Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı

Cəlilabad rayonunda 62 yaşlı kişi qətlə yetirilib.

Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib. Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Azər Baxşiyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən şəxsin İ.Babayevin qayınatası olduğu bildirilir.