Tərtərdə 19 yaşlı qadın doğuşda öldü

Tərtər rayonunda gənc qadın xəstəxanada doğuş zamanı ölüb.

Hadisə martın 12-də baş verib.

Rayonun Hacıqərvənd kənd sakini, 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva hamiləliklə bağlı Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. O, doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az