Azərbaycan nefti 71 dollara yaxınlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 2.03 ABŞ dolları və ya 2.94% artaraq 70.95 dollara satılıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.92 dollar təşkil edib.