Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin SIYAHISI AÇIQLANDI

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlər (məlumatlar) siyahısı genişləndirilib.

Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur. İcazə üçün əlavə olaraq aşağıdakılar tələb olunacaq:

– sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

– avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

– ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

– qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

– avtonəqliyyat vasitəsilə daşınan sərnişinlərin fərdi sığortası; qəza

– avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası.