Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı

2026-cı ilin yanvar-fevral aylarında 28 234 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bunun 58.3%-ni kişilər, 41.7%-ni isə qadınlar təşkil edib.