Qobustanda azyaşlı qız yanıq xəsarətləri alıb

Qobustan rayonunda iki yaşlı qız yanıq xəsarətləri alıb..

Oxu.Az-ın məlumatına görə, hadisə Mərəzə qəsəbəsində baş verib.

Qəsəbə sakini 2024-cü il təvəllüdlü M.O. evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.