Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 10 MU 248 nömrəli maşın yolun kənarındakı su kanalına düşüb.

Hadisənin sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən baş verdiyi bildirilir.

Araşdırma aparılır.