Month: April 2026

  • 45 min iranlı evsiz qalıb

    ABŞ və İsrailin hücumları nəticəsində təxminən 45.000 Tehran sakini qismən əmlak itkisindən və ya tamamilə dağıntıdan əziyyət çəkib.

    Bunu Tehran valisi Məhəmməd Sadeq Motamediyan “Al-Mayadeen” qəzetinə deyib.

    O, paytaxt şəhərdə səfirlər və jurnalistlər üçün hücum nəticəsində mədəni, arxeoloji və mülki ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə həsr olunmuş tur təşkil edib.

    Qeyd olunub ki, hücum təkcə insanlara və binalara deyil, həm də millətin yaddaşına və kimliyinə qarşı yönəlib. Qacar sülaləsinin simvolu və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş məşhur Gülüstan Sarayı da müharibənin dağıdılmasından kənarda qalmayıb.

  • Dəhşətli qəzada ölən qadın müəllim imiş

    Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobilinin “Kamaz”la toqquşması nəticəsində bir nəfər ölüb.

    Həyatını itirən İlhamə Kamranova Beyləqan şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərirmiş.

  • Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

    Aprelin 21-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

  • İkinci finalçı “Sabah” – “Qarabağ” oyununda müəyyənləşəcək

    Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

    Yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

    Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

    Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 2:2.

    Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub – 2:0.

    Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.

  • Türkiyədə bələdiyyə sədri həbs olundu

    İstanbulun Ataşehir bələdiyyəsinin sədri Onursal Adıgüzel həbs olunub.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, O. Adıgüzel və onun müavinləri ilə birlikdə 20 şəxs aprelin 18-də rüşvət alma, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, ona rəhbərlik etmə və üzv olma, tenderin nəticələrini saxtalaşdırma ittihamları ilə saxlanılıb.

    O. Adıgüzel daxil, hakim qarşısına çıxarılan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

  • Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş – Qatillərin ADLARI AÇIQLANDI

    1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilib.

    Qeyd edilib ki, Baş Prokurorluq və DİN əməkdaşlarının həyata keçirdikləri çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək, tamah məqsədi və törətdikləri digər cinayəti gizlətmək üçün Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 1996-cı il aprelin 10-da Bakı şəhəri, “Neftçilər” metro stansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə qəsdən öldürüblər.

    Daha sonra cinayətkarlar izləri gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədib, zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq satıblar. Əldə olunan vəsait aralarında bölüşdürülüb.

    Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

    2026-cı il aprel 22-tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

  • Qubada 9-cu sinif şagirdi vəfat etdi

    Quba şəhərində yerləşən 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aydan Ağarəhimova dünyasını dəyişib.

    O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Livanın cənubunda gərginlik: İsrail və “Hizbullah” arasında atəşkəs pozuldu, ölənlər var

    İsrail ordusunun Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.

    Median.Az NNA informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri bir avtomobili hədəf alıb. Eyni zamanda, “Əl-Mayadeen” telekanalı İsrail aviasiyasının şəhərə təkrar hücum etdiyini və aralarında jurnalistlərin də olduğu bir neçə nəfərin xəsarət aldığını açıqlayıb. Məlumatda, həmçinin İsrail bölmələrinin Qantara şəhərində də kütləvi bombardman apardığı bildirilir.

    Digər tərəfdən, “Hizbullah” atəşkəsin pozulmasına reaksiya olaraq, Tir şəhərindən cənubda yerləşən Ras əl-Bayada ərazisindəki İsrail artilleriya mövqelərinə zərbə endirdiyini bəyan edib. İsrail Müdafiə Ordusu öz növbəsində hücum edən pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb və baş verənləri atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi dəyərləndirib.

    Qeyd edək ki, bu qarşılıqlı zərbələr tərəflər arasında əldə edilmiş ongünlük atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.

  • 30 il əvvəl törədilmiş qətlin üstü açıldı – Meyiti beton boruda gizlədiblər

    Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.

    Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

    Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

    22 aprel 2026-cı il tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

  • Güclü yağış və sel XƏBƏRDARLIĞI

    Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.