Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.
“Chevrolet” markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib.
“Chevrolet Cobalt” markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb”, – deyə məlumatda bildirilir.
Выявлены преступные махинации покойного экс-замкомандующего ВВС полковника Маиса Оруджалиева.
Как передает Qafqazinfo, бывший высокопоставленный офицер обвиняется в присвоении государственных средств в особо крупном размере.
Следствие по делу велось в Следственном управлении Военной прокуратуры Азербайджана. Согласно материалам дела, ущерб, нанесенный государству, оценивается почти в 1 миллион манатов.
Поскольку обвиняемый скончался, в качестве его юридического правопреемника к процессу привлечена супруга. В случае подтверждения вины Оруджалиева производство по делу будет прекращено по нереабилитирующим основаниям. Возмещение материального ущерба при этом планируется взыскать за счет имущества покойного. Маис Оруджалиев
Инкриминируемые ему деяния по статьям 179.4 (присвоение в особо крупном размере) и 341.2.3 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) УК АР относятся к категории тяжких коррупционных преступлений.
Полковник Маис Оруджалиев долгие годы занимал пост заместителя экс-командующего ВВС генерал-лейтенанта Рамиза Таирова. Он ушел из жизни в 2022 году в возрасте 57 лет после продолжительной болезни.
Стоит отметить, что это не первый подобный прецедент. Ранее аналогичное разбирательство коснулось покойного генерал-лейтенанта Фуада Мамедова, бывшего замминистра обороны и начальника Главного управления материально-технического обеспечения. Спустя пять лет после его смерти суд закрыл дело без оправдательного вердикта, а все арестованное имущество генерала было конфисковано в пользу государства.
Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.
Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər.
Fotoda Mayis Orucəliyev
Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilir.
Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.
Xatırladaq ki, analoji hal müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədovla da bağlı yaşanmışdı. O və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunublar. F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edib, məhkəmə ölümündən 5 il sonra ittiham edilən generalın cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib. Mərhumun üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkandakı bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.
Житель Исмайыллинского района, 43-летний Агшин Бехбудов, ушел из дома в неизвестном направлении и не вернулся.
Об этом сообщает Median.Az со ссылкой на региональную группу пресс-службы Министерства внутренних дел (МВД).
“Его приметы: рост 185 см, шатен, худощавого телосложения. Тех, кто видел человека на фото и располагает информацией о нем, просят сообщить об этом в колл-центр 102 МВД, официальные страницы министерства в социальных сетях, а также в Исмайыллинский районный отдел полиции, позвонив по городскому (020) 285-11-89 и мобильному (050) 280-45-00 номерам”, – говорится в сообщении.
İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
“Onun əlamətləri: boyu 185 sm, saçları şabalıdı, arıq bədən quruluşludur. Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
– elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
– obyektdə odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
– obyektin mətbəxində yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından və daxili qaz xətlərinin birləşməsində rezin borulardan istifadəyə yol verilib;
– pilləkən qəfəslərində yanar materiallar yığılıb;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb və zal hissəsinin divarları tezalışan materiallarla üzlənilib;
– obyektin tüstü bacası təmizlənməyib;
– insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – məlumatda deyilir.
Ушел из жизни известный учёный, представитель азербайджанской диаспоры во Франции Вафа Мустафаев.
В.Мустафаев родился в 1938 году в Баку.
Среднее и высшее образование получил в столице. Позднее, переехав во Францию, наш соотечественник активно участвовал в деятельности диаспоры, последовательно и целенаправленно проводил работу в направлении распространения правды об Азербайджане, защиты наших национально-духовных ценностей.
Долгие годы В.Мустафаев проработал в штаб-квартире ЮНЕСКО в Париже, занимал должности руководителя отдела Азии и координатора проектов. Он внёс значительный вклад в продвижение молодых талантов Азербайджана на платформах ЮНЕСКО, укрепление отношений между нашей страной и ЮНЕСКО, а также развитие научной диаспоры.
Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.
V.Mustafayev 1938-ci ildə Bakıda anadan olub.
Vəfa Mustafayev orta və ali təhsilini Bakıda alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.
O, uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.
Sabirabad rayonunda “TikTok” sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.
Rayon sakini, 43 yaşlı Rövşən Hüseynov sosial şəbəkədə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən paylaşımlar edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.
R.Hüseynov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, 3-cü qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.