Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü

Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil.

Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir.

Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda “Kartınız etibarsızdır” bildirişi görünür.