Gəncədə avtomobillər toqquşdu: Xəsarət alanlar var

Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində VAZ-2110 avtomobili ilə “Hyundai “markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı xəsarət alanların olduğu bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.