Sumqayıtın bəzi ərazilərində qaz təchizatı DAYANDIRILDI

Bu gün Sumqayıt şəhərinin 9-cu mikrorayonundakı təxminən 2 000 abonentə təbii qazın verilişi müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Məlumata görə, diametri 89 millimetr olan qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılır. Bununla əlaqədar olaraq bu gün saat 12:00-dan etibarən qaz təchizatı dayandırılıb.