İsmayıllıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ MƏLUM OLDU – VİDEO

İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.

Median.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə VAZ-21011, daha sonra isə “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə VAZ-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisə nəticəsində həlak olanlar ər-arvad olublar.

Qeyd edək ki, digər nəqliyyat vasitələrinin sürücüləri də daxil olmaqla altı nəfər xəstəxanaya müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.//oxu.az

***

İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun “Şirin su” adlanan ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı “Ford”, “Hyundai” və VAZ-21011 markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.