Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir – SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik məzuniyyətlə bağlı məlumat yayıb.

Qanunvericiliyə əsasən bir sıra şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Bu hüquq aşağıdakı kateqoriyalara şamil olunur:

-Müharibə ilə əlaqədar əlilliyi olan işçilərə

-20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilərə

-Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan işçilərə

-Müharibə veteranı olan işçilərə

-Döyüş əməliyyatları aparılan ölkədə hərbi qulluqçu olmuş işçilərə

-Ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət almış işçilərə

-Vətən Müharibəsi Qəhrəmanlarına

-Milli Qəhrəmanlara

-Sovet İttifaqı Qəhrəmanlarına

-Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə

-“İstiqlal” ordeni ilə təltif olunmuş işçilərə

-Ölkənin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri olan işçilərə