Month: April 2026

  • В Азербайджане 70-летний мужчина скончался в санатории

    В санатории в городе Нафталан обнаружено тело 70-летнего мужчины.

    Как сообщает Median.Az со ссылкой на lent.az, случай зафиксирован в санатории Möcüzəli.

    Установлено, что обнаруженное тело принадлежит жителю Ярдымлинского района З.Рзагулиеву (1956 г.р.).

    По предварительной версии, мужчина, прибывший в санаторий на отдых, скончался от сердечной недостаточности.

    По данному факту проводится расследование.

  • 70 yaşlı kişi sanatoriyada öldü

    70 yaşlı kişi sanatoriyada öldü

    Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında qeydə alınıb.

    Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Алиева и Арзу Алиева посетили в Шеки Ханскую мечеть – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева и Арзу Алиева в рамках поездки в город Шеки посетили Ханскую мечеть.

    Как сообщает АЗЕРТАДЖ, в ходе посещения имам мечети Вугар Мамедов подробно проинформировал Лейлу Алиеву и Арзу Алиеву о комплексе Ханской мечети. Было сообщено, что Шекинская ханская мечеть, относящаяся к XVIII веку, является одним из важных религиозно-культурных и историко-архитектурных памятников города. Согласно историческим данным и надписям на здании мечети, она была построена Гаджи Мухаммедгусейн ханом.

    Отмечалось, что восстановительные работы в исторической Шекинской ханской мечети были осуществлены Фондом Гейдара Алиева. Также на территории комплекса мечети создан музей. В нем демонстрируются экспонаты, относящиеся к периоду Шекинского ханства, образцы материальной культуры, собранные из различных источников.

    Музей наглядно демонстрирует особое место создания и формирования Шекинского ханства в истории нашей национальной государственности.

    В завершение Лейле Алиевой и Арзу Алиевой был преподнесен в дар Священный Коран.





  • Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər – FOTO

    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

    Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

    Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

    Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya Qurani-Kərim hədiyyə olunub.





  • Водителям раскрыли причину быстрого износа тормозов

    В последние годы автомобилисты всё чаще жалуются на быстрый износ тормозных колодок. Если раньше комплекта хватало на 40−50 тысяч километров, то сегодня его нередко приходится менять уже через 30 тысяч.

    Как передает Median.Az, об этом “Российской газете” рассказал эксперт Никита Родионов.

    “Главной причиной ускоренного износа чаще всего становится не столько качество самих колодок, сколько режим эксплуатации. Влияет совокупность таких факторов, как городская езда в пробках, частые разгоны и резкие торможения, движение в стиле “старт-стоп”, – сообщил эксперт.

    По его словам, частые резкие торможения перегревают колодки, вызывая микротрещины и пригорание – материал истирается быстрее нормы. А на холмистых дорогах и затяжных спусках без торможения двигателем нагрузка на тормоза возрастает многократно, сокращая ресурс и колодок, и дисков почти вдвое.

    Важен и выбор запчастей: сегодня на рынке много дешёвых несертифицированных колодок и подделок под популярные бренды. Отдельный фактор – техническое состояние суппортов и направляющих, влияние которых большинство водителей недооценивает.

  • Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər

    Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər

    Son vaxtlar avtomobil sahibləri əyləc balatalarının (əyləc qəliblərinin) sürətlə yeyilməsindən daha çox şikayət edirlər. Belə ki, əvvəllər bir dəst əyləc balatası 40 000-50 000 kilometr məsafə üçün kifayət edirdisə, hazırda bu göstərici 30 000 kilometrə qədər enib.

    Məsələ ilə bağlı “Rossiyskaya qazeta”ya açıqlama verən avtomobil eksperti Nikita Rodionov problemin kökünü izah edib.

    Mütəxəssisin sözlərinə görə, əyləc balatalarının tez yeyilməsinin başlıca səbəbi çox vaxt detalın keyfiyyəti deyil, məhz avtomobilin istismar şərtləridir: “Bu problem tıxaclı şəhər yollarında hərəkət, ani sürətlənmə və sərt tormozlama, eləcə də fasiləli hərəkət rejimi kimi faktorların birləşməsindən qaynaqlanır”.

    Ekspert qeyd edib ki, davamlı olaraq sərt tormoz vermək balataların həddən artıq isinməsinə, onların səthində mikroçatların və yanıq izlərinin yaranmasına gətirib çıxarır. Bu da materialın normaldan daha tez sıradan çıxması ilə nəticələnir. Xüsusilə dağlıq ərazilərdə və mühərriklə tormozlama tətbiq etmədən uzun enişlərdə hərəkət edərkən əyləc sisteminə düşən yük kəskin şəkildə artır, nəticədə həm disklərin, həm də balataların istismar müddəti təxminən iki dəfə azalır.

    Bundan əlavə, düzgün ehtiyat hissəsinin seçimi də böyük əhəmiyyət kəsb edir. Müasir avtomobil bazarı keyfiyyətsiz, sertifikatı olmayan detallar və tanınmış markaların saxta nüsxələri ilə zəngindir. Ekspert onu da əlavə edib ki, bir çox sürücünün önəmsəmədiyi kaliperlərin və istiqamətləndirici elementlərin texniki sazlığı da əyləc sisteminin ömrünə ciddi təsir göstərən əsas amillərdəndir.
    //oxu.az

  • Лейла Алиева и Арзу Алиева приняли участие в открытии после восстановления историко-архитектурных памятников в Шеки – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Баку Медиа Центра Арзу Алиева приняли участие в открытии после восстановления ряда историко-архитектурных памятников, расположенных на территории Государственного историко-архитектурного заповедника “Юхары Баш” в Шеки.

    Как сообщает АЗЕРТАДЖ, Лейла Алиева и Арзу Алиева ознакомились с условиями, созданными в Шекинском историко-краеведческом музее, Мастерской шебеке и Учебном центре. Было сообщено, что осуществленные восстановительные и консервационные работы служат сохранению исторического наследия, древних ремесленных традиций Шеки, а также дальнейшему повышению туристического потенциала города.

    В Шекинском историко-краеведческом музее состоялся осмотр экспонатов, отражающих историю, культуру, этнографию, традиционные ремесла и кулинарное наследие региона. В музее в общей сложности хранится более трех тысяч экспонатов, представляющих материально-культурную ценность, 1 826 из которых представлены в выставочных залах.

    Отмечалось, что работы по восстановлению и консервации других историко-архитектурных памятников на территории Государственного историко-архитектурного заповедника “Юхары Баш” будут продолжены поэтапно.

    В ходе поездки был проведен осмотр Мастерской шебеке и Учебного центра. Отмечалось, что здесь созданы выставочный салон, посвященный искусству шебеке, мастерская и учебные комнаты. Лейла Алиева и Арзу Алиева встретились с известным мастером шебеке Тофигом Расуловым и его учениками, приняли участие в процессе изготовления образцов шебеке. Они выразили признательность Тофигу Расулову за работу, проводимую в направлении сохранения этого древнего вида искусства Азербайджана и передачи его будущим поколениям, пожелали мастеру и его ученикам успехов.

    Затем Лейла Алиева и Арзу Алиева, приняв участие в приготовлении сладостей, также ознакомились с Центром керамики ABAD.





















  • Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər – FOTO

    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

    Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

    Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

    Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

    Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

    Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.





















  • Лейла Алиева и Арзу Алиева ознакомились с Центром керамики и прикладного искусства ABAD в Шеки – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и Арзу Алиева ознакомились с работой Центра керамики и прикладного искусства ABAD, расположенного на территории Национального историко-архитектурного заповедника “Юхары Баш” в Шеки.

    Как сообщает АЗЕРТАДЖ, главная цель создания центра – сохранение древнего керамического наследия Азербайджана, в частности Шекинского региона, содействие передаче традиций этого ремесла будущим поколениям и их международному признанию как неотъемлемой части культурного наследия нашей страны.

    Отмечалось, что в центре созданы благоприятные условия для творчества местных мастеров, поддерживается выход изделий на рынок и развитие творческой деятельности.

    Затем Лейла Алиева и Арзу Алиева ознакомились с деятельностью художников-керамистов ABAD и вместе с мастерами приняли участие в процессе изготовления керамических изделий. Было отмечено, что при изготовлении различных керамических образцов мастера черпали вдохновение из художественных произведений Лейлы Алиевой. Лейла Алиева поблагодарила керамистов за внимание к ее работам, высоко оценила их деятельность по сохранению и развитию традиций национального ремесла, пожелала им новых творческих успехов.

    В завершение были сделаны фото на память с коллективом центра и мастерами.




  • Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar – FOTO

    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.

    Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.

    Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva ABAD-çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

    Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.