Bakıya qatı duman çökdü: Nə vaxta qədər davam edəcək? – Video

Hazırda ölkəmizdə dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.