İsrail ordusu İranın strateji müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirib – VİDEO

İsrail Müdafiə Ordusu (SAXAL) İran rejiminin strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Median.Az xəbər verir ki, bu barədə SAXAL-ın “X” sosial şəbəkə hesabında qeyd edilib.

Fevralın 28-də İranın qərbində, Kermanşah bölgəsində yerləşən müasir “SA-65” hava müdafiə sistemi də daxil olmaqla bir neçə strateji zenit-raket kompleksi vurulub.