Naxçıvanda müəllim vəfat edib – FOTO

Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının sabiq baş müəllimi Elza Musayeva vəfat edib.

Bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, Elza Kamal qızı Musayeva 1950-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 1980-ci ildə Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. Uzun müddət universitetin “Bədən tərbiyəsi və idman” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.