Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ

Bakıda hoteldə ölüm hadisəsi olub.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində qeydə alınıb.

Ağstafa rayon sakini 29 yaşlı Adil Nadir oğlu Hümbətov buradakı hotellərdən birində ölüb. Onun infarktdan dünyasını dəyişdiyi bildirilir.