Month: May 2026

  • В Баку мужчину арестовали после явки в суд по делу друга

    В Бакинском суде по тяжким преступлениям завершено расследование уголовного дела Пеймана Хазиева, задержанного и привлеченного к ответственности по подозрению в незаконном обороте наркотиков при выходе из здания суда после участия в заседания по делу его друга.

    Как сообщает Oxu.Az, на процессе под председательством судьи Лейлы Аскеровой-Мамедовой прокурор просил суд приговорить подсудимого к семи годам лишения свободы.

    После совещания был объявлен приговор. Статья 234.4.3 Уголовного кодекса Азербайджанской Республики по делу П.Хазиева была переквалифицирована на статью 234.1-1, и суд назначил ему наказание в виде лишения свободы сроком на три года.

  • Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

    Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

    Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin yeddi il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Peyman Həziyevin maddəsi 234.4.3-cü maddədən 234.1-1-ci maddəyə tövsif olunub və ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • В Баку бесхозная лошадь выбежала на центральный проспект – ВИДЕО

    В Баку бесхозная лошадь выбежала на полосу движения на проспекте Гейдара Алиева, где наблюдается интенсивное движение транспорта. Это вызвало удивление и беспокойство водителей.

    Соответствующие кадры распространились в социальных сетях.

    Бесхозная лошадь, выбежавшая на полосу движения напротив станции метро “Кёроглу”, не только создала помехи движению транспорта, но и подвергла водителей опасности. Откуда сбежала лошадь и кому она принадлежит – неизвестно.
    //oxu.az

  • Bakının mərkəzi prospektində “Qırat” Koroğlunu “axtarır” – Video

    Bakının mərkəzi prospektində “Qırat” Koroğlunu “axtarır” – Video

    Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.

    Sosial şəbəkələrdə hadisə ilə bağlı videogörüntü paylaşılıb.

    Belə ki, metronun “Koroğlu” stansiyasının qarşısında hərəkət zolağına çıxan sahibsiz at nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyub. Atın haradan qaçdığı və kimə məxsus olduğu məlum deyil.
    //oxu.az

  • ЦБА разъяснил ситуацию со списаниями при оплате проезда банковской картой

    Центральный банк Азербайджана (ЦБА) прокомментировал появившиеся сообщения о якобы списании дополнительных средств при оплате проезда банковской картой в общественном транспорте.

    Как передает Median.Az со ссылкой на Trend, председатель ЦБА Талех Кязымов на сегодняшней пресс-конференции сообщил, что речь не идет о фактическом дополнительном списании денег с карты. По его словам, система лишь проверяет наличие достаточного баланса.

    Он пояснил, что если пассажир пользуется транспортом при недостаточном остатке на карте, то при последующем пополнении система может попытаться удержать ранее не покрытую сумму. Однако, как подчеркнул Т.Кязымов, это не является новым списанием средств.

    Также он отметил, что иногда пассажиры могут использовать транспорт при нулевом балансе, после чего система позже повторно проверяет наличие средств на счете.

    По словам председателя, данный вопрос не связан с международными платежными системами Visa или Mastercard, а относится к работе финансовых учреждений, обеспечивающих проведение платежей.

    Он добавил, что в отдельных случаях возможны недопонимания со стороны граждан или технические сбои.

    “Если действительно имело место необоснованное списание средств, такие случаи будут расследованы, и банки обязаны вернуть деньги клиентам”, – подчеркнул Т.Кязымов.

  • Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?

    Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?

    “Kartdan ödəniş zamanı sinxronizasiya – bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir”.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

    O qeyd edib ki, terminal ödənişi qəbul edir və məlumatı sistemə ötürür:

    “Ödəniş zamanı sistem kartda vəsaitin olub-olmadığını dərhal tam yoxlamaya da bilər. Sərnişin ödənişi etdikdən sonra vəsaitin bir neçə gün sonra tutulması halları mümkündür”.

    O, həmçinin vurğulayıb ki, əslində, sistem sonradan kart balansını yoxlayır.

    “Nümunə olaraq, kartda həmin anda vəsait olmasa belə, aparat sərnişinə keçid imkanı verir. Lakin sistem həmin kart üzrə borcun yarandığını qeydə alır. Daha sonra müəyyən müddətdən sonra karta yenidən müraciət olunur və balansda vəsait olub-olmadığı yoxlanılır. Əgər vəsait daxil olubsa, məbləğ sonradan tutulur”.

    AMB sədri onu da əlavə edib ki, bu praktika nəqliyyat sahəsində geniş istifadə olunur:

    “Çünki sərnişin kartında pul olmasa belə, avtobusdan və ya qatardan istifadə edə bilir. Daha sonra isə sistem arxa planda kartı periodik şəkildə yoxlayaraq ödənişi həyata keçirməyə çalışır. Balansda vəsait olmadıqda isə yoxlamalar davam etdirilir”.

    T.Kazımov bildirib ki, terminalların sinxron işləməsi ilə bağlı texniki məsələlər birbaşa həmin ödəniş sistemlərini idarə edən tərəflərin səlahiyyətindədir.

    “Bu proseslər əsasən beynəlxalq ödəniş və maliyyə sistemləri tərəfindən müəyyənləşdirilir”, – deyə o fikrini tamamlayıb.

  • Заявление Талеха Кязымова относительно семейного банка Рамиза Мехтиева

    Процесс интеграции ОАО Bank BTB в Международный банк Азербайджана (ABB) и передачи активов продолжается поэтапно.

    Как сообщает modern.az, об этом заявил председатель правления Центрального банка Азербайджана (ЦБА) Талех Кязымов на пресс-конференции, посвящённой объявлению решения о параметрах процентного коридора.

    По его словам, акционерами Bank BTB было подано обращение о преобразовании банка в ABB, и процесс осуществляется поэтапно.

    “Большинство депозитов переведены в ABB, осуществляется перевод кредитов. В настоящее время процесс продолжается в нормальном режиме, и никаких проблем не наблюдается. Клиенты также обращаются в связи с ходом процесса”, – сказал он.

    Председатель ЦБА заявил, что в ближайшее время передача всех активов и обязательств будет завершена.

    Отметим, что 74.98% акций (49 829 единиц) ОАО Bank BTB принадлежали невестке Рамиза Мехтиева – Нигяр Мехтиевой.

  • Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA

    Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA

    “Bank BTB” ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir”.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

    O qeyd edib ki, “BTB” səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir.

    “Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir. Hazırda proses normal qaydada davam edir və hər hansı problem müşahidə olunmur. Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir”.

    AMB sədri qeyd edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:

    “Düşünürəm ki, yaxın vaxtlarda artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq”.

    Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.

  • Из Германии в Азербайджан экстрадируют обвиняемого в умышленном убийстве

    Обвиняемый в умышленном убийстве гражданин Грузии будет экстрадирован из Германии в Азербайджан.

    Как сообщили в Генпрокуратуре Азербайджана, в соответствии с требованиями Европейской конвенции “Об экстрадиции”, компетентные органы Германии удовлетворили ходатайство генпрокуратуры об экстрадиции гражданина Грузии Шамилова Эльшана Гасан оглу.

    В ходе расследования установлены обоснованные подозрения в том, что Э.Шамилов, действуя в сговоре с Афганом Алиевым и Хидаятом Гасановым, 30 июля 1993 года совершил ограбление квартиры и убийство человека, а также в разное время совместно с указанными лицами – и другие преступления.

    Было принято решение о привлечении Шамилова к ответственности, 8 мая 2025 года он был объявлен в международный розыск за уклонение от следствия. В результате оперативно-поисковых мероприятий Шамилов был задержан в Германии.

    Пенитенциарной службой Министерства юстиции предпринимаются необходимые меры для его экстрадиции в Азербайджан.

  • 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir

    33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir

    Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    “Belə ki, Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 1993-cü il iyulun 30-da tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 2025-ci il mayın 8-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb.

    Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

    Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpolla sıx əməkdaşlığı davam etdirir”, – deyə məlumatda qeyd olunub.