Bakıda 53 yaşlı kişi qətlə yetirildi: Saxlanılan var

Bakıda qətl hadisəsi törədilib.

Oxu.az-ın məlumatına görə, hadisə fevralın 21-i saat 23 radələrində Şüvəlan qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla qətlə yetirib.

İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar Xəzər Rayon Prokurorluğu tərəfindən aparılır.