Month: April 2026

  • США могут лишиться бюджетных иномарок без соглашения с Канадой и Мексикой

    Несколько мировых автопроизводителей рассматривают отказ от продажи на американском рынке своих бюджетных моделей в случае, если США не смогут продлить торговое соглашение с Мексикой и Канадой.

    Об этом пишет газета The Wall Street Journal (WSJ).

    По ее сведениям, несколько автогигантов известили американскую администрацию, что они рассматривают отказ от продажи своих наиболее бюджетных моделей в Соединенных Штатах в случае, если Вашингтон примет решение не продлевать трехстороннее торговое соглашение Канады, Мексики и США (USMCA) или не согласует иные льготные условия торговли между тремя странами.

    Автопроизводители, отмечает WSJ, в том числе японские Nissan, Toyota, а также корейская Hyundai, предлагают американским потребителям небольшие и доступные машины, в то время как американские автогиганты от подобных моделей в последние годы отказались. Зарубежные автоконцерны производят некоторые бюджетные модели в США, однако зависят от поставок компонентов для них из Мексики и Канады. Ранее данные комплектующие по USMCA пошлинами не облагались, однако после смены тарифной политики администрацией президента США Дональда Трампа, пошлины на компоненты для автомобилей установились на уровне в 25%. Подобный рост издержек заставляет автопроизводителей рассматривать отказ от реализации бюджетных моделей на американском рынке.

    Как отмечает издание, 8 из 10 наиболее доступных в США моделей автомобилей производятся иностранными производителями. При этом оставшиеся две модели из этого списка американский автогигант General Motors производит в Республике Корея.

    Договор USMCA был подписан в 2018 году по инициативе Вашингтона, который посчитал, что аналогичное торговое соглашение NAFTA не отвечает интересам Соединенных Штатов. Новый договор вступил в силу в 2020 году. Согласно его положениям, раз в шесть лет предусмотрен плановый пересмотр договора, который должен завершиться к 1 июля 2026 года. Если соглашение будет продлено, оно будет действовать еще 16 лет. Если к соглашению прийти не удастся, договор будет подвергаться ежегодным пересмотрам вплоть до истечения его срока действия в 2036 году. Соглашение затрагивает товары и услуги общей стоимостью около 2 трлн долларов.

    Ранее в Белом доме заявляли, что наличие торгового соглашения между Канадой, Мексикой и США на данном этапе не имеет значения для американской стороны и не дает ей реальных преимуществ. В Вашингтоне указали, что США не нужна мексиканская или канадская продукция.

  • KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

    KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

    Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

    Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

    Nəşrin məlumatına əsasən, bəzi iri avtomobil şirkətləri ABŞ Administrasiyasına xəbərdarlıq ediblər ki, əgər rəsmi Vaşinqton Kanada, Meksika və Birləşmiş Ştatlar arasındakı üçtərəfli ticarət sazişini (USMCA) uzatmamaq qərarına gələrsə və ya üç ölkə arasında digər güzəştli ticarət şərtlərini razılaşdırmazsa, onlar ABŞ-də ən ucuz modellərinin satışını dayandıracaqlar.

    WSJ qeyd edir ki, Yaponiyanın “Nissan”, “Toyota” və Cənubi Koreyanın “Hyundai” kimi şirkətləri ABŞ alıcılarına kiçik və münasib qiymətli avtomobillər təklif etdiyi halda, yerli avtonəhənglər son illərdə bu cür modellərdən imtina ediblər: “Xarici avtokonsernlər bəzi büdcəli maşınları ABŞ-də istehsal etsələr də, onların ehtiyat hissələri Meksika və Kanadadan tədarükündən asılıdırlar.

    Əvvəllər bu detallar USMCA çərçivəsində rüsumlardan azad idi, lakin ABŞ Prezidenti Donald Trampın Administrasiyası tərəfindən tarif siyasətinin dəyişdirilməsindən sonra avtomobil hissələrinə rüsumlar 25% səviyyəsində müəyyən edilib. Xərclərin bu cür artması avtomobil istehsalçılarını ABŞ bazarında ucuz modellərin satışından imtina etməyi düşünməyə məcbur edir”.

    Nəşrin bildirdiyinə görə, ABŞ-də ən əlçatan 10 avtomobil modelindən 8-i xarici şirkətlər tərəfindən buraxılır:

    “Bu siyahıda qalan iki model isə ABŞ-nin “General Motors” şirkəti tərəfindən Cənubi Koreyada istehsal olunur. Qeyd edək ki, USMCA müqaviləsi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. Belə ki, ABŞ rəhbərliyi oxşar NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası) ticarət sazişinin ölkənin maraqlarına cavab vermədiyini hesab edib. Yeni sənəd 2020-ci ildə qüvvəyə minib. Qaydalara əsasən, hər altı ildən bir müqavilənin planlı şəkildə nəzərdən keçirilməsi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək yekunlaşmalıdır. Əgər razılaşma uzadılarsa, daha 16 il qüvvədə qalacaq. Razılıq əldə olunmasa, sənəd 2036-cı ildə müddəti başa çatana qədər hər il yenidən baxılmağa məruz qalacaq. Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir. Xatırladaq ki, daha əvvəl Ağ Evdən bildirilib ki, indiki mərhələdə Kanada, Meksika və ABŞ arasında ticarət sazişinin mövcudluğu ABŞ tərəfi üçün əhəmiyyət kəsb etmir və heç bir real üstünlük qazandırmır. Vaşinqton vurğulayıb ki, Birləşmiş Ştatların Meksika və ya Kanada məhsullarına ehtiyacı yoxdur”.

  • В Джалилабадском районе 13-летний подросток погиб в ДТП

    В Джалилабадском районе произошло дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как сообщает Oxu.Az, инцидент зафиксирован на территории села Учтепе.

    Гамид Эдисон оглу Ярмамедов (1970 г.р.), следуя на автомобиле ВАЗ-2104 из Учтепе в направлении села Тезекенд, совершил наезд на переходившего дорогу Мурада Мёхюббят оглу Заманова (2013 г.р.). Пешеход скончался по дороге в больницу.

    По факту ДТП возбуждено уголовное дело.

  • Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü

    Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü

    Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

    1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə rayonun Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Telegram заблокировал более 105 000 каналов и групп по всему миру

    Администрация Telegram за 27 апреля заблокировала по всему миру около 105 500 каналов и групп, нарушающих его политику.

    Это следует из обновленной статистики на сайте мессенджера.

    По данным на 28 апреля, с начала года в Telegram заблокированы более 13.7 млн групп и каналов. За последние 7 дней администрация Telegram заблокировала почти 635 000 каналов.

    Самая массовая блокировка за всю историю наблюдений с декабря 2023 года в мессенджере произошла 1 января 2026 года – почти 543 000 групп и каналов.

    Как ранее подсчитал ТАСС на основе статистики на сайте мессенджера, администрация Telegram за I квартал 2026 года заблокировала на 51% больше каналов и групп, нарушающих его политику, чем за аналогичный период годом ранее. За 2025 год администрация Telegram заблокировала почти в 2.7 раза больше каналов и групп, нарушающих его политику, чем в 2024 году, – более 44 млн.

  • “Telegram” bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı

    “Telegram” bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı

    “Telegram” mesenceri aprelin 27-də dünya üzrə 105 000-dən çox kanal və qrupu bloklayıb.

    Bunu “Telegram”ın rəsmi saytında dərc olunan yenilənmiş statistika göstərir.

    Cari məlumata görə, ilin əvvəlindən bəri “Telegram”da 13.7 milyondan çox qrup və kanal bloklanıb. Son bir həftə ərzində “Telegram” mesenceri təxminən 635 000 kanalı blok edib.

    2023-cü ilin dekabrından bəri ən kütləvi bloklama isə 1 yanvar 2026-cı ildə baş verib – o zaman təxminən 543 000 qrup və kanal bloklanıb.

    Statistikanın təhlili kontentin moderasiyası üzrə aktivlikdə əhəmiyyətli artım olduğunu göstərir. 2026-cı ilin birinci rübündə “Telegram” xidmətin siyasətini pozduğuna görə ötən ilin eyni dövrü ilə müqayisədə 51% daha çox kanal və qrupu bloklayıb.

  • Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək

    Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək

    Azərbaycanda Vəlvələçay ətrafında mühafizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı yeni layihə icra olunacaq.

    Layihəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti icra edəcək.

    Məqsəd çay ətrafında sahilbərkitmə işlərinin aparılması, ərazinin daşqın və eroziyadan qorunmasıdır. Bu çərçivədə çay boyunca 600 metr uzunluğunda beton mühafizə divarının tikilməsi nəzərdə tutulur.

    Layihənin ümumi dəyəri təxminən 1 milyon 401 min manat təşkil edir. Bu cür layihələr çay kənarında yerləşən ərazilərin təhlükəsizliyinin artırılması, torpaq sürüşmələrinin və daşqın riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

  • Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

    Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

    İstanbulun Bağlar məhəlləsindəki Güzidə küçəsində güllələnmə hadisəsi baş verib.

    Beşmərtəbəli binadan atəş səsləri gəldiyi barədə məlumatdan sonra polis və tibb qrupları ünvana göndərilib.

    Üçüncü mərtəbədəki mənzilə daxil olan qruplar qan içində bir qadın və bir kişi tapıblar. Müayinədən sonra hər iki şəxsin güllələnərək öldüyü müəyyən edilib.

    Polis meyitlərin Azərbaycan vətəndaşı olan Maisə Bayramovaya və Əli Mamaka aid olduğunu müəyyən edib. Onların cəsədləri İğdır Dr. Nevruz Eren Dövlət Xəstəxanasının morquna aparılıb.

  • Cənubi Sudanda təyyarə qəzası oldu – Xeyli sayda ölən var

    Cənubi Sudanda təyyarə qəzası oldu – Xeyli sayda ölən var

    Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

    Bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.

    Məlumata görə, “Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.

    Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.

    İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub. Faktla bağlı araşdırma aparılır.

    Hadisə yerinə göndərilən mütəxəssislər qəzanın səbəblərinin müəyyənləşdirilməsi və xilasetmə işlərinə dəstək göstərilməsi istiqamətində iş aparırlar.

  • Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir

    Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir

    Estoniya Daxili İşlər Nazirliyi hökumət adından Daşınmaz Əmlakın Əldə Edilməsinin Məhdudlaşdırılması Qanununa dəyişikliklər hazırlayıb.

    Bu dəyişikliklər daimi yaşayış icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak almaq hüququndan məhrum edəcək.

    Bu müddəa, həmçinin, Rusiya və Belarus şirkətlərinə, eləcə də onların faydalandıqları iki ölkədəki hüquqi şəxslərə də şamil edilə bilər.

    Məhdudiyyətlər, həmçinin, mənzil mülkiyyətinə də şamil ediləcək ki, bu da indiyə qədər Daşınmaz Əmlakın Əldə Edilməsinin Məhdudlaşdırılması Qanununun əhatə dairəsindən kənarda qalıb.

    Estoniya hökuməti yalnız milli əhəmiyyətli və ya humanitar səbəblərdən daşınmaz əmlak almaq üçün icazə verə bilər.