Son iki ayda yaşa görə əmək pensiyası təyin olunmuş şəxslərin sayı açıqlandı

2026-cı ilin yanvar-fevral ayları ərzində 6 863 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 61.71%-ni kişilər, 38.29%-ni isə qadınlar təşkil edib.