Azərbaycan neftinin qiyməti 95 dollara çatdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 6.72 ABŞ dolları və yaxud 7.6% artaraq 94.62 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 87.90 ABŞ dolları təşkil edib.