Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtobus piyadanı vuraraq öldürüb. Hadisə ötən gün səhər saatlarında baş verib
Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Ələşrəf Əliyevin idarə etdiyi “Daevvoo” markalı 10-TG-712 qeydiyyat nişanlı marşrut avtobusu olub. Qəzada həlak olan Firudin Hacıyev isə Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşı idi.
Month: April 2026
-

Bakıda avtobus piyadanı vuraraq öldürdü – TƏFƏRRÜAT – VİDEO
-

10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır – VİDEO
Ağsu-Bico-Çöl Göylər avtomobil yolunun 7, 8 və 14-cü kilometrliklərində asfalt örtüyünün dağılması hərəkətin təşkilində ciddi çətinliklər yaradır.
Qeyd edək ki, 10-dan çox kəndin 10 minə yaxın sakininin istifadə etdiyi bu yol Şamaxı və Ağsu rayonlarını bir-biri ilə birləşdirən əsas alternativ yollardan biri hesab olunur. Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.“Hər gün bu yoldan istifadə edirik, əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də avtomobillərimiz sıradan çıxır. Ehtiyat hissələri hazırda maşının özündən bahadır, təmir xərclərini çatdırmaq olmur. İstər təcili yardımın gəlişində, istərsə də ümumi nəqliyyatın hərəkətində böyük maneələr var. Yolda dəfələrlə qəzalar baş verib”, – onlardan biri söyləyib.
Məsələ ilə bağlı Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-dən bildirilib ki, sözügedən yolun layihə sənədləri artıq hazırdır. Sənədlər təsdiq olunduğu təqdirdə yolda əsaslı yenidənqurma və bərpa işləri həyata keçiriləcək.
-

“Şəkili Pərviz” həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
Median.Az bildirir ki, məlumata görə, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.//Unikalı elan edilib.//Unikal -

Güclü külək toy çadırını uçurtdu -VİDEO
Kürdəmirdə güclü külək toy mərasiminə mane olub.
Median.Az xəbər verir ki, Kürdəmir rayonunda qeydə alınan güclü külək nəticəsində toy üçün qurulan çadır yerindən qoparaq dağılıb.
Hadisə zamanı ərazidə olan qonaqlar təşvişə düşüb.
Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır. Güclü külək, leysan xarakterli yağışlar və bəzi bölgələrdə müşahidə olunan əlverişsiz hava şəraiti müxtəlif fəsadlara səbəb olur. -

Səyahət sevənlər üçün ən populyar ölkələr açıqlanıb
2026-cı ildə səyahət üçün ən çox seçilən istiqamətlər arasında həm təbiəti, həm də mədəniyyəti ilə seçilən ölkələr yer alır.
Median.Az həmin ölkələri oxuculara təqdim edir:
Yaponiya futuristik şəhərləri və qədim mədəniyyəti ilə seçilir. Ekspertlər bu ölkəni “mədəni turizmin sabit liderlərindən biri” kimi dəyərləndirirlər.
İslandiya şimal işıqları və unikal təbiəti ilə ekoturizm sevənlərin əsas seçimlərindəndir. Son illərdə bu ölkəyə marağın artdığı bildirilir.
İtaliya tarix və incəsənət mərkəzi kimi hər il milyonlarla turisti cəlb edir və Avropanın ən çox ziyarət edilən ölkələrindən sayılır.
Fransa romantik atmosferi və mədəni zənginliyi ilə seçilir. Norveç isə fjordları ilə təbiət turizmində ön plana çıxır.
Asiyada Bali adası həm istirahət, həm də münasib qiymətli səyahət imkanları ilə populyardır.
Türkiyə İstanbul, Kapadokya və Antalya ilə regionun ən çox ziyarət edilən ölkələrindəndir.
Azərbaycan da Bakı, Şəki və Qəbələ ilə turistlərin maraq göstərdiyi istiqamətlər sırasındadır.
Ekspertlər bildirirlər ki, 2026-cı ildə səyahət trendləri daha çox təbiət, mədəniyyət və unikal təcrübələr üzərində formalaşır.//sfera.az
-

Pişiklər insanların kədərini necə hiss edə bilirlər?
ABŞ-da aparılan yeni bir araşdırma pişiklərin sahiblərinin emosional dəyişikliklərini düşündüyümüzdən daha çox fərq edə bildiyini ortaya qoyub.
Median.Az xəbər verir ki, Oakland Universitetinin tədqiqatçıları Moriah Galvan və Jennifer Vonk bildirir ki, pişiklər insanların üz ifadəsi, səs tonu və davranışındakı dəyişiklikləri hiss edir. Lakin bu, onların “üzgünsən” kimi konkret emosiyanı anladığı demək deyil — daha çox “səndə nəsə dəyişib” siqnalıdır.
Mütəxəssislərə görə, pişiklər rutinə bağlı heyvanlardır və sahibinin gündəlik davranışlarını yaxşı tanıyırlar. Buna görə də səs tonunda və hərəkətlərdəki dəyişiklikləri asanlıqla sezə bilirlər. Bəzi pişiklər bu zaman sahibinə yaxınlaşaraq maraq göstərir, bəziləri isə uzaq durmağı seçir.
Araşdırma həm də pişiklərin “soyuq” və ya “nankor” olmadığını vurğulayır. Əksinə, onlar insanları düşündüyümüzdən daha çox izləyir və onlarla yaşadıqları mühiti aktiv şəkildə müşahidə edirlər.
Qısaca, elm deyir ki, pişiklər kədəri tam anlamasa da insanın emosional vəziyyətindəki dəyişiklikləri hiss edə bilirlər. -

Satışlar ikiqat artdı: Çin avtomobilləri Avropada rekordlar qırır
2026-cı ilin mart ayında Çin avtomobil istehsalçıları Avropada rekord satış göstəricisinə çataraq 149 094 avtomobil satıblar.
Bu barədə “Automotive News” məlumat yayıb.Qeyd olunan rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 97% artım deməkdir. Çin brendlərinin Avropa bazarındakı payı isə 9,4%-ə yüksəlib.
Əvvəlki rekord 111 334 avtomobil səviyyəsində 2025-ci ilin dekabrında qeydə alınmışdı. Bu, Çin avtomobillərinin Avropada 100 min satış həddini keçdiyi nadir aylardan biridir.
Mart ayında artımı əsasən plug-in hibridlərə olan yüksək tələb təmin edib. Bu seqmentdə satışlar dörd dəfə artıb və Avropada satılan hər üç Çin avtomobilindən biri (32%) hibriddir.
Avropada ən populyar Çin avtomobil markaları:
* MG – 39 717 ədəd (+2,6%)
* BYD – 37 732 ədəd (+152%)
* Chery – 36 551 ədəd (+369%)Eyni zamanda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, 2026-cı ilin martında Avropa İttifaqında yeni minik avtomobillərinin satışları illik müqayisədə 12,5% artaraq 1 158 317 ədədə çatıb.
Avropada mühərrik növlərinə görə ən çox satılan yeni avtomobillər:
* Hibridlər (HEV) – 444 835 ədəd (+20%)
* Benzinli avtomobillər – 262 617 ədəd (-9%)
* Elektrik avtomobilləri (BEV) – 234 532 ədəd (+49%)
* Plug-in hibridlər – 105 414 ədəd (+28%)
* Dizel avtomobillər – 83 739 ədəd (-12%)
* Digər növlər – 27 180 ədəd (-20%)Ümumilikdə 2026-cı ilin ilk rübündə Avropa İttifaqında 2 822 616 yeni avtomobil qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 4% artım deməkdir.
//qaynar.az -

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa…
Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb. Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib.
Narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də, onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır. Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?“Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:
“Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji testdən keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır”.
“Universal laboratoriyalara ehtiyac var”
Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır: “Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən, asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur”.
Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur: “Məhz bu səbəblərdən, nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır”.
“Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir”
Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir: “Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bilsələr, istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil”.
Narkoloqun fikrincə, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoymaq üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır: “Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?”
“İnsanların hüquqlarının pozulması riski var”
A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: “Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə “narkoman” olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır – 200-300 manatdan yuxarıdır”. (“Kaspi” qəzeti)
-

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? – Video
Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?
Psixoloq Aygül Məlikova Baku TV-yə bildirib ki, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır: “Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə “mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm” kimi fikirlər formalaşır”.
Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.
-
Ислам Базарганов стал чемпионом Европы
Азербайджанский борец вольного стиля Ислам Базарганов завоевал золотую медаль на чемпионате Европы, прошедшем в столице Албании Тиране.
Как сообщает Median.Az, представитель Азербайджана в весовой категории до 57 кг в финальной схватке одолел Мусу Мехтиханова (UWW) со счетом 8:6.Таким образом, И.Базарганов принес нашей сборной третью золотую медаль на чемпионате Европы.
Отметим, что ранее чемпионами Европы стали представители греко-римской борьбы Хасрат Джафаров (67 кг) и Гурбан Гурбанов (82 кг). Бронзовые награды завоевали Рашад Мамедов (55 кг), Нихат Мамедли (60 кг) и Ислам Аббасов (87 кг).
Сборная Азербайджана по греко-римской борьбе заняла первое место в командном зачете. В соревнованиях среди женщин бронзовые медали выиграли Жаля Алиева (57 кг) и Гюнай Гурбанова (59 кг).









