Azərbaycanda qurum itlərinə 55 min manat xərcləyəcək

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tender elan edib.

Oxu.Az-ın məlumatına görə, tender vasitəsilə itlər üçün dərman və vaksinlərin alınması nəzərdə tutulur.

Qurum sözügedən vasitələrin alınması üçün 55 min 570 manat ödəməyi planlaşdırır.