Month: May 2026

  • Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş

    Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş

    Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbi ilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.

    Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

  • Стоимость золота превысила 4 750 долларов

    Стоимость фьючерса на золото с поставкой в июне 2026 года на бирже Comex превысила 4 750 долларов за тройскую унцию впервые с 24 апреля 2026 года.

    Это следует из данных торговой площадки.

    По данным биржи на 10:39 по Баку, стоимость золота росла на 1.25%, до 4 753.2 долларов за тройскую унцию.

    К 10:44 по Баку цена фьючерса ускорила рост до 4 759 долларов за тройскую унцию (+1.38%).

  • Qızılın qiyməti qalxdı

    Qızılın qiyməti qalxdı

    “Comex” ticarət platformasında 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan qızıl füçerslərinin dəyəri 24 aprel 2026-cı il tarixindən bu yana ilk dəfə 1 Trua unsiyasına görə 4 750 dollar həddini üstələyib.

    Bu göstəricilər birjanın rəsmi rəqəmlərində öz əksini tapıb.

    Ticarət platformasının Bakı vaxtı ilə saat 10:39-a aid olan məlumatlarına əsasən, qızılın dəyərində 1.25% bahalaşma qeydə alınıb və 1 Trua unsiyasının qiyməti 4753.2 dollara yüksəlib.

    Saat 10:44-ə (Bakı vaxtı ilə) olan vəziyyətə görə isə füçerslərin qiymətindəki artım davam edərək 1 Trua unsiyası üçün 4 759 dollar (+1.38%) təşkil edib.

  • Захарова о решении Баку прекратить контакты с ЕП: Не вызывает удивление

    Решение Баку прекратить контакты с Европарламентом (ЕП) является суверенным и не вызывает удивления.

    Как передает Median.Az со ссылкой на NEWS.ru, об этом заявила представитель МИД РФ Мария Захарова на брифинге.

    По ее словам, этот орган позволяет себе хамство в отношении многих стран, в том числе Азербайджана.

    “Вы знаете, это суверенное решение Баку прекратить контакты всяческие с так называемым Европейским парламентом, удивление это решение не вызывает. Азербайджан – не единственное государство, которое сталкивается с хамством, неуважением этой структуры, прямым вмешательством во внутренние дела суверенных государств”, – подчеркнула дипломат.

    Напомним, что 1 мая 2026 года Милли Меджлис Азербайджана заявил о приостановке сотрудничества с Европейским парламентом и рядом его структур.

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”

    Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”

    “Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur”.

    Median.Az News.ru-ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı səsləndirib.

    XİN nümayəndəsi qeyd edib ki, sözügedən təşkilat Azərbaycan da daxil olmaqla, müxtəlif dövlətlərə münasibətdə özünü saymazyana aparır.

    Diplomat əlavə edib: “Bilirsiniz ki, qondarma Avropa Parlamenti ilə bütün təmasları kəsmək məhz Bakının qərarı olub. Belə bir addım gözlənilməz deyil. Azərbaycan bu təşkilatın saymazyana münasibəti, hörmətsizliyi və müstəqil ölkələrin daxili işlərinə birbaşa qarışması ilə qarşılaşan yeganə respublika deyil”.

    Məlumat üçün bildirək ki, 1 may 2026-cı il tarixində Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bəzi qurumları ilə birgə fəaliyyətin dayandırılması barədə açıqlama verib.

  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək

    Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək

    “Bakı Metropoliteni” QSC-yə tramvay nəqliyyatınım təşkil edilməsi ilə bağlı səlahiyyət verilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərmanda öz əksini tapıb.

    Fərmana əsasən, Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.

  • Магнитные бури могут накрыть Землю 7 и 8 мая

    В ближайшие два дня, 7 и 8 мая, на Земле ожидаются магнитные бури и геомагнитные возмущения.

    Как передает Median.Az со ссылкой на kp.ru, об этом в четверг сообщили в Лаборатории солнечной астрономии Института космических исследований (ИКИ) РАН. Причиной ученые назвали рост скорости солнечного ветра в окрестностях нашей планеты.

    Вероятность магнитной бури в каждый из этих дней составляет около 33% (красный уровень). Еще 33% приходится на более слабые возмущения (желтый уровень). С таким же шансом магнитное поле может остаться в зеленой зоне. Общая интенсивность события оценивается как средняя, умеренная.

    При этом активность Солнца сейчас низкая, уточнили ученые. Однако к концу недели возможно увеличение числа вспышек. Более сильный период возмущений прогнозируется с 15 по 18 мая.

  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək

    Yer kürəsini maqnit qasırğaları bürüyəcək

    Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Alimlər buna səbəb kimi planetin yaxınlığında günəş küləyinin sürətinin artmasını göstərirlər.

    Bu günlərin hər birində maqnit fırtınasının başvermə ehtimalı təxminən 33% (qırmızı səviyyə) təşkil edir, 33%-i daha zəif dalğalanmaların payına düşür (sarı səviyyə). Eyni şansla maqnit sahəsi yaşıl zonada qala bilər. Hadisənin ümumi intensivliyi orta səviyyədə qiymətləndirilir.

    Alimlər aydınlaşdırıblar ki, günəş aktivliyi hazırda aşağıdır. Lakin həftənin sonuna qədər partlayışların sayında artım mümkündür. Dalğalanmaların daha güclü dövrü 15-18 may tarixlərinə proqnozlaşdırılır.
    //oxu.az

  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)

    Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)

    Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, hazırkı mərhələdə məktəbli formalarının dizaynı və modellərində dəyişiklik nəzərdə tutulmur:

    “Məktəb formalarının dizaynı və modeli Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Bu formalarda hər hansı dəyişiklik etmək fabriklərin səlahiyyətinə aid deyil. Hazırda qüvvədə olan qərara əsasən məktəbli formaları 4 rəngdə müəyyənləşdirilib və modellər bütün dövlət məktəbləri üçün eynidir. Heç bir istehsalçı bu formalarda dəyişiklik edə bilməz. Yalnız özəl məktəblər öz daxili qaydalarına uyğun fərqli formalar hazırlaya bilərlər. Dövlət məktəblərində isə təsdiqlənmiş standart formaların istifadəsi nəzərdə tutulur”.

    E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətləri dövlət tərəfindən tənzimlənmir:

    “Qiymət məsələsi dövlət qurumları tərəfindən müəyyən edilmir. Bazarda müxtəlif istehsalçılar fəaliyyət göstərir və hər bir müəssisə məhsulun maya dəyərinə, istifadə olunan materiala və sərfiyyata uyğun qiymət müəyyənləşdirir. Bəzi məhsullar süni parçadan hazırlandığı üçün daha ucuz qiymətə təklif olunur. Lakin həmin məhsullar Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən material tələblərinə tam uyğun olmaya bilər”.

    O, valideynlərə məktəbli forması seçərkən məhsulun tərkibinə diqqət yetirməyi tövsiyə edib:

    “Valideynlər seçim zamanı məhsulun keyfiyyət göstəricilərinə diqqət etməlidirlər. Köynəklər 100 faiz pambıq materialdan hazırlanmalıdır. Şalvar və ətəklərdə 60 faiz yun, 40 faiz polyester, jaketlərdə isə 60 faiz yun və 40 faiz polyester tərkibi olmalıdır. Fabriklər və rəsmi dövlət qurumları bu tələblərə əməl edirlər. Bəzi istehsalçılar isə məhsulları xaricdən, əsasən Çindən gətirərək daha ucuz qiymətə təklif edirlər. Buna görə də bazarda qiymətlər fərqlidir”.

  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

    “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda meyit tapılıb.

    Hadisə barədə “Sumqayıt24.az” məlumat yayıb.

    Hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Stadionda Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkarlanıb.

    Məsələ ilə əlaqədar “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev Fanat.az-a açıqlama verib: “Mən də xəbəri saytlarda gördüm. Həmin şəxsin klubla heç bir əlaqəsi yoxdur”.