Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbələrindən birinin müdiri işdən çıxarılıb.

Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin rəhbəri Sevinc Yusubova vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.