Bakı-Sumqayıt yolunda sərnişin avtobusu iki bahalı avtomobilin arasında qaldı – Video

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.

Median.Az xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Bildirilib ki, qəza fevralın 15-də saat 16:20-də Bakı-Quba yolunun 8-ci kilometrində, Sumqayıt istiqamətində qeydə alınıb.

“10-TH-236 dövlət nömrə nişanlı sərnişin avtobusu 10-KK-201 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” və 77-DQ-014 dövlət nömrə nişanlı “Lynk & Co” avtomobilləri ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.