tikintinin tikilməyi xalqımız üçün xeyirlidir. Amma insanların istirahəti üçün maneçilik yaradırlar. Yaxşı olardı ki, elə bir mövqe seçərdilər ki, insanlar sərbəst burada hərəkət edə bilsinlər. Mən bu gün velosipedlə qayıdanda gördüm maneçilik yaranır, məcbur olub başqa bir yoldan getmişəm”.

    Digər bir sakin isə mövzuya bu cür münasibət bildirib:

    “Yəqin ki, bunlar təhlükəsizliyə görə bağlayıblar buranı. Orada bina tikilir. Əvvəldən düşünsələr, daha yaxşı olardı. Biz bu yolla gedib-gəlirdik, indi məcburuq digər yolla gedək”.

    Məsələ ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, sözügedən ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq.

  • Очередная жалоба на маршрут №569: автобус заглох, пассажирам пришлось ждать у дороги

    Число жалоб на автобусы маршрута №569, связывающего село Масазыр Абшеронского района с Баку, продолжает расти.

    Как сообщает Median.Az со ссылкой на bakıvaxtı.az, по словам одного из пассажиров, на этот раз заглох один из следовавших по указанному маршруту автобусов. Согласно утверждениям, инцидент произошел в праздничный день, и граждане были вынуждены ждать у дороги в ночное время.

    Предполагается, что причиной неисправности стало отсутствие электроэнергии в транспортном средстве, однако точные обстоятельства пока не установлены.

    Кроме того, отмечается, что маршрут №569 завершает работу не в 00:00, как большинство других, а в 22:00 и даже раньше. В результате пассажиры в вечернее время остаются без транспорта и вынуждены пользоваться более дорогими или неудобными альтернативами.

    Также среди жалоб фигурируют грубое обращение и опасные маневры со стороны водителей.

    Напомним, что несколько дней назад пассажиры уже выражали недовольство работой автобусов маршрута №569.

  • 569 nömrəli marşrutdan daha bir ŞİKAYƏT: Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldılar

    Abşeron rayonunun Masazır kəndini Bakı şəhəri ilə əlaqələndirən 569 nömrəli marşrut avtobuslarından şikayətlər artmaqda davam edir.

    Median.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişinlərdən birinin sözlərinə görə, bu dəfə sözügedən marşrut üzrə hərəkət edən avtobus yolun ortasında sönüb.

    Şikayətə görə, vətəndaşlar bayram əyləncəsini tam yaşaya bilməyiblər. Belə ki, avtobus yolun ortasında söndüyündən gecə saatlarında yolda qalıblar.

    Hadisəyə səbəb avtobusun elektrik enerjisinin bitməsi göstərilir. Ancaq dəqiq səbəb hələlik bəlli deyil.

    Eyni zamanda qeyd olunub ki, 569 nömrəli marşrut digər marşrutlar kimi gecə saat 00:00-a kimi deyil, 22:00-a qədər, bəzən daha tez səfərlərini bitirir. Bu da sərnişinlərin gecə saatlarında yolda qalmasına, uzaq və ya bahalı alternativlərə yönəlməsinə səbəb olur.

    Həmçinin kobud rəftar təhlükəli manevrlər də şikayətlər arasında yer alıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl sərnişinlər 569 nömrəli marşrut avtobuslarının fəaliyyətindən şikayət etmişdilər.

  • İlham Əliyev Şahbaz Şərifi təbrik etdi

    Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab baş nazir, əziz qardaşım, 23 Mart – Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşıb. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

    Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

    Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

    Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

    Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcək.

    Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.