Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən qlobal bazarda neft qiymətləri bahalaşır.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:15-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 2.07 dollar (1.97%) artaraq bir barel üçün 107.4 dollara çatıb. Əvvəlki sessiyada “Brent” markalı neftin qiyməti 0.26 dollar (0.25%) artaraq bir barel üçün 105.33 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.60 dollar (1.69%) artaraq bir barel üçün 96 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft 1.45 dollar (1.5%) ucuzlaşaraq bir barel üçün 94.4 dollar olub.
Xəbərdə bildirilir ki, ötən həftə “Brent” 17%, WTI isə 14% bahalaşıb.
Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.
Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxtın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.
Avtomobilin sahibinin sözlərinə görə, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.
Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.
Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.
Bununla da ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.
Азербайджанский борец вольного стиля Джабраил Гаджиев (79 кг) стал бронзовым призером чемпионата Европы, проходящего в Албании.
Как сообщает Median.Az, в поединке за третье место наш спортсмен уверенно победил Расула Шапиева (Северная Македония) со счетом 8:0.
Другой представитель Азербайджана Рашид Бабазаде (65 кг) в схватке за бронзовую медаль уступил армянскому борцу Вазгену Теваняну – 0:7.
Отметим, что завтра за золотые медали чемпионата Европы поборются четыре азербайджанских борца вольного стиля – Али Цокаев (92 кг), Арсений Джиоев (86 кг), Георгий Мешвилдишвили (125 кг) и Туран Байрамов (74 кг). Нуреддин Новрузов (61 кг) выступит в поединке за бронзовую награду.
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
Median.Az xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.
Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.
Xatırladaq ki, sabah Azərbaycanın 4 sərbəst güləşçisi – Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda yarışacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Xaricdə törədilməsi ehtimal olunan cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.
Median.Az bildirir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
Cinayət-Prosessual Məcəlləyə əsasən, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
Yeni qərara görə isə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin yuxarıdakı maddəsinin təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib./trend.az
Böyük Britaniyanın neft və neft məhsullarının topdan satışı ilə məşğul olan “Petrostem (UK) Limited” Məhdud Məsuliyyətli Özəl Şirkətinin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edib.
Median.Az xəbər verir ki, şirkətin kreditorları tələblərini iki ay ərzində bildirə bilərlər.
Şirkət Azərbaycanda 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlətə 80 manat vergi borcu olan şirkətin qanuni təmsilçisi Duthie Peterdir.
Qeyd edək ki, “Petrostem (UK) Limited” şirkəti 1998-ci ildə Bristol şəhərində 10 milyon funt sterlinq nizamnamə kapitalı ilə təsis edilib və 2022-ci ildə ləğv edilib. Ləğv zamanı şirkətin nizamnamə kapitalı 16 milyon funt sterlinq təşkil edib./teleqraf
Hər vəziyyətdə səbrinizi sınayan insanlar həmişə olur. Bəziləri inadkarlığı, bəziləri laqeyd münasibəti, bəziləri isə istehza ilə çıxışları ilə seçilir. Astrologiyaya görə, bəzi doğum ayları bu xüsusiyyətlərlə daha çox əlaqələndirilir. Əlbəttə ki, hər kəs eyni deyil, lakin oxşar xarakter meylləri diqqət çəkir.
Median.Az bəzən ətrafdakılara meydan oxuyan insanların siyahısını təqdim edir.
Mart ayında doğulanlar impulsiv partlayışları ilə təəccübləndirə bilərlər
Mart ayında doğulan insanlar güclü emosional təbiətləri ilə tanınırlar. Lakin, əhval-ruhiyyələri tez dəyişə bildikləri üçün bir an şən, digər an isə uzaq ola bilərlər. Bu dəyişkən davranışlar bəzən ətrafdakı insanları yorur. Əsəbi olduqları zaman özlərini açıq şəkildə ifadə etmək əvəzinə susmaq meylləri digər insan üçün də çətin ola bilər. Onların fikirlərini anlamaq çətin ola bilər. Xüsusilə həssas dövrlərdə kiçik məsələləri böyütmək meylləri nəzərə çarpa bilər.
Avqust ayında doğulanlar dominant şəxsiyyətləri ilə seçilirlər
Avqust ayında doğulanlar güclü şəxsiyyətləri və liderlik etmək istəkləri ilə seçilirlər. Lakin, hər şeydə söz sahibi olmaq istəkləri bəzən ətrafdakıları boğur. Öz həqiqətlərinə həddindən artıq inamları mübahisələri uzada bilər.
Tənqidə açıq görünsələr də, haqlı olduqlarını düşündükləri zaman geri çəkilmək istəməyə bilərlər. Bu, xüsusən də yaxın münasibətlərdə gərginlik yarada bilər. Bəzən, fərqinə varmadan, digər insanın məkanını məhdudlaşdıra bilərlər.
Dekabr ayında doğulanlar qayğısız davranışları ilə insanları dəli edə bilərlər
Dekabr ayında doğulanlar azadlığa olan sevgiləri və rahat təbiətləri ilə tanınırlar. Lakin, ciddi məsələlərə yüngül və ya hər şeyə yumorla yanaşmaq meylləri bəzi insanları qıcıqlandıra bilər. Xüsusilə məsuliyyət tələb edən məsələlərdə onların laqeyd münasibəti tənqidə səbəb ola bilər.
Onların planlaşdırılmamış hərəkətləri və son anda fikirlərinin dəyişməsi ətrafdakıları çətin vəziyyətə sala bilər. Özlərini rahat hiss etsələr də, hamı eyni tempdə ola bilməz.
Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, mülkiyyətlərində olan torpaq sahələri uzun müddətdir qeydiyyata alınmır. Vətəndaşlar yeni tərtib edilən rəqəmsal xəritədə uyğunsuzluq olduğunu və buna görə də çətinliklər yarandığını deyirlər.
“Pay torpağımın bütün sənədləri qaydasında olsa da, rəqəmsallaşma zamanı uyğunsuzluq yaranıb. Üç ildir müraciət etməyimə baxmayaraq, problem həll olunmur. Torpağımı əksəm də, sənədlərdəki uyğunsuzluğa görə bir hektar ərazimin mənə məxsus olmadığı deyilir. Buna görə də dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyaları, gübrə və yanacaq yardımlarını ala bilmirəm. Əslində, torpağım 3 hektar 14 sotdur, lakin rəqəmsal xəritədə bu rəqəm 2 hektar 7 sot kimi göstərilir”, – deyə şikayətçi Xanlar Əliyev bildirib. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçmiş Aqrar İslahat Komissiyasının qərarı əsasında vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə torpaq sahələri ayrılıb:
“Torpaq islahatı aparılan zaman kompleks yer quruluşu layihələrində yol verilmiş texniki xətalar nəticəsində torpaq paylarının ölçülərində uyğunsuzluqlar yaranıb. Nümunə olaraq bildiririk ki, bölünəcək ixtiyari bir ərazi ilkin layihədə 50 hektar göstərilərək ailələr arasında bölünüb. Verilmiş dövlət aktlarında pay norması layihəyə görə qeyd edilib. Lakin torpaqların elektron uçotu işləri aparılarkən məlum olur ki, yuxarıda qeyd olunan layihədəki 50 hektar ərazi faktiki olaraq yerdə, yəni naturada 45 hektardır. Bu səbəbdən də ərazidə torpaq çatışmazlığı yaranıb. Yeni uçot zamanı həmin ərazilər torpaq payı alan ailələr arasında proporsional qaydada azaldılıb. Vətəndaşların müraciətləri əsasında qeyd olunan torpaq sahələri dövlət reyestrində qeydiyyata alınıb, həmçinin naturada ölçülərək faktiki mövcud vəziyyətə uyğun olaraq vətəndaşlara tanıdılıb və bu barədə müvafiq aktlar tərtib edilib”.
O da qeyd olunub ki, elektron uçot zamanı yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə mərhələli şəkildə dürüstləşmə işləri aparılır və Ağcabədi rayonunun Qaraxanlı kəndi üzrə də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.