Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdə 2 gün SU OLMAYACAQ

22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Baku.ws-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar işlərin görülməsidir.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.