Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib

Martın 2-si saat 19:00-dan 21:00-dək “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.

Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.

Məlumata görə, onlardan ikisi azyaşlıdır.