Month: May 2026

  • “Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır”

    “Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır”

    “Azərbaycanda “Card to card” dövriyyəsi inanılmaz dərəcədə böyükdür”.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    “Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir”, – deyə o qeyd edib.

    Onun sözlərinə görə, dövlət qurumları fərdi şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər: “Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurmunun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, debet kart sahibkarlıq fəaliyyəti üçün niyə istifadə olunur? Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların bank məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə verməlidir. Amma kart VÖEN-lə bağlı deyilsə, proses tamamilə fərqli olur. Əgər bir şəxsə gündə 50 dəfə “Card-to-card” mədaxili olursa, bu, şübhə oyatmalıdır”.

    Qanunvericilik bu gün fərdi məlumatları qoruyur. Amma kimsə şübhəli əməliyyatlar edirsə, bunlar, yoxlanılmalıdır. Vergidən yayınmadan başqa burada dələduzluq, çirkli pulların yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Mən hesab edirəm ki, sizə mənbəyi müəyyən olmayan məbləğlər gəlir. Maliyyə Monitorinqi Xidməti də bunu təhlil edir”.

  • ЦБА предотвратил чрезмерные заимствования через кредитные карты

    Председатель Центрального банк Азербайджана (ЦБА) Талех Кязымов заявил, что регулятор ограничил выдачу населению кредитных карт с чрезмерно высокими лимитами.

    Как сообщает Report, об этом он заявил на сегодняшней пресс-конференции.

    “После введения лимита в размере, не превышающем заработную плату в более чем 5 раз, количество кредитных карт начало активно сокращаться, поскольку через них осуществлялись невероятно крупные заимствования. Мы это предотвратили”, – отметил Кязымов.

    Согласно статистическому бюллетеню ЦБА, на 1 апреля в Азербайджане из 22.4 млн платежных карт 20.3 млн были дебетовыми, 2.1 млн – кредитными. За последний год количество дебетовых карт увеличилось на 12%, а количество кредитных карт уменьшилось на 9%. В общем количестве карт зафиксирован рост на 10%.

  • Kredit kartlarına LİMİT: “İnanılmaz dərəcədə böyük borclanma var idi”

    Kredit kartlarına LİMİT: “İnanılmaz dərəcədə böyük borclanma var idi”

    “Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    “Biz əməkhaqqının beş misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq”, – deyə o qeyd edib.

    AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22.4 milyon ədəd ödəniş kartının 20.3 milyonu debet, 2.1 milyonu kredit kartı olub. Son bir ildə debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb. Kartların ümumi sayında 10% artım qeydə alınıb.

  • Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir – ARAŞDIRMA BAŞLADI

    Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir – ARAŞDIRMA BAŞLADI

    Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.

    O, bununla bağlı sosial şəbəkədə videomüraciət yayıb.

    2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva iddia edib ki, yaxınları – atası və əmisi tərəfindən cinsi istismara məruz qalır və təhdid edilir.

    Ailənin ikinci övladı olduğunu bildirən N.Şirəliyeva videomüraciətində bildirib ki, öz doğma əmisi, 1993-cü il təvəllüdlü Allahyar Qasımlı tərəfindən təhdid olunur. Eyni zamanda, öz doğma atası Daşqın Rafiq oğlu Şirəliyev onun dəli olmasına dair əsassız fikirlər irəli sürür.

    “Məndən ekspertiza rəyi tələb edirlər. Aprelin 23-də İsmayıllı Rayon Polis Şöbəsinə cinsi istismara məruz qalmağım və təhdid edilməyimlə bağlı müraciət etmişəm”, – deyə N.Şirəliyeva bildirib.

    O qeyd edib ki, bundan sonra atası və əmisi tərəfindən yenidən təhdidlərə məruz qalıb və əmisinin onun köhnə e-mail hesabları, yazışmaları, şəxsi video və şəkillərini qanunsuz əldə edərək əleyhinə istifadə etməyə çalışdığını, atasının isə onu psixiatriya müəssisəsinə yerləşdirməklə hədələdiyini vurğulayıb.

    N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumlara müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib və paylaşımından sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adlarını çəkdiyi şəxslərin məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib. Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

  • Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar

    Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar

    Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.

    Sözügedən məsələ “Diplomatik xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə qeyd olunur ki, diplomatik xidmət orqanı əməkdaşının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün fəaliyyətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

  • Prezident Efiopiya ilə sazişi təsdiqlədi

    Prezident Efiopiya ilə sazişi təsdiqlədi

    “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.

  • Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi

    Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi

    Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, Babək İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

    Xatırladaq ki, Babək İbadov 44 günlük Vətən Müharibəsi iştirakçısı olub.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

    20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub. Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, “Rüzgar” ləqəbi ilə tanınırmış.

    B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.//unikal.az

  • На каких улицах Баку 6 мая наблюдаются транспортные заторы? – СПИСОК

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    2) проспекте Гейдара Алиева (основная и второстепенная дороги), в направлении центра столицы;

    3) улице Юсифа Сафарова, в направлении центра столицы;

    4) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    5) 1-я Приозерная дорога, в направлении проспекта Зии Буниятова;

    6) проспекте Зии Буниятова, от пересечения с улицей Музаффара Нариманова в направлении станции метро “20 Января”;

    7) Тбилисском проспекте, от пересечения с улицей Измир, в направлении станции метро “20 Января”;

    8) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    9) улице Кёроглу Рагимова – от пересечения с улицей академика Гасана Алиева в направлении проспекта Гейдара Алиева;

    10) улице Алы Мустафаева – в направлении проспекта Зии Буниятова;

    11) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    12) аэропортовском шоссе, в направлении станции метро “Кёроглу”;

    13) бинагадинском шоссе, в направлении станции метро “Азадлыг проспекти”.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    4. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

    15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    16. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

    17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    18. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək

    Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək

    Diplomatik xidmətə vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə maddəsi ilə xitam verildikdə əməkdaşın vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

    Sözügedən məsələ “Diplomatik xidmət haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Həmçinin diplomatik xidmətə müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.

    Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.